MEK İldırım Bəyazid Universiteti Kitabxanası ilə memorandum imzalayıb .....                        ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü .....                        Teymur Kərimli: Vahid elektron məlumat sisteminin yaradılması çox əhəmiyyətlidir .....                        “Xətai” stansiyasında hansı yeniliklər olacaq? .....                        Himnlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb .....                        Himnlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb .....                        Bakıda 53 yaşlı vəzifəli şəxs vəfat etdi .....                        Bakının magistral yollarında sürət həddi endirilib .....                        Avstraliyada çamadanda dələlərlə uçan şəxs saxlanılıb .....                       
Tarix : 4-12-2018, 12:12
ABŞ-da ölümcül virus yaya bilən yeni gənələr aşkar edilib

ABŞ-da Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi “Haemaphуsalis longicornis” adı ilə də məşhur olan Şərqi Asiya gənəsinin sürətlə artması ilə əlaqədar hesabat dərc edib. Hörümçəyə oxşayan bu gənələr ölümcül təhlükəli virus və bakteriyaların mənbəyidir. Mütəxəssislər bildirilər ki, artıq 9 ştatda gənələrin bu növü qeydə alınıb.
Butov.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin ekspertləri bu ekzotik paraziti ilk dəfə keçən il Nyu-Cersi ştatının ərazisində aşkar ediblər. O vaxt bir nəfər fermer 12 yaşlı qoyunu qırxarkən heyvanın bədənində yüzlərlə gənə görüb və bu barədə ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin regional bölməsinə məlumat verib. Ekspertlər müəyyən ediblər ki, gənələrin bu növü adətən Şərqi Asiya, Yeni Zelandiya və Avstraliyada yayılır.
Keçənilki hadisədən sonra Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzi gənələrin bu növünün ABŞ-da yayılması yerlərini aşkar etməyə çalışıblar. Tədqiqat nəticəsində məlum olub ki, uzunquyruq gənə artıq 9 ştatda – Nyu-Cersi, Nyu-York, Pensilvaniya, Virciniya, Şimali Karolina, Qərbi Virciniya, Konnektikut, Merilend və Arkanzas ştatlarında yayılıb. Yoluxmuş heyvanların və insanların ən yüksək faizi Nyu-Cersi (33 faiz), Qərbi Virciniya (20 faiz) və Virciniya (12 faiz) ştatlarında, habelə Vaşinqton yaxınlığındakı Feyrfaks dairəsində qeydə alınıb.
Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzinin mütəxəssisləri problemin lokallaşdırılması üzərində çalışır və potensial təhlükənin miqyasını qiymətləndirirlər. Onların sözlərinə görə, Şərqi Asiya paraziti gənə ensefaliti, SFTS virusu, babezioz və digər infeksiyaları yayır. Ekspertlər bildirirlər ki, dişi Şərqi Asiya gənəsi bir dəfəyə 2 minə yaxın yumurta qoya bilir. Bu gənələrin sürətlə yayılması qlobal iqlim dəyişiklikləri və istiləşmə ilə bağlıdır, çünki bu şərait gənələrin həyat qabiliyyətini artırır və onların çoxalmasına kömək edir.


Paylaş



Bölmə: Dünya, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!