“Tərlan - 2025” təlimi - Qazaxıstan hərbçiləri Azərbaycanda .....                        Xankəndidə Ərdoğanla Pezeşkian təkbətək görüşdü .....                        Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır? .....                        Ermənistan-Azərbaycan sülhü regionun ab-havasını dəyişəcək - Ərdoğan .....                        Ərdoğandan Rusiya-Azərbaycan gərginliyinə münasibət .....                        Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM .....                        Güney Azərbaycan Təşkilatları və İranda Yaşayan Digər Türk Toplumlarının Bəyanatı .....                        Sabahın havası: Külək, yağış, dolu... .....                        İran nüvə proqramından imtina etməyib - Tramp .....                       
Tarix : 9-12-2019, 13:14
İctimai Təşkilatlar arasında memorandum imzalanıb

“Dərbənd” Xeyriyyə İctimai Birliyi ilə “Dağıstan-Azərbaycan” Regional İctimai Təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Butov.az xəbər veriri ki, dekabrın 7-də Rusiya Federasiyasının Dağıstan Respublikası “Dağıstan-Azərbaycan” Regional İctimai Təşkilatının İdarə Heyətinin sədri Tacəddin Sultanovun başçılıq etdiyi nümayəndə heyəti “Dərbənd” Xeyriyyə İctimai Birliyinin ofisində İctimai Birliyin İdarə Heyəti ilə görüş keçirib.
Görüşdə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmlər doktoru, professor Nurulla Əliyev çıxış edərək təşkilatın fəaliyyəti, ölkəmizin ictimai və siyasi həyatında birliyin üzvlərinin fəal iştirakı, Rusiya və Azərbaycan arasında dostluğun və əməkdaşlığın inkişafı, həmçinin Dərbənddə yaşayan soydaşlarımız ilə əlaqələrin möhkəmləndirilməsi istiqamətində iki təşkilat tərəfindən birgə səylərin gücləndirilməsinin vacibliyindən danışıb.
Sonra Tacəddin Sultanov dəvətə və səfərin təşkilinə görə birliyin üzvlərinə minnətdarlığını bildirib və Dərbənddə həmyerlilərimiz ilə keçirilən müxtəlif tədbirlər barədə məlumat verib. Həmçinin Rusiya və Azərbaycan arasında tolerantlıq ənənələrinin, mədəniyyətlər və sivilizasiyalararası dialoqun genişləndirilməsi istiqamətində məqsədyönlü addımların atılmasının vacibliyindən, o cümlədən elmi, humanitar və sosial sahələrdə əməkdaşlığın hərtərəfli inkişafının əhəmiyyətindən bəhs edib.
İctimai Təşkilatlar arasında memorandum imzalanıb
Tədbirdə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri və tarixçi-tədqiqatçi Rauf Həsənov çıxışlarında iki xalq arasında dostluğun və əməkdaşlığın inkişafı məqsədi ilə təşkilatlar arasında informasiya mübadiləsi, mədəni və humanitar sahələrdə fəaliyyətlərin gücləndirilməsindən söz açıblar.
Dərbənd şəhərinin qədim hissələrinin qorunması və bərpası barədə təkliflər verilib.
Sonda “Dərbənd” Xeyriyyə İctimai Birliyi ilə Rusiya Federasiyasının Dağıstan Respublikası “Dağıstan-Azərbaycan” Regional İctimai Təşkilatı arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumda Azərbaycan ilə Dağıstan arasında dostluq münasibətlərinin, xalqların milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, tolerantlıq ənənələrinin təbliği sahəsində əməkdaşlıq məsələləri əksini tapıb.


Paylaş



Bölmə: Dərbənd / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!