Nazirlər Kabinetində elektromobillər müzakirə edildi .....                        Rusiya sülhməramlıları texnikalarını da Qarabağdan çıxarır .....                        XİN Başçısı Kayrat Sarıbayla görüşdü .....                        İranın XİN Başçısı Türkiyədə səfərdədir .....                        Yeni hazırlanmış dərsliklər istifadəyə veriləcək .....                        Laçın hava limanının nəzarətlə bağlı müqavilə imzalandı .....                        Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir .....                        İlham Əliyev Şuşayla bağlı Sərəncam imzaladı .....                        Türkiyə və BƏƏ prezidentləri telefon danışığı apardı .....                       
Tarix : 31-03-2020, 21:04
Gün tənqid günü yox, birlik günüdür




Özümü dərk etdiyim gündən hadisələri, insanları müşahidə etməyə, davranışlarını analiz etməyə çalışmışam. Məhz buna görə çox vaxt qəti və əclafca qərarlar almaq məcburiyyətində qaldığım da olub. Amma insan amili, yaşam, insanların həyatı həmişə ağlımın bir küncündə ilişib qalmaqda davam edib.


Məsələ burasındadır ki, bu gavurca adlanan virus gündəmə çevrildiyi gündən bəri nələr olacağını analiz etməyə, insanların, hökümətlərin hansı addımları atacağını hesablamağa çalışıram və təsadüfə baxın ki, niyəsə ilk gündən yanılmırdım.

Tarix boyu Azərbaycan xalqının pozitivliyi, hər şeyə müsbət tərəfdən baxmağı həm başına bəla olub, həm də böyük uğurlara addım atmasına nail olub. İllərlə, hətta əsrlərlə "bu da keçər" deyib gah farsların, gah ərəblərin, gah rusların, gah da işbilməz qalstukların əsarəti altında olmuş, məsələyə daha pozitiv baxmışıq, amma bu xalq 1989-cu ildə həqiqətən həmrəy olmuş, həqiqətən də birlik sərgiləmiş bir xalqdır. Bu gün xalq və sistemin əl-ələ verdiyi, müxalifət və iqtidarın bir cəbhədə savaşdığı gündür. Bu gün polisin həyatı bahasına küçələrdə insanları qorumağa çalışdığı gündür, indiyə kimi hər dekabrın sonunda canfəşanlıqla qeyd etdiyimiz həmrəylik gününü əslində bu gün hiss edirik, biz illərdir ki, həmrəy deyilik, biz uzun zamandır qollarımızı bir-birimizə açmırıq.

Bu virusun öhdəsindən gəlməyə güclü səhiyyə yox, məhz birlik lazımdır, bu gün hamının əlindən gəldiyi ən sadə iş kimlərisə tənqid etmək, kimlərisə günahlandırmaqdır. Əlbəttə səhiyyənin vəziyyətindən danışmalı olsaq xəstəxanada sağalmaqdansa evdə ölməyi üstün tutaram, amma bu gün bu illətin öhdəsindən səhiyyə yox, məhz xalq gələ bilər. Eynilə Çini vəziyyətdən qurtaran səhiyyə yox, milyonlarla vətəndaş oldu, əksi olsaydı Amerika kimi hegemon bir dövlət güclü səhiyyəsi ilə bu virusun əlində girinc qalmazdı.

Bir dostumun dediyi kimi, hər şey ibtidai icma quruluşundan başladı və sərhədlər də məhz özünüqoruma instikti ilə formalaşmağa başladı. Bir insan özünü vəhşi heyvandan qorumaq üçün qonşusu ilə arasında sərhəd yaratdı, amma qonşusu ilə birləşib o heyvanın öhdəsindən gəlmədi. Bir müddət sonra bu qəbilələrin özünü təcridi ilə, daha sonra isə millətlərin bir-birindən uzaqlaşması ilə formalaşdı.

Çin niyə böyük bir fəlakətdən qurtuldu? Çünki insanlar həqiqətən də birlik yaratdı və 50 milyonluq Uhan camaatı üçün 1.5 milyardlıq əhali bir araya gəldi. Virusa yoluxmuş insanlar evlərinə qapadılsa da digər insanlar onlar üçün çalışdı, onları ərzaqla təmin etdi. Düşünün ki, bir insan qaydaları pozub binadan çölə çıxırsa günlərlə həmin binaya ərzaq yardımı olmayacağı üçün həmin şəxs məhz qonşuları üçün qaydaları pozmamağa başladı və bununla da milyard yarımlıq əhali virusun öhdəsindən gəldi.

İndi isə bizə nəzər salaq, onlayn dərslər aparan müəllimlər mənə Titanik filmində gəminin batdığı anda musiqi ifa edən orkestrı xatırladır. Martın 3-də ölkədə bütün təlim-tədris prossesi dayandırlıdığı halda bir çox kurslar müəyyən yollarla fəaliyyətini davam etdirməyə çalışmış, məhz öz kapitalları üçün insanların həyatı üzərindən zər atmağa çalışırdı. Biz insanların həyatını riskə atmamaq üçün və onları öz çıxarlarımızdan daha üstün tutduğumuz üçün elə həmin gün təhsil sahəsindəki hissələrimizi satışa çıxardıq.

Keçən günlərdə bir nəfər ailəsi ilə birlikdə maska tapa bilməyən insanlar üçün əl işi olan maskalar hazırlayıb ehtiyacı olanlara pulsuz olaraq paylayırdı, bir yaralı barmağa yod ola bilməyən insanlar isə həmin maskanın aptekdə satılan maskalara oxşamadığı üçün həmin şəxsi tənqid atəşinə tutmuşdu.

Bu yaxınlarda deputatlığa namizədliyini irəli sürmüş tanınmış bir həkim "resept yazması üçün 20 manat vermədiyiniz epidemoloqlardan indi məsləhət almaq istəyirsiniz" deyə bir fikir səsləndirmişdi. İndi deyəcəksiniz ki, həkimlər az maaş alır, məsələ burasındadır ki, həkimlərin haqqını axtardığı yer xalq deyil.

Məhz bu gün dövlətlə xalqın bir araya gəlməli olduğu gündür və nəzərə alın ki, bütün qlobal fəlakətləri yaradan da onların öhdəsindən gələnlər də məhz hegemon dövlətlər olur, cəzasını çəkənlər isə xəritədə rəqəmlərlə işarələnmiş dövlətlərdir.

Bunu da bilirik ki, hətta müharibələrdə belə tərəflər atəşkəs elan edib cəbhədəki yaralılarını və cəsədləri götürmək haqqları var idi. Gün tənqid günü yox, birlik günüdür.

Kamal Aken


Paylaş



Bölmə: Ədəbiyyat
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!