Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 18-10-2017, 12:24
Tamplier - İkinci hissə


Sarasin. Silahyoldaşları 1

Deyirlər ki biz, mirasları və qürurları ilə birlikdə öz ailələrimizin davamıyıq. Bu halda öz valideynlərini və keçmişini tanımayan bir adam kimi mən nə deyə bilərəm ki? Mən valideynlərimi bir yaşındaykən Akradan Qüdsə gedən yolda səhrada itirmişəm.Mənim valideynlərim Akraya gəlmişdilər və zəvvarlarla birlikdə Müqəddəs şəhərə gedirdilər, onlar yolun yarısında düşərgə salmaq üçün dayandılar. Bu zaman quldurlar onlara basqın etdilər. Yaxşı ki, elçi ilə birgə Qüdsə gedən məmlüklərin dəstəsi vardı. Onlar quldurlara hücum etdilər və onları öldürdülər. Təəssüf ki, onlar çox gec özlərini yetirdilər, quldurlar hamını öldürmüşdülər. Məmlüklər öz yollarına davam etmək istərkən, körpə çığırtısı eşitdilər. Onlar axtarmağa başladılar və məni kürəyinə ox saplanmış qadının bədəni ilə örtdüyü vəziyyətdə tapdılar. Onlar məni özləri ilə götürdülər. Dəstənin Dəməşqli komandiri Əbdül əl-Zəngi məni oğulluğa götürdü, mənə müsəlman adı olan Yusif adını verdi və məni öz oğlu kimi böyütdü.Mən, yalnız Əbdüldən eşitdiklərim əsasında keçmişimi öyrənərək əsl müsəlman kimi böyüdüm.Qahirə mənim üçün xalqım sarasinlərin olduğu doğma ev oldu. Mən yadlar arasında doğma idim. Onların valideynlərim olması faktını məndən gizlətmədilər, çünki, uşaqdan əsil-nəcabətini gizlətmək müsəlmanlarda günah sayılır.Mən sevgi ilə böyümüşəm, məni ögey qardaşım Əhməddən ayırmırdılar, məni nəinki yeni ailəm, həm də dostluq etdiyim və hərb sənətini birgə öyrəndiyim həmyaşıdlarım da qəbul etdi. Amma yenə də mən özümü yad hiss edirdim. Mənə həmişə valideynlərimin kim olduğunu öyrənmək maraqlı idi.

Mənim atam Səlahəddin Eyyubinin tərəfdarlarından biri idi. Mən qardaşım Əhmədlə birlikdə on beş yaşında səlibçilərə qarşı vuruşur və Sultan Səlahəddin Eyyubinin Suriya və Mesopotamiyadakı hərbi əməliyyatlarında iştirak edirdik. Göstərdiyim şücaət və igidliyə görə iyirmi yaşında Sultanın şəxsi qvardiyasına qəbul olundum və ölkənin Qüds Krallığı ilə olan sərhədinin müdafiəsi və karvanların qorunması ilə bağlı əmr aldım. Beş il sonra yanıma Sultanın qasidi gəldi və Qahirəyə geri qayıtmağımla bağlı əmri mənə çatdırdı. Burada mənim həyatımın yeni əhvalatı başlayır. Beş ildən sonra mən Qahirəyə, doğma şəhərimə qayıtdım. Heç bir müsəlman şəhəri öz gözəlliyi, nəhəng tikililərin miqyasına görə Qahirə ilə müqayisə oluna bilməz. Bu şəhərdə hər şey - məscidlər, mədrəsələr, məqbərələr, bazarlar bir-biri ilə ahəng içindədir.Dolambac küçələr və dalanlar böyük küçə və meydanlara birləşirdilər,sən özünü burada tənha hiss edə bilməzsən. Sultan Səlahəddinin hökmranlığı sayəsində şəhər göz önündə böyüyür və şanagüllə çiçəyi kimi çiçəklənirdi. Gözəl şəhər eyni zamanda təhlükəsiz idi. Şəhərin əzəmətli divarları çox sayda mühasirəyə davam gətirə bilərdi və Sultanın hərbi əsərlərindən biri olan istehkam qala və ya xalq arasında deyildyi kimi Səlahəddinin qalası idi. Mən Qahirəyə öz döyüşçülərimin və köməkçim Muradın müşayiəti ilə gəldim. Gəldikdən sonra dərhal saraya yollandım.Sultanın sarayı özü kimi sadə, eyni zamanda əzəmətli idi. O, həmişə bizə öyrədirdi ki, insan dəbdəbə içində yaşamamalıdır, belə ki, sən getdikcə zəif olursan və kimin və nəyin uğrunda mübarizə apardığını unudursan.Saraya gəlib çatdıqdan sonra məni dərhal Sultanın yanına apardılar. Sonuncu dəfə Sultanı mən beş il əvvəl görmüşdüm, qvardiyaya daxil olduqdan sonra məni dövlət sərhədlərini mühafizə etməyə və karvanları qorumağa göndərdilər. Sultan zərrə qədər də dəyişməmişdi. Kiçik boylu, yumru sifət, qara saçlı və qara gözlü.Mömin, təvazökar, mərhəmətli, ciddi hökmdar və çox yaxşı sərkərdə. Mən zala daxil oldum və bir dizi üstə oturdum

- Qalx, Yusif .

- Sultan yaxınlaşdı və məni qucaqladı.

-Evinə xoş gəlmisən, oğul. Atan necədir?

- Sizin dualarınızla, Sultanım. Təəssüf ki, mən onu görə bilmədim, dərhal sizin yanınıza gəldim.

-Atasının oğlu. Sən yeni tapsırığa hazırsan?

- Necə buyurursunuz.

- Yusif, sənin üçün sirr deyil ki, xristianlarla sülh yalnız mənimlə IV Balduinin sayəsində qorunur, biz çox şeyə nail olmuşuq, lakin münasibətlər gərginləşir, bir tərəfdən Suriyalı ermənilər sarasinlər adı altında zəvvar dəstələrinə hücum edirlər,o biri tərəfdən tamplier cəngavərləribizim karvanlarımıza basqın edirlər.

- Siz istəyirsiz ki, mən dəstə başçılarını tapım?

-Yox. Sən Qüdsə, məndən məktubla birlikdə IV Balduinin yanına gedəcəksən. Sən və sənin dəstən, kralın adamları ilə birlikdə karvan yollarını quldurlardan və cəngavərlərdən mühafizə edəcək.

-Bunun arxasında kimin dayandığını güman edirsiniz?

-İblis xislətli Rene de Şatinyonvə Reneyə qulaq asan və onun bizə hücumunu dəstəkləyən Qi de Luizyan.

-Kral onları cəzalandıra bilmir?

- Bunun üçün sübutlar lazımdır. Kralın adamları ilə birlikdə sən məhz bu işlə məşğul olacaqsan.

- Necə buyurursunuz.

-Məmlüklərin qvardiyasından on beş nəfər götür və sabah dan yeri ağararkən hərəkət edin. İndi isə get adamlarını seç, sonra isə ailənə baş çək.Mən sənə tamamilə güvənirəm, müsəlmanlarla xristianların münasibətlərinin gələcəyi səndən asılıdır.

-Mənə etimadınızı boşa çıxarmayacam.

-Səni saxlamayım, get, Yusif

-Sultan.

Mən baş əydim və zaldan çıxdım. Mən, Murad və məni müşayiət edən mühafizəçilərlə birlikdə saraydan dərhal məmlüklərin düşərgəsinə yollandıq. Biz baxış keçirərək on döyüşçü seçdik, çünki mənimlə birlikdə beş əsgər də gəlmişdi.Göstərişlərimi verərək və səfərlə bağlı hazırlıqlar üçün Muradı orda saxlayaraq evə yollandım. Məni anam qarşıladı, qucaqladı, öpdü. O heç dəyişməmişdi. Gözəl, açıq saçlı, incə, zərif bir qadın. O, uşaqlıqda olduğu kimi mənə gülümsünürdü. Baxmayaraq ki, mən artıq uşaq deyildim, onun gözlərində mən uşaq kimi qalmışdım. Atam və qardaşım evdə yox idilər, onlar işləri ilə əlaqədar İsgəndəriyyə şəhərində idilər. Evdə heç nə dəyişməmişdi, hər şey mən oranı tərk etdiyimdə olduğu kimi qalmışdı. Şərq üslubunda inşa olunmuş, çox otaqlı, böyük həyəti olan iki mərtəbəli bina. Geniş bağındakı çoxlu sayda bitki və çiçəklər anamın əsəri idi. Mən otağıma getdim, anam isə aşağıda qalaraq xidmətçilərə göstərişlər verirdi. Paltarımı dəyişərək zala düşdüm, anam orda məni gözləyirdi, süfrə artıq hazır idi. Biz yemək yeyirdik, təkcə mən danışırdım, öz macəralarımdan və şer yazmağa başladığımdan bəhs edirdim

- Sən dəyişmisən, Yusif, daha güclü və müdrik olmusan, amma mən hiss edirəm ki, səni nəsə narahat edir.

- Düzdür, ana, siz haqlısız, mən sizi və atamı və əlbəttə ki qardaşımı sevirəm, lakin məni bir sual narahat edir. Əslində mən kiməm?Mənim valideynlərim kim olub və onlar niyə Müqəddəs Torpağa gəliblər?

-Hər şey Allahın əlindədir, Yusif. Biz onlar barədə heç nə bilmirik, amma mən inanıram ki, zamanla sən öz suallarına cavab tapacaqsan.

-Siz mənim ailəmsiniz və dünyada heç bir ailəyə sizi dəyişmərəm. Mən sadəcə kim olduğum haqda həqiqəti öyrənmək istəyirəm.

-Səni başa düşürəm, Yusif, bu sənin haqqındır. Hər şeyin öz vaxtı var. Rahat yeməyini ye.

Biz yeyib qurtardıq, anam yatmağa getdi. Xidmətçi Əli dayıdan məni sübh açılanda oyatmağını xahiş edib öz otağıma keçdim. Mən otağımda uzanmışdım və məni nə gözlədiyini düşünürdüm.Mən həmişə hərbçi olmuşam, elçi olmamışam. Ümid edirəm ki, inşallah mən tapşırığın öhdəsindən gələcəm, ailəmi rüsvay etməyəcəm və Sultanın etimadını doğruldacam. Yatmaq lazımdır.

Sübh açılanda Əli dayı məni oyatdı. Özümü xatırladığım qədər Əli dayı bizdə xidmətçilik edirdi. Dolu, hündür olmayan, bığlı və mehriban bir dayı.O, həmişə məni əzizləyir və qoruyurdu. Biz həmişə onun uşaqları və mənim köməkçim və dostum olan Muradla oynayırdıq. Yaraq-zirehimi geyinib həyətə düşdüm, anam artıq məni gözləyirdi.

- Mən sənə yol üçün yemək qoymuşam

-Çox sag ol, ana.

-Cənab, Murada salam de.

-Oldu, Əli dayı.

Anamı öpüb qucaqlayaraq mən ata mindim və düşərgəyə yollandım. Murad artıq dəstə ilə birlikdə məni düşərgənin həyətində gözləlyirdi.

- Siz vaxtında gəldiniz, cənab.

-Murad, hər şey hazırdır?

-Sizin istədiyiniz kimi, əmrinizə əsasən yola düşürük.

- Əli dayı sənə salam göndərdi.

- Gərək ona baş çəkərdim. Necə düşünürsən, o məni bağışlayıb?

- Əli mehriban insandır, həmçinin sən də, Murad. Biz hamımız səhvlər edirik, o səni bağışlayıb, lakin geri qayıdandaona baş çək və üzr istə.

-Belə də edəcəm.

Dua edək və yola çıxaq. Dəstəmaz aldıqdan və namaz qıldıqdan sonra yola çıxdıq. Səfərimiz sakit idi, bizim qarşımıza yalnız karvanlar və bizim gözətçilər çıxırdı. Səfər zamanı mən heç kimlə danışmırdım. Biz düşərgə üçün dayanır, sonra isə yenə yolumuza davam edirdik. Biz demək olar ki, hədəfimizə çatmışdıq, bir gün sonra biz Qüdsə çatacağıq. Biz gecə hərəkət edirdik ki, səhər Müqəddəs şəhərə çataq. Hava artıq işıqlanırdı. Mən yalnız məqsədim haqqında düşünürdüm, lakin yenə də beynimdə mənim həqiqi valideynlərim barədə düşüncələr dolaşırdı. Mən kiməm? Onlar niyə Müqəddəs Torpağa gəlmişdilər?

-Cənab, bağışlayın, sizi düşüncələrinizdən ayırıram.

-Hər şey qaydasındadır, Murad, söylə.

-Mənə belə gəlir ki, bizi izləyirlər.

-Əminsən?

-Başımla cavabdehəm, biz səhrada tək deyilik.

- Elə isə qonaqları intizarda qoymayaq. Döyüşçülər! Döyüşə hazırlaşın!

Mənim bağırtım səhraya yayıldı və bir anda təpəlikdə atlılar peyda oldu,onlar təxminən 30 nəfər idilər.

- Döyüşçülər, siz bizim qonaqları xoşqarşılamağa etiraz etmirsiz ki?

- Biz həmişə hazırıq, cənab.

- Biz qaçmayacağıq, əgər alnımıza ölüm yazılıbsa, bu Allahın məsləhətidir.Siz istəyirsiz ki sizi xatırlasınlar?! Sultanın əsgərləri, döyüşə!

Biz onları gözlətmədik və onların qarşısına çıxdıq. Biz onlar üçün sürpriz hazırlamışdıq. Onlara yaxınlaşdıqda, yəhərlərimizə bərkitdiyimiz nizələri onlara tərəf atdıq. Bizim dəqiqliyimizə skif oxatanları həsəd apara bilərdilər. Hücum edənlərin birinci sırası ciddi şəkildə seyrəldi, amma yenə də rahatlanmaq olmazdı, say üstünlüyü onların tərəfində idi. Bizim qılınclarımız onların qılıncları ilə qarşılaşdı. Mən ikisini yerə sərdim. Üçüncüsü ilə daha çətin oldu.Mən onun zərbələrinin qarşısını alırdım və onun üçüncü hücumunu dəf edərək çiyninə zərbə endirdim.Qılınc onun əlindən düşdü və o, söyüş söydü.

Ay səni, sarasin alçağı ….

O, sözlərini tamamlaya bilmədi, onun sinəsinə nizə sancıldı. Mən çevrilib baxdım və Muradı gördüm.

- Soyüş söyüləndə xoşuma gəlmir.

- Hər zamankı kimi vaxtında gəldin, qardaş.

-Qarşılıqlı təriflərə vaxt yox idi.Onlar bizi mühasirəyə almışdılar, amma bizim təslim olmaq niyyətimiz yox idi. Düşmənlər sevinirdilər, birdən...

-Allah bizimlədir!

Bu səs səhraya əks-səda kimi yayıldı. Biz çevrildik və təpəlikdə bir atlı gördük. Bu, tamamən ağ paltarda və sinəsində qırmızı xaç olan bir atlı idi.

- İndi fikirləşirsən ki, sən bizi qorxutdun?! - deyə quldurlardan biri çığırdı vəonlar gülüşdülər.

Cəngavər qılıncı qınından çıxardı və təpədə dərhal onun kimi geyinmiş başqa atlılar da peyda oldu.

-Döyüşə, qardaşlar! Allah bizimlədir!

Cəngavərlər bir nəfər kimi döyüşə atıldılar. Quldurlar çaşqınlığa düşdülər, onlar nə etməli olduqlarını o anda başa düşmədilər – cəngavərlərə hücum etsinlərmi ya bizim axırımıza çıxsınlar. Mən vəziyyəti öz nəzarətimə götürdüm. Döyüşə, Allahın əsgərləri! Biz yeni qüvvə ilə düşmənin üzərinə atıldıq. Quldurlar bölündülər, onların bir hissəsi bizimlə vuruşmağa davam etdi, o biri hissəsi isə cəngavərlərə hücum etməyə yönəldi. Onların sonu məlum oldu, tələyə düşmüşdülər. Biz asanlıqla quldurları darmadağın etdik. () Biz atdan endik və öz xilaskarlarımızın yanına getdik.Cərgədən irəli iyirmi yaşlarında döyüşçü çıxdı. Biz bir-birimizin əlini sıxdıq.
- Çox sağ olun ki, bizi xilas etdiniz. Mənim adım Yusif əl-Rəsuldur, Sultan Səlahəddinin elçisiyəm, Qüds Kralı IV Balduinin yanına tapşırıqla göndərilmişəm.

-Mən, Liondan Baron Anriyəm, Akradan Qüdsə gedən zəvvarların yolunu qoruyan Tamplier cəngavərlərinin komandiriyəm,bu isə mənim köməkçim Renedir. Bu quldurlar uzun müddətdir ki, bizə rahatlıq vermirdilər, sizin və adamlarınızın köməyilə, Yusif əl-Rəsul, biz onları məhv etdik.

-Siz bizim dili yaxşı bilirsiniz, Komandir.

-Yaşadığın torpaqdakı xalqı yaxşı tanımaq üçün sən onun mədəniyyətini və dilini başa düşməlisən.

-Tədirəlayiqdir, bəs düşmən üzərində qələbə barədə nə deyə bilərsiniz?

- Düşmənə qalib gəlmək üçün təkcə onun hərbi qüvvələrinin sayını və sərkərdələrinin potensialını deyil, eyni zamanda tarixini, qələbə əzmini və həyat fəlsəfələrini bilmək lazımdır. Düşmənini tanımaq və hiss etmək lazımdır, bu halda ona qalib gələ bilərsən.

- Baron, bütün bunları sizə kimin öyrətdiyini bilmək olar?

- Mənim üçün atamı əvəz edən komandirim, sadiq silah yoldaşım və yaxşı insan Jak de Rifor.

- Siz çoxdan Müqəddəs Torpaqdasınız?

-Bir ilə yaxın. Cənab Yusif, kobud görünmək istəmirəm, amma biz yola düşməliyik, ümid edirəm ki, sizi müşayiət etməyimizə etiraz etməzsiniz?

-Şərəf duyarıq. Komandir Rene, biz həlak olmuş qardaşlarımızı və quldurları dəfn etməliyik, baxmayaraq ki, onlar bizim düşmənimiz olublar, amma onlar torpağa dəfn olunmalıdırlar.

- Mübahisə etməyəcəm, cənab Yusif.

Biz yaralanmış quldurları və iki əsgərimizi dəfn etdik. Onların ruhlarına dualar etdikdən sonra biz yola düşdük. Səhərə yaxın biz artıq Qüdsə çatdıq.
Biz komandir Jakla birlikdə dəstənin önündə gedirdik.

-Bilmək olar, siz, Baron Rene belə gənc yaşda bu cür məsuliyyətli vəzifəni necə tutmusunuz?

-Sizə dediyim kimi, mən demək olar bir ildir ki Müqəddəs Torpaqdayam. Biz Qüdsə çatan kimi komandirimiz Jak de Rifora sahildə soyğunçuluq edənquldurları izləmək tapşırığı verdilər. Donanma kapitanı quldurları dənizdə məğlub etməliydi, biz isə onların sahildəki düşərgəsini tapmalıydıq. Bir neçə ay biz onları izlədik və nəyahət ki, onların düşərgəsini tapdıq və qaranlıqdan istifadə edərək hücum etdik. Hücum zamanı mən fərqləndim, komandiri xilas etdim, quldurların başçısı ilə döyüşdüm və qalib gəldim. Quldurların qaydasına görə, əgər döyüşçü onların başçıları ilə döyüşübsə, bu zaman onlar qalib gələnə xidmət göstərməyə borcludurlar.Onlar mənim üçün and içdilər ki, bir daha soyğunçuluqla məşğul olmayacaqlar, quldurlar üçün namus sözü qiymətlidir. Mən onları buraxdım. Bundan sonra məni Qüds Kralı IV Balduinə təqdim etdilər, göstərdiyim şücaətə və alicənablığa görə Kral mənə Dəməşqli ustaların hazırladıqları ərəb qılıncını hədiyyə etdi. Komandir Jak hansısa işlərlə bağlı Fransaya göndərildikdə isə o, məni öz vəzifəsi üçün tövsiyə etdi.

-Siz mərd döyüşçüsünüz. Mən lazım olarsa, sizinlə çiyin-çiyinə döyüşməkdən şərəf hissi duyaram, amma əgər biz rəqib olsaq, mənim üçün sizə qalib gəlmək və ya qılıncınızla məqlub olmaq şərəf olacaqdır.

- Qarşılıqlıdır. Cənab Yusif, eyni sualı da sizə vermək olarmı? Siz yaşca məndən çox da böyük deyilsiniz, amma artıq Sultanın elçisiniz və sizdə Sultan qvardiyasının komandirininyaraq-zirehi vardır.

-Mən Suriyanın alınmasında və Seyf ad-Dinə qarşı döyüşlərdə fərqləndim. Göstərdiyim igidliyə görə 20 yaşında Sultanın əmri ilə Sultanın qvardiyasında xidmət etməyə başladım və beş il ərzində dövlətin Qüds Krallığı ilə olan sərhədini müdafiə etdim və karvanları quldurlardan qorudum, sonrasını isə artıq siz bilirsiniz.

Siz də layiqli rəqibsiniz, cənab Yusif. Biz demək olar ki, çatmışıq, təpəyə çıxsanız, öz gözlərinizlə Müqəddəs şəhəri görəcəksiniz.

Təpəyə çıxdıqda qarşımızda Qüds şəhərini gördük. Möhtəşəm və zamanın toxunmadığı əbədi şəhər. İlk baxışdan onun gözəlliyini qiymətləndirmək olar. Əzəmətli divarlar, qüllələr.. Mən əvvəllər Qüdsdə olmamışdım, ümid edirəm ki, şəhərin daxili gözəlliyi xarici gözəlliyindən geri qalmır.

Şəhərin qapılarına çatdıqda Tamplierlərin komandiri atını durdurdu, digərləri də onun kimi etdi.

- Müqəddəs Torpağa xos gəlmisiniz, Yusif əl-Rəsulvə döyüşçü qardaşlar. Cənab Yusif, siz və sizin adamlarınız bizim qonağımızsız, şəhərə birinci siz daxil olmalısınız.
-Göstərdiyiniz ehtirama görə təşəkkür edirik, komandir Jak. Biz şəhərə birinci daxil olduq, bizim ardımızca bizi müşayiət edənlər də şəhərə girdilər. Ən asan iş geridə qalmışdı, indi isə qarşıda ən çətin iş vardı – Kralla danışıqlar aparmaq.

Tamplier (2-ci hissə).

Tamerlan Ələkbərov
Butov.az




Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!