Dünən, 21:50
“Qarabağ” Cica ilə yollarını ayırdı“Qarabağ” komandası futbolçusu Redon Cica ilə yollarını ayırıb.
Oyunçu “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub. 26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.
2023-cü ilin yanvarından “Qarabağ”ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.
9-07-2025, 20:53
“Zirə” Türkiyə klubunu məğlub etdiYeni mövsümün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Zirə” növbəti yoxlama matçını keçirib.
Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib.
Qarşılaşma Bakı təmsilçisini qələbəsi ilə yekunlaşıb - 2:1. "Qartallar"ın qollarını 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batie vurublar.
Qeyd edək ki, "Zirə" daha əvvəl Bakıda “Qarabağ”a qarşı keçirdiyi yoxlama matçında 0:4 hesabı ilə məğlub olub.
7-07-2025, 13:16
"Sumqayıt"a yeni baş məşqçi təyin olundu"Sumqayıt" futbol komandası yeni baş məşqçisi Saşa İliçin təyinatını açıqlayıb.
Bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Saşa İliç son olaraq Rusiyada "Pari NN" komandasında işləyib.
6-07-2025, 09:43
"Real"dan yeni rekord2025 FİFA Klublararası Dünya Çempionatının 1/4 final matçında "Borussiya"nı 3:2 hesabı ilə məğlub edən "Real Madrid" bir mövsümdə oyunların sayına görə ölkə rekordunu yeniləyib.
Bu görüş "Real Madrid" üçün 2024/2025 mövsümündə 67-ci olub ki, bu da İspaniya klubları arasında tarixin ən yaxşı göstəricisidir.
"Kral klubu" 2001/2002 mövsümündə 66 oyun keçirib. Tarixdə ən yaxşı nəticə isə 2009/2010 mövsümündə "Atletiko"ya və 2011/2012-ci illərin heç-heçəsində "Barselona"ya məxsusdur - hərəyə 64 matç.
6-07-2025, 00:07
Avropa çempionatında daha bir qızıl medalİtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında Azərbaycanın bir sərbəst güləşçisi qızıl, digəri gümüş medal qazanıb.
Bu barədə Güləş Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.
Vasif Bağırov (57 kq) finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan V.Bağırov bu dəfə çempion olub.
Muradxan Omarov (79 kq) həlledici görüşdə Gürcüstan təmsilçisi ilə qarşılaşıb. Ancaq debütant komanda yoldaşından fərqli olaraq, qələbə qazana bilməyib. Şamaxı güləş məktəbinin yetirməsi Davit Çetçelaşviliylə bacarmayıb – 0:10. Beləliklə, M.Omarov gümüş medalı boynundan asıb.
Rəvan Musayev (97 kq) təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiyə 7:0 hesabıyla qalib gəlsə də, bürünc medal uğrunda qarşılaşmada rusiyalı Maqomedqadji Maqomedova məğlub olub – 0:6.
5-07-2025, 18:52
Portuqaliyalı futbolçu Azərbaycan klubunda"Kəpəz" komandası heyətini yeni futbolçu ilə gücləndirib.
Portuqaliyalı Pedru Qomeş Gəncə təmsilçisinə transfer olunub. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Qomeş ilə ikiillik müqavilə imzalanıb.
İyirmi iki yaşlı oyunçunun son klubu vətənində "Boavişta" olub.
4-07-2025, 23:07
Qadın güləşçimiz Avropa çempionu olduİtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.
Beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Ruzanna Məmmədova (62 kiloqram) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.
Zəhra Kərimzadə (72 kiloqram) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.
3-07-2025, 22:51
Yenidən Avropa çempionu olduİtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.
Bu gün qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.
Dünən bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.
Beləliklə, güləşçimiz bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olub.
28-06-2025, 20:49
Maksim Medvedev baş məşqçi oldu“Qarabağ”ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub.
Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Maksim ötən mövsüm U-14 komandasında köməkçi məşqçi işləyirdi. O, bu vəzifədə həmin komanda ilə çempion olmuşdu.
28-06-2025, 20:49
Maksim Medvedev baş məşqçi oldu“Qarabağ”ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub.
Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev əvəzedici komandanın baş məşqçisi təyin olunub.
Qeyd edək ki, Maksim ötən mövsüm U-14 komandasında köməkçi məşqçi işləyirdi. O, bu vəzifədə həmin komanda ilə çempion olmuşdu.