Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq .....                        Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı .....                        Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov .....                        Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ .....                        Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu .....                        Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq” .....                        Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi .....                        Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək .....                        Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib .....                       
Tarix : 10-03-2015, 16:20
Bu gün Eldar İsmayılın doğum günüdür.

Arif Məmmədli
Bu gün tanınmış şair, nasir və publisist Eldar İsmayılın doğum günüdür. Qələmini ədəbiyyatın bütün janrlarında sınayan, iri həcmli əsərlərində tarixi gerçəklikləri daim önə çəkən, şeir və poemalarını qəlbinin odu ilə yazan dəyərli ziyalımıza möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram! Eldar müəllim təkcə bir yazıçı kimi deyil, həm də səmimimiyyəti, vətəndaş mövqeyi ilə seçilən bir insan, xalq, millət fədaisi, sədaqətli dost kimi də onu sevənlərin qəlbinə yol tapıb. Eldar İsmayıl yaradıcılığı ilə şəxsiyyəti bir-birini tamamlayan, sözü ilə əməli üst-üstə düşən yazıçılarımızdandır. Ərkim çatan dostlarımın, həmkarlarımın adından Eldar müəllimi ad günü münasibətilə bir daha təbrik edir, ona halallıqla böyütdüyü övladlarının, sevimli nəvələrinin və sədaqətli oxucularının əhatəsində ürəyincə olan illər diləyirəm. Bilirəm ki, ürəyincə olan illər itirilmiş torpaqlarımızın azad ediləcəyi gündən başlayacaq. Allah böyük şairimizi bu istəyinə qovuşdursun!
Bu gün Eldar İsmayılın doğum günüdür.

Eldar İsmayıl (İsmayılov Eldar Ələsgər oğlu) Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Ağbulaq kəndində anadan olub. Bakı Dövlət Universitetini bitirib.
Bu gün Eldar İsmayılın doğum günüdür.

1988-ci ildə erməni işğaıçıları qədim oğuz torpaqlarından Azərbaycan türklərini silah gücünə çıxaranda digər həmyerliləri kimi Eldar İsmayıl da doğma yurdu tərk etməyə məcbur olub.
Bədii yaradıcılığa şeirlə başlayan Eldar İsmayıl həm də tarixi romanlar və publisistik əsərlər müəllifidir. Onun əsərləri ayrı-ayrı dövrlərdə bir çox qəzet, jurnal və almanaxlarda dərc olunub.
Bu günə kimi Eldar İsmayılın 43 kitabı işıq üzü görüb. Onlardan ikisi-“Eldar İsmaylın Allah amanatı əsərlərində seçmə şeirlər”(2000) və “Eldar İsmayıl və seçilmiş şeirləri” (2001) Ərzurumda Atatürk Universitetinin Kazım Qarabəkir fakültəsində Anadolu türkcəsində işlənib orta məktəb şagirdləri üçün dərslik kimi hazırlanıb. Müəllifin 43 kitabından 19-u şeir kitabı, 4-ü tarixi roman, qalanları publisistik əsərlərdir.
Bu gün Eldar İsmayılın doğum günüdür.

Eldar İsmayıl 12 mart 2007- ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası tərəfindən Türk Ədəbiyyatının İnkişafında xidmətlərinə görə “Türk Ədəbiyyatına xidmət” mükafatına layiq görülüb.
14 avqust 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən “Soyqırım və erməni təcavüzü” müsabiqəsinin “Xüsusi mükafatı” ilə təltif olunub.
Ədəbiyyat qarşısındakı böyük xidmətlərinə görə Birləşmiş Millətlərin Təltiflər Şurasının
Moskvadakı nümayəndəliyi tərəfindən 2011-ci ildə “Şərəf” ordeni ilə mükafatlandırılıb.
Azərbaycan Prezidentinin 20 sentyabr 2010-cu il tarixli sərəncamı ilə Eldar İsmayıla “Əməkdar jurnalist” fəxri adı verilib.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Hal-hazırda Azərbaycan Tibb Universitetinin nəşri olan “Təbib” qəzetinin baş redaktorudur.


Paylaş



Bölmə: Göyçə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!