1920-30 illərdə Rus-Sovet imperiyasının Azərbaycandakı kadr siyasəti .....                        Prezident Əmir Pəhləvana mənzil bağışlayıb .....                        Uyğur vətəndaşından əhaliyə müraciət - VİDEO .....                        FHN çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib .....                        Bu müəllimlərin sənədləri yeni qaydada yoxlanılacaq .....                        FHN: Kür çayının Tovuz rayonu ərazisindəki hissəsində batan şəxslərin axtarışları davam etdirilir .....                        Bu gün həyatımızı xilas edən qəhrəmanların, “ağxalatlı”ların günüdür .....                        37 yaşlı kişini arı sancdı, öldü .....                        Bakı metrosunun xidmət rəisi qəfil dünyasını dəyişdi .....                       
Tarix : 18-01-2020, 16:50
Yurddaşlarımızı tanıyaq və tanıdaq

Gülnarə Nadir qızı Qocayeva-Məmmədova 1959-cu il fevralın 4-də Tiflisdə anadan olub.
Əslən qədim Borçalı mahalının - (indiki Gürcüstanın Marneuli rayonundakı) Qızılhacılı kəndindəndir.
1982-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun (TDPİ) Azərbaycan bölməsinin
"Azərbaycan dili və ədəbiyyatı – Gürcü dili və ədəbiyyatı" ixtisasını fərqlənmə diplomu ilə bitirib.
Elə həmin ildən də ali təhsil aldığı A.S.Puşkin adına TDPİ-də əmək fəaliyyətinə başlayıb.
Əvvəlcə kitabxanaçı, daha sonra isə müəllim, baş müəllim vəzifələrində işləyib (1982–2006).
Eyni zamanda o, həm də Tbilisi Humanitar Universitetində (1999–2005) və Tbilisi Dövlət Pedaqoji Universitetinin Marneuli filialında (2003–2006) çalışıb.
Gülnarə Qocayeva-Məmmədova 2004-cü ildə professor Əjdər Ağayevin elmi rəhbərliyi ilə Azərbaycan Təhsil Problemləri İnstitutu və Bakı Dövlət Universitetinin birləşmiş Dissertasiya Şurasında "Gürcüstan Demokratik Respublikasında azərbaycanlıların təhsili (1918–1921-ci illər)" mövzusunda dissertasiya müdafiə edərək pedaqogika elmlər namizədi elmi dərəcəsi alıb.
Bir il sonra isə dosent seçilib.
Gülnarə Qocayeva-Məmmədova 2006–2009-cu illərdə Kafkas Üniversitesində (Türkiyə); 2010–2011-ci illərdə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Universitetində (Gürcüstan, Marneuli) çalışıb.
Gürcüstan Prezidentinin sərəncamı ilə "Şərəf" medalı ilə təltif olunub.
Onu da qeyd edək ki, Doc. Dr Gülnarə Qocayeva-Məmmədova görkəmli ədəbiyyatşünas alim
Prof. Dr. Şurəddin Məmmədlinin həyat yoldaşıdır.
2011-ci ildən hər iki alim elmi-pedaqoji fəaliyyətlərini Türkiyənin məşhur Ardahan Universitetində
şərəflə davam etdirirlər.
Elmi tədqiqatları əsasən Gürcüstanda azərbaycanlıların təhsil, maarif tarixinin mərhələlərini əhatələyən
Doc. Dr Gülnarə Qocayeva-Məmmədova "Gürcüstan Azərbaycanlılarının Təhsili Tarixi I: Yüz Yaşlı Məktəblər: Tiflis, Qızılhacılı, Telav-Qaracala, Arıxlı, Sadaxlı məktəbləri" (Global-Print / Tbilisi, 2002) adlı bir monoqrafiyanın, dərs vəsaitinin, çoxlu sayda elmi məqalələrin müəllifidir.
Bir neçə dəfə beynəlxalq elmi konfrans və simpoziumlarda fəal iştirak edib,
bütün iştirakçılar tərəfindən böyük maraqla qarşılanan məruzələri
görkəmli alimlər tərəfindən yüksək qiymətləndirilib.


Paylaş



Bölmə: Borçalı, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!