Paşinyan: “Açığı, mənim bu suala cavabım yoxdur” .....                        Prezidentin Rusiyaya səfəri başa çatdı .....                        Sülhməramlılar Ermənistanın bu bölgələrinə yollanır .....                        Paşinyan Bakı və İrəvan arasında imzalanan sazişdən danışdı .....                        Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə getdi .....                        BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir .....                        Prezidentlər BAM-ın veteranları və işçiləriylə görüşdülər - ViDEO .....                        Peskov süıhməramlılarla bağlı önəmli açıqlama verdi .....                        Gürcüstan Bakı və İrəvanın razılaşmasını alqışlayır .....                       
Tarix : 8-04-2019, 11:58
"Dərbənd" Xeyriyyə İctimai Birliyinin ümumi yığıncağı keçirilib - FOTOLAR + VİDEO

Aprelin 6-da “Dərbənd” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin ümumi yığıncağı keçirilib. İctimai Birliyin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin hərbi tarix professoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru Nurulla Əliyev tədbiri açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.
İctimai Birliyin ötən müddətdə gördüyü işlər barədə məlumat verən Nurulla Əliyev Azərbaycan-Dağıstan əlaqələrinin inkişafına töhfə verən Birliyin 25 illik fəaliyyətindən danışıb.
Qeyd edilib ki, “Dərbənd” Xeyriyyə İctimai Birliyi Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafına töhfə verməyə çalışır. Ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən İctimai Birlik müxtəlif tədbirlər, görüşlər keçirir, həmyerlilərimizin vəziyyəti ilə maraqlanır. Dərbəndin inkişafı, Azərbaycan-Dağıstan əlaqələrinin daha da gücləndirilməsi istiqamətində yorulmadan çalışan qurumun üzvləri Prezident İlham Əliyevin yürütdüyü siyasəti fəal şəkildə dəstəkləyirlər.
Dərbənd şəhərində anadan olmuş, tanınmış Azərbaycan bəstəkarı Asəf Zeynallının 110 illik yubileyinin qeyd olunduğunu deyən Nurulla Əliyev görkəmli bəstəkarın musiqi sahəsindəki xidmətlərindən söz açıb, həyatı və yaradıcılığından danışıb.
İctimai Birliyin idarə heyətinin üzvü Rahilə Əsgərova bildirib ki, Asəf Zeynallı 1909-cu il aprelin 5-də qədim Dərbənd şəhərində doğulub. 1923-cü ildə milli kadrlar hazırlamaq üçün Dağıstandan Azərbaycana göndərilən yeniyetmələr arasında Asəf Zeynallı da olub. Diqqətə çatdırılıb ki, Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır. O, cəmi 23 il ömür sürməsinə baxmayaraq, xeyli dəyərli əsərlər miras qoyub. Milli romans, piano və simfonik musiqinin banisi olan A.Zeynallının “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Bəstəkar Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük işlər görüb. “İbtidai not savadı” dərsliyini tərtib edən bəstəkar “Uşaq süitası” əsəri ilə ilk dəfə Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, 70-ə yaxın Azərbaycan xalq mahnısını nota köçürüb. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edən gənc bəstəkar orada ağır xəstələnib. Yaradıcılığının inkişaf etdiyi bir dövrdə - 1932-ci ildə ağır xəstəlikdən sonra dünyasını dəyişib. Onun adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib.
Sonra Asəf Zeynallının həyatı və çoxşaxəli fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirdə birliyin üzvləri, Asəf Zeynallının ailə üzvləri və başqaları çıxışlarında onun yaradıcılığından danışıblar.
Asəf Zeynallının Azərbaycan incəsənətinə verdiyi töhfələrdən söz açan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov qeyd edib ki, ölkəmizdə multikultural mühitin qorunması və mədəniyyətin inkişafı yönündə məqsədyönlü addımların atılması Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. O, Asəf Zeynallının Dərbənd şəhərində xatirəsinin əbədiləşdirilməsini təklif edib.
İclasda Fuad Məmmədov “Dərbənd” Xeyriyyə İctimai Birliyinin Azərbaycanın tanınmış mədəniyyət və incəsənət adamlarının təbliğində gördüyü işlərə yüksək qiymət verdiyini bildirib. Professor İctimai Birliyin sədri N.Əliyevin Assosiasiyanın “Xoşməramlı fəxri mədəniyyət səfiri” adı ilə təltif olduğunu vurğulayaraq qurumun adından mükafatı təqdim edib.
Sonra bəstəkarın qohumları tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.
Daha sonra Asəf Zeynallının 110 illik yubileyinin respublikada qeyd olunmasını və onun adının əbədiləşdirilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun, ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya ünvanlanan “Dərbənd” Xeyriyyə İctimai Birliyi tərəfindən hazırlanan məktubun mətni səsləndirilib.
Sonra “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri N.Əliyevin müəllifi olduğu “Dərbənd” Xeyriyyə İctimai Birliyi - 25 il” kitabının təqdimatı keçirilib. N.Əliyev deyib ki, nəşr İctimai Birliyin yaradılmasının 25 illik yubileyinə həsr edilib. Kitabın redaktoru Silahlı Qüvvələrin hərbi akademiyasının adyunktura və elmi şöbəsinin professoru Sədi Nuriyevdir. Kitabda 1994-cü ildə əslən Dərbənddən olan Bakı ziyalılarının təşəbbüsü ilə yaradılan “Dərbənd” Xeyriyyə İctimai Birliyinin Azərbaycan və Dağıstan respublikaları arasında münasibətlərin inkişafı sahəsində fəaliyyətinə nəzər salınıb.
Qeyd olunub ki, son məlumatlara görə, Bakıda Dərbənddən gəlmiş 30 min nəfər yaşayır. Hazırda Cəmiyyət sıralarında 150-dən çox ailəni əhatə edən min üzvü birləşdirir. “Dərbənd” Xeyriyyə Cəmiyyəti 2016-cı il iyulun 21-də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən “Dərbənd” Xeyriyyə İctimai Birliyi adı ilə yenidən qeydiyyata alınıb. İctimai Birliyin üzvləri Dərbəndə yaşayan soydaşlarmız ilə əlaqələrin möhkəmləndirilməsi üçün birliyin irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirir.
Nurulla Əliyev qeyd edib ki, kitabda respublikanın ictimai-siyasi həyatında “Dərbənd” Xeyriyyə İctimai Birliyin üzvlərinin yaxından iştirakı və Dərbənddə həmyerlilərimizlə birgə keçirilən müxtəlif tədbirlər barədə mətbuatda dərc edilmiş məqalələr yer alır. Məqsəd “Dərbənd” Xeyriyyə İctimai Birliyinin fəaliyyəti və onun tanınmış ziyalıları haqqında oxucuya geniş məlumat verməkdir. Kitabdan ölkəmizdə fəaliyyət göstərilən ictimai birliklər və təşkilatlar üçün gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında istifadə edilə bilər.
Sonra kitabın redaktoru, fəlsəfə elmləri doktoru Sədi Nuriyev və digərləri çıxış ediblər.
İclasda Türk xalqlarının Ümumdünya Konqresinin prezidenti, yazıçı Yəhya Caniyar “Dərbənd” Xeyriyyə İctimai Birliyin fəaliyyətinin işi barədə ətraflı məlumat verib. O, Nurulla Əliyevə fəxri fərmanı təqdim edib.
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyası – 20 il” kitabı ilə bağlı məlumat verən N.Əliyev bildirib ki, zəngin arxiv sənədləri əsasında hazırlanan nəşr Azərbaycan Silahlı Qüvvələrinın yaradılmasının 20-ci ildönümünə həsr olunub. Kitabda 20 il ərzində Akademiyanın keçdiyi yol və ali zabit kadrlarının hazırlanması sahəsində aparılan işlər əksini tapıb. Həmçinin Hərbi Akademiyanın professor-müəllim heyəti və məzunları haqqında ətraflı məlumat verilib. Müəllifləri Azərbaycan Respublikası Silahli Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev və Nurulla Əliyev olan nəşr Azərbaycanın mülki, ali və xüsusi təyinatlı təhsil müəssisələrinin müəllimləri, tələbələri, dinləyiciləri və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Nəşr gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işində sanballı elmi mənbədir.
Sonda qarşıda duran vəzifələr müzakirə edilib, qərarlar qəbul olunub.
"Dərbənd" Xeyriyyə İctimai Birliyinin ümumi yığıncağı keçirilib - FOTOLAR + VİDEO
"Dərbənd" Xeyriyyə İctimai Birliyinin ümumi yığıncağı keçirilib - FOTOLAR + VİDEO
"Dərbənd" Xeyriyyə İctimai Birliyinin ümumi yığıncağı keçirilib - FOTOLAR + VİDEO
"Dərbənd" Xeyriyyə İctimai Birliyinin ümumi yığıncağı keçirilib - FOTOLAR + VİDEO



Paylaş



Bölmə: Dərbənd / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!