“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 9-08-2019, 14:25
YAZIÇI PUBLİSİST ELÇİN KAMALIN AD GÜNÜNƏ AT ÜSTÜ TƏBRİK

Əzizim Elçin Kamal əvvvəlcə səni salamlayıram birinci sənin ad gününə bayram kimi baxıb sevinənlərin hamısını təbrik edirəm çünki sənin təbiətində elə bir cazibə var ki, tanıyanların birmənalı şəkildə hamısında müsbət aura yaradır. Sən tanrının elə bəndəsisən ki, nəinki yaxın, hətta uzaq ətrafına da xoş ovqat bəxş edirsən uzun illər bir yerdə işlədik bu az qala 20 illik bir ömür deməkdir. Dədə-babadan bu qədər vaxtda bir igidin ömrü deyirlər... bu zaman axarında hər vaxt səndən müsbət enerji aldım. Söz düşəndə deyirəm ki, Elçin Kamalla işlədiyim günlər ömrümə yazılsın.
Sən istedadlı yazıçı publisistsən. Ancaq, sənin yaradıcılıq yolunun parlaq dövrü birgə işlədiyimiz zamana daha çox uyğun gəlir. Bu günə qədər çoxlu qələm sahibi ilə təmasda olmuşam. Ancaq sənin qədər dilə həssas, dilin çağırdığına uyğun cavab verən bir kimsə görmədim. Səninlə birgə "Yurdun övladları" publisistik kitabını yazdıq. Bu kitab bizə nəinki mənəvi divident, hətta maddi qazanc bəxş elədi. Ancaq biz sonra maddi qazancın arxasınca getmədik. Bədii yaradıcılıq yolu tutduq. Xüsusi ilə sənin "Manqal", "Sınan güzgü" kitabların ədəbi mühitdə çox yaxşı əks səda doğurdu. Hələ " Göbək muncuğu" hekayəni demirəm. Sənin bu əsərin publisistik hekayə janrının şedevri idi. Lap elə bundan sonra heç nə yazmasan bu hekayə sənin istedadının sübutudur.
Əziz dostum, qardaşım Elçin Kamal bu gün sənin ad günündür. 9 avqust mənim yaddaşım üçün əlamətdar bir gündür. Sən öz qürurunla, mənəvi ucalığınla yaşadığın cəmiyyətdə, mühitdə qədərincə seçilirsən. Çox möhkəm, özülləri saf bir ailənin başçısısan, ağıllı övladlar tərbiyə eləmisən, böyütmüsən. Doğulub- böyüdüyün kəndə, tayfaya adınla, sanınla hörmət gətirmisən.
Və nəhayət...
Biz səninlə şöhrətli Kredo qəzetinin bünövrəsini birgə qoymuşuq. Sən bu gün bu qəzetdə olmasan da mən səni qəzetin hər sayında təzədən görürəm. Ən mübahisəli məsələyə necə ustalıqla yanaşmağını unutmamışam.
...və bu gün də sən təmkinli ağayana, bəysayağı davranışınla gündəlik işimizdə qarşımıza çıxan mübahisəli məsələlərin həllində təbii səmimi mövqeyinlə iştirak edirsən.
...Hərdən düşünürəm dünyadakı bu qədər qaranlıq gətirən çoxlu insanlar var, bəlkə də insancığazlar deməliydim... onda gərək bu dünya qaranlığa bələnəydi amma sənin kimi sayca az olub, işığı gur olanların sayəsində dünya işıqlıqda gələcəyinə doğru gedə bilir.
Əziz dostum Elçin Kamal sevinirəm ki, sən bu gün mühüm informasiya orqanında - AzərTAcda uğurla çalışırsan. Yaxşı bilirəm sənin yeganə meyarın var həqiqət və doğruluq, ədalət və haklılıq... bu meyar, bu tapınaq sənin güc, ilham qaynağındır.
Tanrı sevdiyi bəndələrinə elə bu tapınağı bəxş edir. Bundan sonrakı ömründə də sağlam canla həyat, uzun ömür... tapınağına sədaqət diləyirəm.
Əzizim Elçin Kamal, bu qeydləri yazdığım anda Kredo qəzetinin tanıdığın əməkdaşları istədilər ki, onların da təbrikini sənə çatdırım. Şakir, Həkət, Şəhla... Ceyhun... səni salamlayır, ad gününü təbrik edir. Bir vaxt Kredo qəzetinin ocağında gördüyün adamlar yenə sənə hörmətli və sevgili duyğularını çatdırırlar.
Qəlbimin istəklisi Elçin Kamal nəinki mən... biz hamımız səni sevirik. Allah eləsin sən də bizi sevə biləsən.
Gələcək illərdə xoş görüşlərədək.
YAZIÇI PUBLİSİST ELÇİN KAMALIN AD GÜNÜNƏ AT ÜSTÜ TƏBRİK

İmza: Əli Rza XƏLƏFLİ.
9 avqust 2019

Bir dostumuz Xələfli digər dostumuz Elçini o qədər dürüst tərənnüm edib ki, bu təbrikə "Bütöv Azərbaycan"çılar qoşulmaya bilməz. Dr. İlham Məmmədli və Tamxil Ziyəddinoğlu sizin hər ikinizi sevərək təbrik edirlər.


Paylaş



Bölmə: Ədəbiyyat / Turan / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!