Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                        Keşlədə kollektorun üzərində tikilən ev sökülür .....                        İntensiv yağıntılar davam edir .....                        Quba və Qusardan axan bəzi çaylardan sel keçib .....                        "Neftçi" "Sumqayıt"ı məğlub etdi .....                        Zaur Mikayılov kollektorun çökdüyü ərazidədir .....                       
Dünən, 16:07
Göytəpə abidəsi ciddi təhlükədədir - VİDEO


Göytəpə abidəsi ciddi təhlükədədir - VİDEO

Cənubi Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab olunan Göytəpə arxeoloji abidəsi ciddi təhlükə altındadır.
Təbii aşınma və diqqətsizlik nəticəsində abidənin ilkin quruluşu tədricən dağılır.
Göytəpə təkcə Azərbaycan üçün deyil, ümumilikdə region üçün böyük tarixi əhəmiyyət daşıyır. Burada eramızdan əvvəl VI minillikdə neolit dövrü insanlarının yaşadığı müəyyən edilib.
Bir neçə il əvvəl aparılan arxeoloji qazıntılar zamanı qədim insanların məişət əşyaları, əmək alətləri və hətta qəbirlər aşkar edilib. Bu tapıntılar Göytəpənin regionun ən qədim sivilizasiya mərkəzlərindən biri olduğunu təsdiqləyir.
Lakin hazırda abidə baxımsız vəziyyətdədir və təbii amillərin təsiri ilə aşınaraq məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalıb.
Yerli sakinlər və müəllimlər hesab edirlər ki, ərazidə açıq muzey yaradılması vacibdir. Onların fikrincə, bu, həm tarixi irsin qorunmasına, həm də gənc nəslin maarifləndirilməsinə xidmət edər.
“Burada açıq muzey təşkil olunsa, şagirdlər üçün çox faydalı olar. Gələcək nəsillər də bu tarixi yaxından tanıya bilər”, – deyə sakinlər bildiriblər.
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası-nın Arxeologiya və Antropologiya İnstitutundan qeyd olunub ki, Göytəpədə 2008-ci ildən etibarən Yaponiyanın Tokiya Universiteti ilə birgə uzunmüddətli tədqiqatlar aparılıb.
Hətta 2012-ci ildə dövlət səviyyəsində ərazidə arxeoloji parkın yaradılması ilə bağlı sərəncam verilsə də, layihə müxtəlif texniki səbəblərdən bu günədək həyata keçirilməyib.

2-04-2026, 20:04
Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib


Nazirliyin Media və kommunikasiya şöbəsi ləğv edilib

Mədəniyyət Nazirliyində aparılan struktur dəyişikliyi çərçivəsində Media və kommunikasiya şöbəsi ləğv edilib.
Ləğv edilən şöbənin əvəzinə müstəqil Media ilə iş sektoru yaradılıb.
Həmçinin Nazirlikdə Kommunikasiya sektoru formalaşdırılıb.
Qeyd edək ki, ləğv edilən şöbənin müdiri vəzifəsini Aynur Kərimova icra edirdi.
2-04-2026, 13:13
Rasim Balayevin səlahiyyətlərini o icra edir


Rasim Balayevin səlahiyyətlərini o icra edir

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsini hazırda Xalq artisti Şəfiqə Məmmədova icra edir.
Bunu ittifaqın katibi Baba Vəziroğlu deyib.
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir. Bu mənada, hazırda sədr vəzifəsinin səlahiyyətlərini o icra edir. Düşünürəm ki, qurultay üçün tələsməyə ehtiyac yoxdur".
Baba Vəziroğlu ittifaqda sədr seçkisi ilə bağlı qurultayın çağırılmasının uzun zaman çəkə biləcəyini də istisna etməyib.
"Ola bilsin, qurultayın çağırılması bir neçə ay, hətta bir il çəksin. Bunu demək həm çətindir, həm də tezdir. Bilirsiniz ki, ittifaqda bu kimi məsələlər katiblik səviyyəsində müzakirə olunur. Katiblik toplanacaq, həm cari, həm də perspektiv məsələlər müzakirə olunacaq. Amma faktiki olaraq, ittifaqa Şəfiqə Məmmədova rəhbərlik edir".
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib.
Xalq artisti Fəxri xiyabanda dəfn olunub.
31-03-2026, 17:11
Rasim Balayevin yerinə onlardan biri seçiləcək


Rasim Balayevin yerinə onlardan biri seçiləcək

Xalq artisti Rasim Balayevin 40 mərasimindən sonra onun rəhbərlik etdiyi Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçkisi keçiriləcək.
İttifaqdan bildirilib ki, İdarə Heyətinin məsələ ilə bağlı iclasını mayın 8-dən sonra keçirmək planlaşdırılıb.
Yeni sədrin İdarə Heyətinin üzvləri arasından seçiləcəyi gözlənilir.
Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətində 37 nəfər təmsil olunur. Onlar aşağıdakılardı:

Anar – Xalq yazıçısı, AKİ katibi

Nizami Abbas - Operator, rejissor, Əməkdar incəsənət xadimi

Adil Abbasov - Kinooperator, Əməkdar incəsənət xadimi

Suğra Bağırzadə - Aktrisa, Əməkdar artist

Nadir Bədəlov - Sənətşünas, ssenarist, AKİ katibi

Əli İsa Cabbarov - Kinorejissor, prodüser

Akif Əli - Filoloq alim, AKİ katibi

Tahir Əliyev - kinorejissor, AKİ katibi

Şamil Əliyev - Kinorejissor

Azər Əsgərov - Bəstəkar

Əmir Hacılı - Ssenarist, jurnalist

Türkan Hüseynova - Kinorejissor, prodüser, AKİ katibi

Fatimə İbrahimbəyova – Prodüser

Mahirə İsgəndərova - Aktrisa

Kamran Qasımov - Kinorejissor, ssenarist

Arzu Qulamov - Kinoejissor, prodüser

Cəmil Quliyev - Kinorejissor, Əməkdar incəsənət xadimi

Eldəniz Quliyev - Ssenarist

Xalidə Quliyeva - Aktrisa, Əməkdar artist

Firəngiz Qurbanova - Rejissor, Əməkdar incəsənət xadimi

Rəfail Qəmbərov - Kinooperator, Əməkdar incəsənət xadimi

Cahangir Mehdiyev - Kinorejissor, Əməkdar incəsənət xadimi

Məbud Məhərrəmov - Aktyor, Xalq artisti

Rövşən Məmmədov - Rejissor, ssenarist, aktyor

Şəfiqə Məmmədova - Xalq artisti, professor

Amil Məmiyev - Kinorejissor

Baba Məsimov - Şair, Əməkdar incəsənət xadimi, AKİ katibi

Mirbala Səlimli - Rejissor, ssenarist, Əməkdar incəsənət xadimi, aki katibi

Oktay Mir-Qasım - Xalq artisti, professor

Ramiz Mirzəyev - Xalq artisti, AKİ katibi

Vaqif Mustafayev - Xalq artisti, professor, AKİ katibi

Həmidə Ömərova - Xalq artisti, AKİ katibi

Oleq Səfərəliyev - Rejissor, AKİ katibi

Sevda Sultanova - Kinotənqidçi

Ziya Şıxlinski - Rejissor, Əməkdar incəsənət xadimi, AKİ katibi

Şükufə Yusupova - Aktrisa, Xalq artisti
29-03-2026, 16:17
Mədəniyyət Nazirliyi Rasim Balayevin ölümü ilə bağlı nekroloq yaydı


Mədəniyyət Nazirliyi Rasim Balayevin ölümü ilə bağlı nekroloq yaydı

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli aktyor, Xalq artisti Rasim Balayev vəfat edib.
Bu, Mədəniyyət Nazirliyinin R. Balayevin vəfatı ilə bağlı paylaşdığı yazıda qeyd olunub.
"Azərbaycan mədəniyyətinə ağır itki üz verib", - yazıda qeyd olunub.
Əlavə edilib ki, görkəmli kino aktyoru, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri, Dövlət Mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü, Xalq artisti Rasim Balayev 29 mart 2026-cı il tarixində, ömrünün 77-ci ilində müalicə olunduğu Türkiyənin İstanbul şəhərində vəfat edib.
Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Rasim Balayev 1972-ci ildə "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi fəaliyyətə başlayıb.
İlk dəfə "Ulduzlar sönmür" filmində çəkilən aktyor sonradan "Nəsimi", "Babək", "Dədə Qorqud", "Həm ziyarət, həm ticarət", "Otel otağı", "Cavid ömrü" və s. filmlərdə yaratdığı obrazlarla tamaşaçıların rəğbətini qazanıb. O, eyni zamanda onlarla filmdə obrazları səsləndirib.
Rasim Balayevin sənət şöhrəti ölkəmizin hüdudlarını aşıb. Aktyor "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda da filmlərə çəkilib.

İctimai xadim kimi də tanınan sənətkar

1990-2013-cü illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi vəzifəsində çalışıb. 2022-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin sədri idi.
Rasim Balayevin Azərbaycan kinosunun inkişafına verdiyi töhfələr dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib.
1976-cı ildə "Əməkdar artist", 1982-ci ildə "Xalq artisti" fəxri adlarına, 1986-cı ildə isə respublikanın Dövlət Mükafatına layiq görülüb. Aktyor həmçinin 1998-ci ildə "Şöhrət", 2018-ci ildə "Şərəf", 2023-cü ildə "İstiqlal" ordenləri ilə təltif olunub. 2005-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.
Mədəniyyət Nazirliyinin kollektivi Xalq artisti Rasim Balayevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.
29-03-2026, 14:00
Rasim Balayev VƏFAT ETDİ


Rasim Balayev VƏFAT ETDİ

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev vəfat edib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Məşhur aktyor Türkiyənin İstanbul şəhərində yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib. O, bir müddətdir səhhətində yaranmış ciddi problemlərlə əlaqədar müalicə alırdı.
Qeyd edək ki, Rasim Balayev ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.
27-03-2026, 14:51
Tarix-diyarşünaslıq muzeylərində monitorinq


Tarix-diyarşünaslıq

muzeylərində monitorinq


Muzey mütəxəssisləri Mərkəzi Aran regionundakı tarix-diyarşünaslıq muzeylərinin ümumi monitorinqini ediblər.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin əmri əsasında 2-6 mart 2026-cı ildə Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova və Azərbaycan Milli İncəsənət Muzeyinin Tikmə bölməsinin müdiri Könül Zeynalova Mərkəzi Aran regionundakı (Ağdaş, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Ucar, Kürdəmir) tarix muzeylərinə ezam ediliblər.

Muzey mütəxəssisləri regionun tarix-diyarşünaslıq muzeylərinin işçilərinin ümumi monitorinqi çərçivəsində muzey ekspozisiyası, fondlar, davamiyyətin ümumi vəziyyəti, arxiv, sənədləşmə işləri və d. məsələləri nəzərdən keçirərək müasir elektronlaşma, rəqəmsallıq işləri ilə əlaqədar məsləhətlərini bildiriblər.

Ezamiyyət müddətində hər bir muzeydə muzey materiallarının nümayişi, qorunması, qeydiyyatı ilə əlaqədar nəzərə çarpan iradlar, qeydlər də edilmiş, müasir muzeylərdə tətbiq edilən fond materialları ilə işləmə üsulları barədə izahlar verilmişdir.
Ağdaş, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Ucar, Kürdəmir tarix-diyarşünaslıq muzeylərinin əməkdaşlarına muzeylərin elektron məlumat bazası ilə işləmə qaydaları açıqlanmış, hər bir muzey əməkdaşının qiymətləndirməsi edilmişdir. Hər bir muzeydə ekspozisiyanın ümumi görünüşü, vitrinləri, daxili qeydiyyat kitabları, seçilmiş muzey materiallarının çeşidlənməsi, qorunması ilə bərabər beynəlxalq qaydalara uyğun tədqiqi və təbliğinin mühümlüyü bildirilmişdir.

Ezamiyyət nəticəsində fəaliyyət planına müvafiq işlər yerinə yetirilmiş və Mərkəzi Aran regionundakı tarix-diyarşünaslıq muzeylərinin müasir vəziyyəti barədə qənaətlər əldə edilmiş, mövcud problemlər qeydə alınmışdır.

Regionda olduqları müddətdə Bakıdan ezam olunan muzey əməkdaşlarına məsləhət və köməyini əsirgəməyən Mərkəzi Aran regionunun muzey işçilərinə, Mərkəzi Aran Regionunun Mədəniyyət İdarəsinin rəisi v.i.e. Namiq Tarverdiyevə, həmin idarənin mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Zəfər Hacıyevə, inzibati-təşkilat işləri sektorunun müdiri Orxan İbrahimova və Mingəçevir şəhərinin sakini, sahibkar, xeyriyyəçi Knyaz Yusifova xüsusi təşəkkür bildirilmişdir.

Aygün Məmmədova

AJB üzvü, t.ü.f.d.
26-03-2026, 16:52
''Sözlərdə yatan xəzinə''


''Sözlərdə yatan

xəzinə''


Bakı Xətai Sənət Mərkəzində Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşkilatçılığı ilə 44 günlük vətən müharibəsinin iştirakçısı, qazi, gənc şair Nadir Həsənoğlunun ''Sözlərdə yatan xəzinə'' adlı kitabının təqdimatı keçirildi.

Dövlət himnimiz səsləndirildi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlı gənc şair Nadir Həsənoğlunun yaradıcılıq yolundan söhbət açdı. Qeyd etdi ki, Nadir Həsənoğlunun vətənpərvərlik mövzusunda yazdığı şeirlər gənclərə nümunədi.

Tədbirdə Xətai Rayon Ağsaqallar Şurasınn sədri, şəhid atası Mürvət Əsgərov, müavini Nizami Hüseynov, qazi Vidadi Şabanov, Kərbalayi Ramil Əzimov, şairlərdən Zaməddin Ziyadoğlu, Şəlalə Niyazlı, Fərman Borçalı, Alim Aslanoğlu, Sumaya Yunusova, Yunis Qaraxanlı, ''Nənə qızlar'' folklor ansamblı, Azərbaycan nəşriyyatınn diretoru Sənan Aslansoy, Mirvarid Dilbazi Poeziya Dərnəyinin gənclər şöbəsinin rəhbəri Polad Ağa İbrahimov, 64 saylı məktəbin şagirdləri Zəhraxanım Əzimova və Mədinə Hüseynli çıxış etdilər.

Qazi, şair Nadir Həsənoğlunun valideynləri təsirli çıxışları ilə yadda qaldı. Övladları ilə fəxr etdiklərini qeyd etdilər.
Sonda Güllü Eldar Tomarlı Bakı Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzova və tədbir iştirskçılarına təşəkkürünü bildirib.



25-03-2026, 21:57
“Çərşənbə günündə çeşmə başında”


“Çərşənbə günündə

çeşmə başında”


Martın 24-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Aşıq Pəri Məclisi Ozan Sənətinin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə “Çərşənbə günündə çeşmə başında” adlı bayram konserti keçirilib. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi sükutla yad edildikdən sonra meydan saza-sözə verildi. Aşıq Pəri Məslisinin sədri, şair Pərvanə Zəngəzurlu dəvəti qəbul edib sazın-sözün işığına yığışanları salamladı. Mübarək bayramlar münasibəti ilə tədbir iştirakçılarını, ümimilikdə bütün xalqımızı təbrik etdi, xoş arzularını bildirdi. Şair Südabə İrəvanlı da meydana çıxıb həmkarı ilə birlikdə qonaqları şeirlə qarşıladı.

Respublikamızın hər yerindən çəmləşən Aşıq Pəri incilərinin hərəsi özü ilə məmləkətimizin bir guşəsinin ətrini gətirmişdi. Elə zalda əyləşənlər də. Göyçədən, Borçalıdan, Zəngəzurdan, Gədəbəydən, Dərələyəzdən, Kəlbəcərdən, İrəvandan, Şəkidən, Şirvandan, Naxşıvandan təşrif buyuranların yarısının xəyalları Xıdır Qursalının səsləndirdiyi qara zurnanın sədası ilə havalanıb qərib yurdlarımızı dolaşırdı. Peşə sahiblərini təsnifləndirmədən yadımda qalan aşıq, şair, müğənni, qiraət ustalarının adlarını sadalayaraq, həm də onlara ozan sənətimizi, incəsənətimizi, poeziyamızı sevə-sevə yaşatdıqları üçün tamaşaçı təşəkkürümüzü bildiririk. Bu təşəkkür əslində zalı inlədən alqış səsləri, səhnəyə daşınan gül buketlərində öz əksini tapırdı.

Zəngəzurlunun “pərvanə”ləri ətrafına yığışmış, qalan sənət ustaları da bir-bir, iki-iki səhnə arxasından meydana çıxıb sazları, zəngulələri ilə ruhumuzu qidalandırırdılar. Onların arasında Aşıq Sevil Ədalət, Ruhiyyə Qarabağlı, Mənsurə Xıdırova, Həqiqət Şınıxlı, Səbinə Gədəbəyli, Xanım Göyçəli, Dərya Mərdanzadə, Lalə Əbilova, Zəhra Şuşalı, Xədicə Göyçəli, Əli Zeynalabdin, Xaqani Zeynalabdin, Ramil Şınıxlı, Sahil Laçınlı, Anar Laçınlı, Təranə Gədəbəyli, Fazil Gədəbəyli, İlqar Gədəbəyli, Ələkbər Kəlbəcərli, Mahirə Göyçəli, Məlahət Göyçəli, Şəfəq Ələsgərqızı, Pəri Rəncbərli, Mehparə Səfərli və Sona Dərələyəzlinin hərəsi yaddaşımızda bir iz buraxdı. Amma sazı və könül oxşayan rəqsi ilə ortalığı ayağa qaldıran balaca qız hər musiqi nömrəsinə özgə bir naxış vururdu.

Gənclik illərini “Lalə Qızlar” ansamblına həsr etmiş Əməkdar artist Rəhilə Bəndəliyevanın ifa etdiyi “Sənsiz yaşaya bilmərəm” mahnısı 40 ilə yaxındır yurd həsrətilə qovrulan Qərbi Azərbaycanlı tamaşaçıları duyğulandırdı.

"Dədə Ələsgər Ocağı" İctimai Birliyinin sədri Xətai Ələsgərov Pərvanə xanıma tədbirin belə yüksək səviyyədə təşkilinə və Dədə Ələsgər irsini, ozan sənətini yaşatdıqlarına, mədəniyyətimizin inkişafına verdikləri töhfəyəyə görə minnətdarlığını bildirdi.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Maya Qafarovanın rəhbərlik etdiyi “İrəvan Xalq Çalğı alətləri ansamlı”nın kollektivi də “Çeşmə başı”ndaydı. Beləcə Dədə Ələsgər dühasının işığında - “Çərşənbə günündə çeşmə başında” bayram ovqatlı bir gün yaşadıq. Sizlərə də xoş ovqat arzusu ilə:

Tamxil ZİYƏDDİNOĞLU







21-03-2026, 09:25
21 Mart Beynəlxalq Novruz Günüdür


21 Mart Beynəlxalq Novruz Günüdür

Martın 21-i Beynəlxalq Novruz Günüdür.
2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.
Bu bayram Qafqazda, o cümlədən Azərbaycanda, Balkan, Qara dəniz hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və digər regionlarda geniş qeyd edilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!