142 yaşın mübarək! .....                        Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir .....                        Atəşkəs rejimi 132 dəfə pozulub .....                        Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                       
Tarix : 11-07-2017, 15:17
Səyyad Kərimovun (Dasi) 85 yaşı qeyd olundu


Diplomlar, ürək sözləri, təbriklər

İyunun 10 – da “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində yazıçı, publisist, fəal Səyyad Ağəmi oğlu Kərimovun (Dasi) 85 illik yubileyi qeyd olunub. Bu münasibətlə akt zalında düzənlənən yığıncağı İMC-nin sədri Rəhim Hüseynzadə açıb. O, 85 il əvvəl Lənkəran şəhərində dünyaya gələn yubilyarın mühacir taleyinin ötən əsrin 30-cu illərində yaşadılan siyasi proseslərin təcəssümü olduğundan danışıb. Qeyd edib ki, Səyyad da hələ yeniyetmə yaşlarından atası, fədai A. Dasinin təsiri altında mübarizlər sırasına qoşulub, Astara və Ərdəbildə cavanlar təşkilatının fəallarından olub. 1947-cı ildən valideynləri ilə Arazın digər tayına mühacirət etmək məcburiyyətində qalıb. Məruzəçi əlavə edib ki, ali təhsilli toxuculuq mühəndisi S. Kərimovun (Dasi) işlədiyi bütün sahələrdə öncüllərdən olmasını onun layiq görüldüyü çoxsaylı medallar, diplomlar, xatirə hədiyyələri göstərməkdədir. Azərbyacan Yazıçılar Birliyinin üzvünün kitablarında toplanan müxtəlif əsərlər isə müəllifin zəngin söz və duyum dünyasından xəbər verir. R. Hüseynzadə bütün bunların əsas götürülərək S. Kərimovun (Dasi) İMC – nin diplomu ilə təltif olunduğunu deyib və mükafatı sahibinə təqdim edib.
Səyyad Kərimovun (Dasi) 85 yaşı qeyd olundu

İranlı Mühacirlər Cəmiyyəti sədrinin birinci müavini Firidun İbrahimi yubiliyarı çoxdan tanıdığını, gənclərə daim ağsaqqal nümunəsi göstərdiyini vurğulayaraq Azərbaycan Respublikasının Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan tərəfindən yubiliyarın həmin təşkilatın diplomu ilə təltif edilidiyini, təqdimat səlahiyyətinin ona həvalə olunduğunu söyləyib.
Səyyad Kərimovun (Dasi) 85 yaşı qeyd olundu

Təqdimatdan sonra digər təbriklər, ürək sözləri səslənib. İMC-nin Ədəbi Birliyinin sədri, AYB-nin üzvü, Dədə Qorqud Beynəlxalq mükafatı laureatı Tariyel Ümid yubilyara həsr etdiyi şeirini səsləndirib. “Bütöv Azərbaycan” qəzetinin baş redaktoru Təmxil Ziyədddinoğlu Səyyad kişinin bu nəşrin fəal oxucuları və yazarları oduğunu deyərək onun yaradıcılığını səciyyələndirib.
İMC-nin Qadınlar Təşkilatının sədri işləmiş Humay xanım Yarəfra isə S. Kərimovun (Dasi) təşkilatla daim sıx əlaqə saxladığından danışıb. Tarixçi alimlər
Əkrəm Rəhimli (Bije), Səməd Bayramzadə, İMC-nin İdarə heyətinin üzvləri Murtuza Müqəddəm, Babək Şəriəti, İsmayıl Abdullahi, yubiliyarın yaxın dostu, energetik Yaşar Vahabov və başqaları da səmimi duyğularını dilə gətiriblər. Tanınmış sənətkar Həsən Cəbrayılovun parodiyaları da məclisə xoş əhval-ruhiyyə bəxş edib.
Səyyad Kərimovun (Dasi) 85 yaşı qeyd olundu

Sonra Səyyad Kərimov (Dasi) çıxış edərək diqqətə görə hamıya minnətdarlığını bildirib.
Səyyad Kərimovun (Dasi) 85 yaşı qeyd olundu
Səyyad Kərimovun (Dasi) 85 yaşı qeyd olundu








Bölmə: Güneyin sesi, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!