Müharibənin gənc qəhrəmanı   .....                        Facebook… .....                        Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib .....                        Monteneqronun nüfuzlu CdM informasiya portalında “ASAN xidmət”dən bəhs olunub .....                        Şəbnəm Qurbansoy: "Tez bağışlayır və tez unuduram" .....                        “İRƏLİ”nin sədri Azərbaycan Milli Karate Federasiyasının Baş Katibi vəzifəsinə təyin olundu .....                        Avropa ölkəsindən Türkiyə ilə bağlı terror xəbərdarlığı .....                        Şəhid atası olmaq Şərəflilərin nəsibidir .....                        Mən sabah intihar edəcəm .....                       
Tarix : 25-10-2016, 09:44
 “Dərbənd” Xeyriyyə İctimai Birliyi möhtəşəm tədbir keçirib


Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə oktyabrın 22-də “Dərbənd” xeyriyyə ictimai birliyi tərəfindən “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində, həmçinin görkəmli dövlət xadimi, Əməkdar Hüquqşünas, ilk azərbaycanlı sərhədçi general-mayor Mustafa Nəsirovun anadan olmasının 95 illik yubileyi qeyd edilib. AZƏRTAC-ın verdiyi xəbərə görə, tədbirdə ölkə ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, general-mayor Mustafa Nəsirovun dostları, yaxınları, ziyalılar iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan, “Dərbənd” xeyriyyə cəmiyyətinin sədri Nurulla Əliyev çıxış edərək müstəqilliyin bərpasından ötən 25 ildə Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinlikləri diqqətə çatdıran N.Əliyev bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətən sevgisi xalqımızı bütün təhlükələrdən xilas edib. Ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli ordumuzun yaradıcısıdır.

Qeyd edilib ki, dahi rəhbər müdrik dühası ilə hələ sovet dövründə azərbaycanlı peşəkar hərbçilərin yetişməsinin zəruriliyini nəzərə alaraq, bir sıra hərbi təhsil müəssisələrinin ölkəmizdə fəaliyyətə başlamasına nail olub. Hakimiyyətinin ilk illərində ulu öndər Heydər Əliyev Milli Ordunun peşəkar zabit kadrları ilə təmin olunması üçün hərbi təhsilin inkişafına xüsusi diqqət ayırırdı. Ümummilli Lider Azərbaycan Ordusunda xidmət etmək, müstəqilliyimizi qorumaq peşəsini seçmiş gənclərə böyük ümidlər bəsləyirdi.

N.Əliyev ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğu işinə, ölkənin müdafiə qüdrətinin artırılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə daim diqqət göstərdiyini xüsusi vurğulayıb. O, məhz bu diqqət və

qayğı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusuna çevrildiyini bildirib.

Tədbirdə, həmçinin ilk azərbaycanlı sərhədçi general-mayor Mustafa Nəsirovun anadan olmasının 95 illik yubileyi münasibətilə bu peşəkar hərbçinin Vətən qarşısındakı xidmətlərindən danışılıb.

Qeyd olunub ki, 1921-ci ildə Dərbənd şəhərində anadan olan M.Nəsirov Azərbaycanda sərhəd mühafizəsi işinin təşkili sahəsində xüsusi rol oynayıb. 1942-ci ildə cəbhədən Saratov Sərhəd Qoşunları hərbi məktəbinə göndərilən M.Nəsirov bütün həyatını bu şərəfli peşəyə həsr edib. Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin qərargahlarında müxtəlif vəzifələrdə xidmət göstərən peşəkar hərbçi SSRİ sərhəd qoşunlarında məsul vəzifələr tutan ilk azərbaycanlı olub.
 “Dərbənd” Xeyriyyə İctimai Birliyi möhtəşəm tədbir keçirib

Diqqətə çatdırılıb ki, 1987-ci ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ilk sədri seçilən Mustafa Nəsirov ölkəmizdə veteran hərəkatinin inkişafına böyük töhfələr verib. Vətən qarşısındakı xidmətlərinə görə Mustafa Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.

Vurğulanıb ki, M.Nəsirov Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin inkişafına mühüm töhfələr verib. “Dərbənd” xeyriyyə cəmiyyətinin təsisçisi və fəal üzvü olduğu illərdə M.Nəsirov bu sahədə mühüm xidmətlər göstərib. Vətən qarşısında xidmətlərinə görə bu görkəmli şəxsiyyətin xatirəsi əbədiləşdirilib. Hazırda Dərbəndin küçələrindən biri M.Nəsirovun adını daşıyır.

Tədbirdə birliyin üzvləri Rəhilə Əsgərova, Rafiq Rəhimov, Əsgər Seyidov, Hacı Əhmədov, M.Nəsirovun ailə üzvləri və başqaları çıxışlarında ilk azərbaycanlı sərhədçi generalın xidmətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Mustafa Nəsirovun qızı İradə xanım çıxış edərək atasının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.


Paylaş



Bölmə: Dərbənd, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!