142 yaşın mübarək! .....                        Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir .....                        Atəşkəs rejimi 132 dəfə pozulub .....                        Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                       
Tarix : 3-06-2016, 11:48

İyunun 2-də Almaniya Federal Məclisi – Bundestaq "Ermənilərə qarşı genosid" haqqında qətnaməni qəbul edib. Qətnamədə 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr "ermənilərə qarşı cinayət" kimi qiymətləndirilib. "1915-1916-cı illərdə Osmanlı imperiyasında ermənilərin və digər xristian azlıqların soyqırımının anılması" adlanan sənədin qəbul olunması tarixi həqiqətlərə etinasız münasibətin, xristian təəssübkeşliyinin, ikili standartların növbəti təzahürü oldu.

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi olaraq bu qərarı əsassız sayır, pisləyir, qəbuledilməz sayır və bunu "xristian klubu"nun türk-müsəlman dünyasına qarşı səlib yürüşünün davamı kimi görürük. Qardaş Türkiyənin yanında olduğumuzu bəyan edir, müstəqil, demokratik yolla inkişafına supergüclərin siyasi-mənəvi təzyiqlərinə qarşı dirənişində birlikdə olduğumuzu bəyan edirik.

Avropalı siyasilər üçün son 101 ildə ermənilərin Anadolu, Qafqaz, Cənubi Azərbaycanda qırdığı 2 milyondan artıq müsəlman türk 2-ci sort insanlar kimi görünür. Bu qərara səs verən parlamentarilərin alman tarixçi, səyyah, jurnalistləri Kathe Ehrold, Alfred Kerte, Rixard Kissler, Albert Şneyder, Xasse Arfa və digər onlarla Osmanlı tarixi üzrə araşdırmaçının tədqiqatlarından xəbərsiz olduqlarına inanmaq mümkünsüzdür. Avropanın yüzlərlə nüfuzlu alim, tədqiqatçı, diplomatı 1915-ci ildə baş vermiş hadisələr üçün “soyqırım” ifadəsinin istifadəsinin doğru olmadığını faktlarla, sübutlarla dəfələrlə bəyan ediblər. 25 sentyabr 1919-cu ildə Ərzurumda general Harbord başqanlığında incələmə aparan heyət ermənilərin törətdikləri qırğınları gözləri ilə görüb əhatəsindəkilərin yanında:- “Necə ola bilər ki, Həzrəti-İsanın qulları belə bir qətliam törədə bildilər!!!" –deyibər. General Harbord Ərzurum və çevrəsindəkilər gördüyü vəhşət qarşısında dəhşətə düşüb o qədər üzülmüşdür ki, İrəvanda daşnak qatillərinin onlara uzatdıqları əllərə toxunmağa belə özlərinə rəva bilməmişlər. ABŞ-ın İstanbuldakı səfiri Morgentaunun hesabatında 750 min erməninin faktiki olaraq Zaqafqaziyada yerləşdirildiyi, Konyadakı Amerika yardımı komitəsinin direktoru Meri Küşmən 1915-ci ildə yarım milyon erməni köçkünün sağ-salamat bu şəhərdən keçib getdiyini, Amerika konsulu Cessi B.Cəkson Kilikiya katalikosu II Sakal-Xakayanın və arxiyepiskop Muşeq Serokyan və digər yerli erməni icması üzvlərinin ifadələrinə əsaslanaraq Cənuba köçürülmüş bir milyon erməninin təxminən 100 mininin sağ-salamat Suriya və Mesopotomiyanın ərazisində keçdiyini, doktor Henri Riqqz Türkiyənin Xarput vilayətində yaşayan 175 min erməninin 25 mininin yerlərindən

tərpənmədən hazırda da burda yaşamağa davam etdiyini yazmışdılar. Həmin dövrün şahidləri, tədqiqatçıları Naynz və Sazerləndin Anadolu torpaqlarının bir çox vilayətlərini gəzib görüb eşitdiklərinə dair ABŞ-a yazıb göndərdikləri hesabatın son sətri belədir: “Biz inanırıq ki, ermənilər türklərə, türklərin ermənilərə etdiyindən daha çox cinayətdə günahkardırlar.”

ABŞ eks-prezidenti Ronald Reyqanın hüquq müşaviri Bruce Fein başqanlığında yaradılmış qrupun 1981-ci ildə hazırlayıb təqdim etdiyi raportda deyilir: "Ağ Saray araşdırma etdi, ermənilərin 2 milyon müsəlman Osmanlını qətl etdiyi ortaya çıxdı. Ermənilər, öz arxivlərini açmır, çünki bu gerçəyin ortaya çıxmasını istəmir, ermənilərin bu iddiaları son dərəcə əsassız... Osmanlı İmperator-luğunun azlıqlara qarşı müdhiş sayıla biləcək bir diqqət göstərdiyi həqiqətini unutmamaq lazımdır. Azlıqlar, öz dini azadlıqlarını və həyatlarını son dərəcə rahat bir şəkildə davam etdirirdi. Erməni terror dəstələri I Dünya savaşı əsnasında Fransa və Rusiya ilə birlikdə Osmanlıları öldürdü. Bu rəqəmin 2 milyon ətrafında olduğu bir gerçək. Erməni itkinlərinin isə 500 min ətrafında olduğu araşdırmalarla sübut edildi. Burada əsl əhəmiyyətli mövzu, ermənilərin xəyanətidir. Osmanlı da özünü müdafiə etdi. Xüsusilə ABŞ-da yaşayan ermənilər, soyqırım yalanı ilə böyük gəlirlər təmin edir. ABŞ rəhbərliyi də büdcəsinə böyük pullar döndüyü üçün ermənilərin qarşısına almaq istəmir. Ermənilər israrla öz arxivlərini açmır. Çünki illərdir soyqırım yalanı ilə gələn gəlirləri itirmək istəmirlər. Arxivlər açıldığı anda gerçək ortaya çıxacaq."

Almanların 2-ci dünya müharibəsində yəhudilərə qarşı həyata keçirdiyi soyqırımını özləri də daxil, beynəlxalq məhkəmə də tanıyıb, rəsmən üzür də istəyiblər yəhudilərdən, təzminat da ödəyiblər bunun üçün.

Görünür Almaniya tarixdə soyqırım törədən tək dövlət olaraq qalmaq istəmir, özünə yoldaş axtarıb, Osmanlını - Türkiyəni də öz sırasına qoşmaq istəyib.

Ötən əsrin əvvəlindən sonunadək ermənilər bu gün də onlara hərbi-siyasi dəstəyini açıq formada davam etdirən Qərb dövlətlərinin diqtəsi ilə Anadolu və Qafqazın müsəlman türk əhalisinə qarşı tarixdə misli görünməmiş vəhşiliklər törətmişlər. Həmin dəstəkçi ölkələrin təmsilçiləri olan Almaniyalı parlamentarilər bu gün xristian təəssübkeşliyindən bir addım da geri çəkilməyərək özəl siyasi ambisiyalarından çıxış edərək bu qətliamlara, soyqırıma haqq qazandırdıqlarını nümayiş etdirirlər. Hədəf isə Türkiyə ilə yanaşı, həm də 23 ildir BMT tərəfindən tanınan ərazilərinin 20 faizə qədər Ermənistan tərəfindən işğal altında saxlanan, 1 milyondan çox insanı deportasiyaya məruz qalan Azərbaycandır. Almaniyalı parlamentarilər alman xalqının qədim tarixinə, türk xalqları ilə dəfələrlə hərbi-siyasi sınaqlardan çıxmış ittifaqına, sivil ölkə adına ayıb, qara ləkə sayıla biləcək bir qərara səs verdiklərinin mənəvi cəzasını çəkməklə yanaşı, bundan sonra doğuracağı nəticələrə görə də cavabdehlik daşıyırlar.”
“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin bəyanatı: “Almaniya Bundestaqı verdiyi bədnam qərara görə tarix qarşısında məsuliyyət daşıyır”



“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti adından sədr Hacı Nərimanoğlu






Bölmə: Zəngəzur, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!