Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 5-09-2017, 12:20
ADR - Müstəqilliyə gedən yol



Azərbaycan xalqının layiqli oğlu və gözəl atanın, Zahid Məmmədovun əziz xatirəsinə həsr olunur
.

Azərbaycan Demokratik Respublikasının Parlamenti demokratik, hüquqi dövlətin yaradılması ideyasına istiqamətlənmiş bütün fəaliyyəti ilə Azərbaycanın yeni tarixində silinməz iz qoymuşdur. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaradılması müstəqilliyimizin və dövlətçiliyimizin qurulmasındaəhəmiyyətli rol oynamışdır. Azərbaycan Demokratik Respublikası islam aləmində ilk dünyəvi demokratik dövlət, eləcə də qadınların seçki hüququnun olduğu ilk müsəlman dövləti olmuşdur. Azərbaycan Demokratik Respublikası Zaqafqaziya müsəlmanlarının müvəqqəti milli şurası tərəfindən elan olunmuş müstəqil dövlətdir. 1917-ci il fevral inqilabının qələbəsi ilə Azərbaycanın milli-azadlıq hərəkatı yeni qüvvə ilə vüsət almışdır və 1911-ci ildə qurulan və qurulduğu andan xalqların öz müqəddəratını təyin etmə prinsipinin qorunması məqsədini öz qarşısına qoyan “Müsavat” partiyası yeni, müstəqil dövlətin yaradılması uğrunda mübarizəyə başlayır. Dövlət quruluşu federativ demokratik respublika formasında
olmalı idi və burada əsas anlayışlar söz, vicdan, nəşr etmə, təşkilatlanma, yığıncağ azadlığı idi. Bütün bu atributlar dövlət tərəfindən təminat altına alınırdı. Dini, milli, cinsi və siyasi baxış mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar bərabər hüquqlara malik idilər. E. Qeqeçkorinin rəhbərlik etdiyi Zaqafqaziya hökumətinə Azərbaycanın üç nümayəndəsi - Fətəli xan Xoyski, M.Y.Cəfərov və X.Xasməmmədov, həmçinin Məmmədəmin Rəsulzadənin liderlik etdiyi müsəlman
sosialist fraksiyası da daxil olmuşdur. İlk Azərbaycan parlamenti 44 müsəlman
türk nümayəndələrindən ibarət idi və Azərbaycanın Milli Şurası adlanırdı. Məhz
Azərbaycanın ilk parlamenti 1918-ci il 28 may tarixində ölkənin müstəqilliyini elan
etdi. Milli Şuranın ümumilikdə Tiflisdə, Gəncədə, Bakıda 10 yığıncağı
keçirilmişdi.

İkinci dövr 1918-ci ilin 7 dekabrından 1920-ci ilin 27 aprelinə qədər davam
etmişdir. Bu müddətdə parlamentin 145 iclası keçirilmişdir. ADR-in fəaliyyət
göstərdiyi müddət ərzində türk köklərinin və islam dəyərlərinin saxlanması şərtilə
hüquqi, dünyəvi dövlətin yaradılması istiqamətində bir çox qərarlar qəbul
olunmuşdur. Yeni dövlətin fəaliyyətinin əsas istiqamətləri elmin, təhsilin, xalqın
maariflənməsinin və səhiyyənin inkişafı idi. Ölkədə yeni məktəblər, gimnaziyalar,
qızlar üçün məktəblər, uşaq bağçaları, kitabxanalar və xəstəxanalar açılırdı.
1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universiteti açıldı.
Bütün bunlar arası kəsilməyən fitnə-fəsad və müdaxilələr şəraitində
edildi. Gənc Respublikanın qarşısında beynəlxalq aləmdə tanınmaqla bağlı
mürəkkəb vəzifə dururdu. Bunun üçün 1918-ci il 28 dekabr tarixində Paris sülh
konfransına parlamentin sədri A.M.Topçubaşovun rəhbərliyi ilə xüsusi nümayəndə
heyəti göndərildi.
Topçubaşovun səyləri ilə Azərbaycan Respublikası bir sıra dövlətlər
tərəfindən tanındı.
ADR-nin nümayəndələrinin bütün xoş məramlı fikirləri, uğurları,
fəaliyyətləri və nailiyyətləri yüksəlişdə ikən, 11-ci Qızıl Ordunun təcavüzü
nəticəsində qarşısı kəsildi. Azərbaycan Demokratik Respublikası 1920-ci il aprelin
28-də məhv edildi və yalnız 1991-ci il avqustun 31-də, SSRİ süqut etdikdən sonra
yenidən öz müstəqilliyini elan etdi.

Yekunda qeyd etmək istərdim ki,
Azərbaycanın tarixində və müstəqilliyini əldə etməsində ADR-nin rolu əvəzsizdir.
Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, M.Y.Cəfərovun,
X.Xasməmmədovun, A.M.Topçubaşovun və Azərbaycan Demokratik
Respublikasının digər dövlət xadimlərinin adlarıAzərbaycanın yeni tarixinə “Qızıl
hərflər”lə yazılmışdır.
                                                                                   
Tamerlan Ələkbərov
Butov.az


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!