Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 17-07-2017, 11:49
Həsən Ruhaninin qardaşı həbs edilib



Butov.az GünAzTV - yə istinadən xəbər verir ki, İran prezidentinin qardaşı Hüseyn Firudin həbs edilib. Bu barədə İran Məhkəmə Sisteminin sözçüsü axund Qulamhüseyn Möhsüni Ejei iyulun 16-da jurnalistlərlə görüşündə xəbər verib.

Möhsüni Ejei bildirib ki, Hüseyn Firudin iyulun 15-də bir sıra maliyyə məsələləri ilə əlaqədar əleyhinə sürülən ittihamlarla bağlı həbs edilib: “Onun müvəqqəti azadlığa buraxılması qarşılığında mülki girov vəsiqəsinin qoyulması tələb edilib. Lakin girov vəsiqəsi təmin edilmədiyinə görə o, zindana köçürülüb. Vəsiqənin məbləği təmin ediləcəyi təqdirdə o, müvəqqəti olaraq sərbəst buraxılacaq”.

Hüseyn Firudinin müvəqqəti azadlığa buraxılması qarşılığında təyin edilən mülki vəsiqə girovunun məbləğini açıqlamayan Möhsüni Ejei, onun işi ilə bağlı daha bir neçə nəfərin də həbs edildiyini bəyan edib. Məsələnin araşdırıldığını bildirən axund Ejei, tutulmuş həmin şəxslərin adlarını açıqlamayıb.

Həsən Ruhaninin qardaşı həbs edilib


Qeyd edək ki, İran prezidentinin qardaşı ötən ilin yayında bir sıra rəsmilərin tutduğu vəzifələrdən sui-istifadə edərək özlərinə astronomik maaşlar yazması məsələsində rolu olmaqda və Refah bankının rəisinin təyin edilməsində müdaxilədə günahlandırılsa da o, həmin ittihamları rədd etmişdi.

Bəzi mənbələr isə Həsən Ruhaninin qardaşının tutduğu vəzifədən sui-istifadə etməkdə, maliyyə fırıldaqçılığında və dövlət əmlakını mənimsəməkdə günahlandırıldığını bildirirlər.

İran prezidentinin özəl köməkçisi və xarici işlər naziri Məhəmmədcavad Zərifin müşaviri vəzifələrində çalışan Hüseyn Firudinə qarşı irəli sürülən ittihamlar təzə olmasa da, onun məhz indi tutulması, hakimiyyətin dini liderə yaxın qatı mühafizəkar qanadından olan bəzi cərəyanların Həsən Ruhaniyə və onun hökumətinə təzyiqi kimi qiymətləndirilir.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!