Tariximizin varlıq qaynağı: Naxçıvan .....                        Keçmişdə yatanlar bu gün oyanır .....                        Ruhumuzun ehtiyacından doğan görüş .....                        İTV-yə yeni direktor müavini təyin olundu .....                        Yol kənarındakı qanunsuz tikililər söküldü - VİDEO .....                        Sizi çox sevirik, İslam müəllim!… .....                        Xankəndidə yenə silah-sursat tapıldı .....                        Spiker həmkarı ilə parlamentlər arasında əlaqələri müzakirə etdi .....                        Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                       
Bu gün, 11:32
İTV-yə yeni direktor müavini təyin olundu


İTV-yə yeni direktor müavini təyin olundu

Günel Osmanova İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktorunun müavini təyin edilib.
Bu barədə İTV-dən məlumat verilib.
Bildirilib ki, şirkətin Baş direktoru Balakişi Qasımov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında bununla bağlı təklif irəli sürüb və məqsədəuyğun sayılıb.
Qeyd edək ki, G.Osmanova bu təyinatadək şirkətin Mərkəzi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Bu gün, 10:43
Yol kənarındakı qanunsuz tikililər söküldü - VİDEO


Yol kənarındakı qanunsuz tikililər söküldü - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, bu çərçivədə, Gəncə-Samux avtomobil yolunun Gəncə şəhəri ərazisindən keçən hissəsində yol kənarında qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.
"FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb"- deyə məlumatda bildirilib.

Bu gün, 10:10
Xankəndidə yenə silah-sursat tapıldı


Xankəndidə yenə silah-sursat tapıldı

Ötən gün Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 tapança, 10 qumbara, 3 trotil, 70 patron darağı, 2210 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bundan başqa, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara, 3 tüfəng, 150 ədəd müxtəlif çaplı patron və 1 alışdırıcı təhvil götürüblər. Həmçinin qanunsuz saxlanılan 3 tüfəng də aşkar edilərək götürülüb.
Dünən, 22:16
Spiker həmkarı ilə parlamentlər arasında əlaqələri müzakirə etdi


Spiker həmkarı ilə parlamentlər arasında əlaqələri müzakirə etdi

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib. Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Görüşdən sonra Sahibə Qafarova xatirə kitabını imzalayıb.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə görüş davam edib.
Andrija Mandiç bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə ölkələrimizin dost və etibarlı tərəfdaş olduqları, bir çox məsələlərdə ortaq dəyərləri və fikirləri bölüşdükləri qeyd edilib.
A.Mandiç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edib.
Görüşdə ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, bu istiqamətdə də əlaqələri daha da dərinləşdirmək baxımından qarşılıqlı səfərlər və dialoqu davam etdirmək çox vacibdir.
Söhbət zamanı dostluq qruplarının birgə fəaliyyətinin önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, dostluq qrupları müntəzəm təmaslar, dialoq və fikir mübadiləsi ilə parlamentlərimiz arasında körpü rolunu oynayır. Tərəflər parlament komitələri arasında da əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıblar.
S.Qafarova görüşdə regionda mövcud olan vəziyyət barədə də geniş məlumat verib, həmçinin bəzi dövlətlərin, ilk növbədə, Fransanın regionumuzda gərginliyi artırmaq üçün addımlar atdığını bildirib.
O, həmçinin Avropa Parlamentinin son qətnaməsinə toxunaraq bunu ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirib.
Monteneqro parlamentinin sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini qeyd edib. O, imzalanacaq sülh sazişinin regionda sülh və əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Görüşdən sonra iki ölkənin parlament sədrləri Monteneqro parlamentində yaradılan "Barbara Prammer Demokratiya Emalatxanası"nda da iştirak ediblər.
Dünən, 22:08
Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib


Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə DövlətKomitəsinin sədri Bahar Muradova Miqrasiya Əməkdaşlıq Platformasının (MƏP) rəhbəri Azər Allahverənov və bu koalision təsisatın digər təsisçilər ilə görüşüb.
Qonaqları salamlayan Komitə sədri Bahar Muradova, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib. MƏP nümayəndələrinin Dövlət Miqrasiya Xidməti yanında ictimai şurada təmsil olunduğu dövrdə də fəallığına diqqət çəkən sədr, platformanın yaradılmasının müsbət bir təcrübə olduğunu qeyd edib. Əlavə edib ki, belə təşkilatların cəmiyyəti narahat edən müxtəlif sahələrə töhfə verəcəyinə, o cümlədən bu proseslə məşğul olan ictimai şuraların da sonradan belə platformalar yaratmasına təkan olacağına inanır.
Ölkəmizdə çox sayda vətəndaş cəmiyyəti institutunun fəaliyyət göstərdiyini vurğulayan B.Muradova qeyd edib ki, qeyri-hökumət təşkilatları konkret istiqamətlər üzrə peşəkarlaşmalı, müvafiq sahənin işinə töhfə verməli və belə əməkdaşlıq platformalarının yaradılmasında yaxından iştirak etməlidir.
Tarixi Zəfərin ölkəmizdə hər bir sahədə daha sürətli inkişafa təkan verdiyini vurğulayan sədr, dövlət orqanlarının fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı əməkdaşlıq etdiyinə diqqət çəkib. O, çıxışının sonunda müvafiq sahələr üzrə birgə layihələrin, tədbirlərin həyata keçirilməsində maraqlı olduğunu qeyd edib və İctimai Birliyin gələcəkdə Komitənin fəaliyyət istiqamətləri ilə bağlı məsələlərə daha geniş yer ayıracağına ümidini ifadə edib.
Səmimi qəbula görə təşəkkürünü bildirən "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov, təşkilatın yaradılması tarixindən və qısa müddətdə həyata keçirdiyi layihələrdən danışıb. Miqrasiya sahəsinin çoxşaxəli və maraqlı bir sahə olduğunu deyən sədr, Azərbaycanda miqrasiya proseslərinin aktiv olduğunu qeyd edib. Təşkilatın reallaşdırdığı layihələrin nəticələrindən söz açan A.Allahverənov, bir sıra statistik göstəriciləri diqqətə çatdırıb, gələcəkdə fəaliyyət istiqamətlərinin daha da genişlənəcəyini bildirib. O, Azərbaycanda bu sahədə yeganə təşkilat olan MƏP-in Komitə ilə əməkdaşlığa önəm verdiyini, hər zaman dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Görüşün davamında Komitənin yenilənmiş Uşaq Məlumat Bankı, gender bərabərliyinin təmin olunması, erkən uşaqlıq dövründə inkişaf, vətəndaşların ailə üzvlərinin repatriasiya və readmissiyası istiqamətində fəaliyyəti, Azərbaycan hökuməti adından beynəlxalq təşkilatlar qarşısında təqdim etdiyi hesabatlarla bağlı məlumat verilib və müvafiq sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Dünən, 21:10
İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTO


İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri aprelin 26-da başa çatıb.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.




Dünən, 20:15
Cüdoçumuz Avropa çempionu oldu


Cüdoçumuz Avropa çempionu oldu

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi olub.
Yarımfinalda Adil Osmanovu (Moldova) məğlub edən üçqat Avropa çempionu həlledici görüşdən də qələbə ilə ayrılıb.
H.Heydərov bu dəfə Danil Lavrentyevi (AIN) üstələyib. Millinin lideri bununla da Azərbaycan cüdosunun tarixinə 4 qat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.
Bu gün digər təmsilçilərimiz - Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala yiyələnib.
Dünən, 19:16
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşdü


İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dünən, 18:50
Sülhməramlılar bu tarixdə Qarabağdan tam çıxacaq


Sülhməramlılar bu tarixdə Qarabağdan tam çıxacaq

Rusiyanın sülhməramlı kontingentinin demək olar ki, hamısı artıq Qarabağı tərk edib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindəki mənbə "Reuters" agentliyinə məlumat verib.
Məlumata görə, yerdə qalanlar sülhməramlılar mayın sonuna kimi yola düşməlidir.
Bildirilir ki, rusların bütün zirehli texnikası, o cümlədən 90 zirehli transportyor (BTR82A) və 380 texnika artıq Azərbaycan ərazisini tərk edib.
Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.
Dünən, 18:12
Ermənistanla sərhəddə işlərin 35 faizi tamamlanıb - RƏSMİ


Ermənistanla sərhəddə işlərin 35 faizi tamamlanıb - RƏSMİ

Geodeziya ölçmələri əsasında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 26 aprel 2024-cü il tarixinə planlaşdırılan işlərin təxminən 35 faizi yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
Bildirilib ki, iki dövlətin ekspert qruplarının işi davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!