Novruz Məmmədov bu qərarları ləğv etdi .....                        Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI .....                        Xalq artisti Hacı İsmayılovun 75 illiyi qeyd olunub .....                        Bu gün güclü külək əsəcək .....                        Tarif Şurasının katibliyi kreditorlara müraciət edib .....                        AŞPA Mehman Hüseynovun işi üzrə qətnamə qəbulundan imtina edib .....                        Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirdi .....                        Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirildi .....                        Bakı metrosunda küləyin təsirinə məruz qala biləcək qurğular yoxlanılıb .....                       
Tarix : 24-12-2018, 12:32
GÜNEY AZƏRBAYCANDA MİLLİ OYANIŞIN USTADI

Böyük Azərbaycan millətinin böyük oğulları çox olub. Elə tarixi dönəmlər olub ki, bir kişi təkbaşına bir vətəni təmsil edə bilib. 1946-da Azərbaycan Demokrat Firqəsinin qurduğu elərki (demokratiya) xarici düşmənlərin qurğusu və daxili xainlərin çirkin satqınlığıyla dağıldıqdan sonra SSRİ-yə qaçmaq zorunda qalan Məhəmmədtağı Zehtabi orada neçə il Stalinizm tiranlığının qurduğu Siberiya da sosializmin internasionalçılıq vədlərinin həqiqi üzünü görüb böyük təcrübələr əldə edir. O, bu təcrübəsini sonralar, bizcə ədəbiyyatımızın şah əsərlərindən biri olan, “Şahin zəncirdə” poemasında Prometenin timsalında mükəmməlliyin zirvəsində olan epik bir poemada sərgiləyir. Bu şeirə yazdığımız “Zəncirləri qıran Şahinimiz” adlı ədəbi-tənqidi məqalədə bu poemaya görə olan düşüncələrimizi açıqlamışıq.
Hörmətli ustad Bakıda instituta qəbul olma sınağında əlaçı olur. Professorları ona həkimlik, mühəndislik kimi ixtisaslarda oxumasını təklif edirlər. Amma o Azərbaycan dili və ədəbiyyatını seçir. Onun böyük hədəfi vardı: “Vətənimin o tayında bu ixtisaslarda oxuyan çoxdur. Mənə lazım olan öz dilimiz və öz ədəbiyyatımızdır.”
O gənclik yaşlarından Pəhləvi rejimi və bu faşist rejimi iş başına gətirənlərin ayaqları altında tapdalanmış bir millətin gələcəyini düşünürdü. Universiteti bitirdikdən sonra İraq ölkəsinə gedib oradakı Türkman (Azərbaycanlılar) qardaşlarına kömək etmək üçün neçə il professorluq edir. 1978-də Pəhləvi rejiminin başındakıları götürürlər. Pr. Zehtabi bu fürsətdə vətəninə dönüb böyük hədəfinə doğru iradəli addımlarla yürüməyə başlayır. Onun “İran Türklərinin Əski Tarixi” adlı iki cildlik əsərləri rəhmətlik Pişəvəri vaxtında başlamış milli hərəkatın yenidən canlanmasına düşüncə və inam yaradır. Eyni halda ictimai-siyasi çalışıqları sayəsində bilikli, yeni milli şüurlu nəsil yaradır. Ustadın ədəbi yaradıcılığı da böyük inam və ilham qaynağı olur. “Pərvanənin sərgüzəşti”, “Hüseyn xan Bağban poeması”, “Şahin Zəncirdə” və başqa məqalələri və Güney Azərbaycanın şəhərlərində milli çalışqanlarla ardıcıl görüşüb məsləhət vermələri bu günkü milli hərəkatın qaynar bulağı olur.
Ustadın (SU DEYİBDİR MƏNƏ ƏVVƏLDƏ ANAM,”AB” Kİ YOX) dillər əzbəri olur. Ədəbi baxımdan Pr. Zehtabinin “Şahin Zəncirdə” kitabındakı poemaları ədəbiyyatımızın zirvələrini fəth edən yaradıcılıq nümunəsidir. Amma yetərincə populyar olmamasının bir neçə amili var.
1. Şair bu poemaları ağır repressiya şəraitində ört-basdır bir ortamda qələmə almışdı.
2. Ustadın yaşadığı sürgünlük və qaçaqaç yaşam yolu bu gözəl ədəbiyyatı tanıtdırmağa macal verməmişdi.
3. Ustadın özü populyarlıqdan çəkinmişdi.
4. Ən əsası, ustadın yaradıcılığı klassik miflər, tarixi təcrübələr, qələmi, üslubu, üstəgəl ensiklopedik savadı onun yaradıcılığını ana dilini yazıb oxuya bilməyən Azərbaycan xalqının çoxluğunu oluşduran adi kütlənin düşünə biləcəyi səviyyədən qat-qat yuxarı olması daha böyük əngəl sayılır. Bu son amil böyük bir məqalənin mövzusudur.
Dekabrın 22-si, (Deyin 1-i) tariximizin heç unudulmayan günlərindən biri kimi yazıldı. Mövlana Hz. Nəsiminin dərisini soymağa hökm verən cəllad hakimin adını bu gün beş-on nəfər tarixçidən başqa kimsə xatırlamır. Xatırlayan da lənət yağdıracaq. Eləcə də rəhmətlik Pr. Zehtabini əbədi olaraq millətimiz ürəkdən gələn sayğıyla anacaq. Ulu ustadımızın uca ruhu qarşısında baş əyirik. Yeri uçmağdır. Uca Allah qəni-qəni rəhmət eləsin!
GÜNEY AZƏRBAYCANDA MİLLİ OYANIŞIN USTADI

22 Dekabr, 2018,
ARAZ ƏHMƏDOĞLU, XOY.



Paylaş



Bölmə: Güneyin sesi, Karusel, Manşet, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!