Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Bu gün, 10:03
Təlim üçün Türkiyəyə yola düşdülər

Təlim üçün Türkiyəyə yola düşdülər

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində keçirilən “EFES - 2026” çoxmillətli təlimin növbəti mərhələsinə hazırlıq prosesi davam edir.
Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin döyüş atışlı praktiki məşqlərinə cəlb edilən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkəyə yola düşüb. Hərbi qulluqçularımız Türkiyə Respublikasının Çiğli Hava Bazasında qarşılanıblar.
Qeyd edək ki, “EFES - 2026” çoxmillətli təlimin əsas məqsədi iştirakçı ölkələrin bölmələri arasında genişmiqyaslı əməliyyatların keçirilməsi zamanı koordinasiyanın gücləndirilməsi, döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi və praktiki vərdişlərin təkmilləşdirilməsidir.
Dünən, 07:10
Şərəfli Yapon Komutanı

Şərəfli Yapon Komutanı
Qafqaz cəbhəsində rusların əsir götürdüyü 1012 türk əsgəri Sibirdən İstanbula göndərilərkən Yunanıstan donanması tərəfindən dayandırılıb və ələ keçirilməsi istənilib. Lakin yapon komandiri Yukiçi Tsumura bu tələbi rədd edərək türk əsgərlərini Yunanıstana təhvil verməyib.
"Türklər üçün canımı verərəm" deyən Yaponiya komandiri
Yarbay Yukiçi Tsumura bütün təzyiqlərə baxmayaraq qərarından əl çəkmədi.
Bu münasibət türk məhbusların qorunmasını təmin etmiş və Türkiyə-Yapon münasibətləri baxımından mühüm nümunə kimi qeydə alınmışdır.
Dünən, 06:31
SEPAH quru müharibəsi ssenarisini hazırlayır

SEPAH quru müharibəsi ssenarisini hazırlayır

Gunaz TV-nin məlumatına görə, SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu) son bəyanatında sərt və təhdidedici tonla bildirib ki, “düşmən”lə qarşılaşma üçün hətta əsir düşərgələri belə əvvəlcədən hazırlanıb.
Bəyanatda deyilir: “SEPAH-ın əməliyyat və müdafiə planlarının qiymətləndirilməsi və proqnozlaşdırılması düşmənin müxtəlif addımları, o cümlədən quru əməliyyatları ilə üzləşmək səviyyəsindədir ki, hətta mümkün təcavüzkarları qəbul etmək üçün əsir düşərgələri də hazırlanıb.”
Bu iddia regionda gərginliyin misli görünməmiş şəkildə artdığı bir vaxtda səsləndirilib və İranın hərbi strukturları genişmiqyaslı müharibə ssenarilərini gündəmə gətirərək qarşıdurma ritorikasını gücləndirir.
SEPAH-ın son açıqlamaları yalnız bu qurumun aqressiv və təbliğat xarakterli yanaşmasını deyil, həm də artan hərbi və siyasi təzyiqlər fonunda güc nümayişi cəhdi kimi qiymətləndirilir.
Müşahidəçilərin fikrincə, bu cür bəyanatlar real hərbi hazırlıqdan çox psixoloji müharibənin bir hissəsi olmaqla ictimai rəyə və regional balanslara təsir göstərməyə yönəlib.

25-04-2026, 08:59
Ordumuzun ən yaxşı snayperi

Ordumuzun ən yaxşı snayperi

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. Müdafiə Nazirliyindən məlumatda bildirilib ki, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında olub.
Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutaraq normativləri icra ediblər.
Bir neçə mərhələdən ibarət olan yarışda iştirakçılar müxtəlif atış çalışmaları üzrə bacarıqlarını nümayiş etdiriblər.
Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib.

20-04-2026, 07:55
Gəncədə yanğın təlimi


Gəncədə yanğın təlimi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Gəncə şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanında yerləşən çoxmərtəbəli yaşayış kompleksində təlim keçirilib.
Təlim şərti yanğın həyəcan siqnalı ilə yanğın texnikalarının yaşayış binasına, həmçinin su hovuzuna yaxınlaşa bilməsi və ümumilikdə ərazidəki yanğına qarşı əməliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə keçirilib.
Təlim zamanı şəxsi nəqliyyat vasitələrinin bəzi sahələrdə nizamsız park edilməsi səbəbindən yanğın avtomobillərinin yaşayış kompleksinin həyətinin bir hissəsində sərbəst şəkildə hərəkətinin məhdudlaşdırıldığı müəyyən olunub. Bundan əlavə, mövcud olan daxili yanğın kranlarının tam komplekləşdirilmədiyi, binanın ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilmədiyi, elektrik təsərrüfatının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə cavab vermədiyi və yanğınxəbərverici siqnalizasiya qurğusunun tam sahəyə quraşdırılmadığı və işlək vəziyyətdə olmadığı müəyyən edilib.
Qeyd olunan nöqsanların aradan qaldırılması barədə binanın yanğın təhlükəsizliyinə məsul şəxslərinə şifahi və yazılı tapşırıqlar verilib, eyni zamanda yaşayış binasının sakinləri ilə yanğın təhlükəsizliyinin təmin olunması barədə maarifləndirici söhbətlər aparılıb. Nəzərə çatdırılıb ki, yanğın və digər fövqəladə hadisələr zamanı xüsusi təyinatlı texnikaların binaların həyətinə maneəsiz daxil olması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtonəqliyyat vasitələrinin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir.
15-04-2026, 09:13
İran limanları mühasirədə


İran limanları

mühasirədə


ABŞ-ın Mərkəzi Komandanlığı “CENTCOM” bildirib ki, 10 mindən çox quru qoşunları, dəniz piyadaları və hava qüvvələri şəxsi heyəti, onlarla hərbi gəmi və təyyarə ilə birlikdə İran limanlarının mühasirəsi əməliyyatında iştirak edir.
CENTCOM daha sonra iddia edib ki, son 24 saat ərzində heç bir gəmi bu mühasirəni keçə bilməyib və altı ticarət gəmisi də Amerika qüvvələrinin əmri ilə marşrutunu dəyişərək Oman dənizindəki İran limanlarından birinə geri dönməyə məcbur olub.
Bu ABŞ hərbi qurumu vurğulayıb ki, bu mühasirə “bitərəf” şəkildə Ərəb körfəzi və Oman dənizində İran limanlarına daxil olan və çıxan bütün gəmilərə qarşı tətbiq olunur; bu isə eyni zamanda İranla bağlı dəniz marşrutlarına tam nəzarət məqsədi daşıyır.
Amerika qüvvələri Hörmüz boğazından qeyri-İran limanlarına doğru hərəkət edən gəmilərin “naviqasiya azadlığını” dəstəkləyir; bu mövqe Vaşinqtonun İranın dəniz çıxışlarını məhdudlaşdırmaq və ona maksimum təzyiq göstərmək cəhdini göstərir.
Bu hadisələr bölgə sularında gərginliyin görünməmiş səviyyədə artdığı bir vaxtda baş verir və İran limanları ətrafında Amerika hərbi qüvvələrinin genişmiqyaslı mövcudluğu böhranın yeni mərhələyə daxil olduğunu göstərən əlamət kimi qiymətləndirilir.
14-04-2026, 07:49
Ukraynaya əlavə yardım göndəriləcək

Ukraynaya əlavə

yardım göndəriləcək


Belçika və İspaniya Ukraynaya müdafiə xərcləri üçün 1 milyard avro məbləğində yardım ayıracaq. Bundan başqa, Ukrayna ordusu əlavə olaraq F-16 qırıcı təyyarələri və ehtiyat hissələri ilə təmin olunacaq.
Butov.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Mixail Fyodorov açıqlama verib.
Belçika və İspaniyanın müdafiə nazirləri Teo Franken və Marqarita Robles ilə görüşən Fyodorov əməkdaşlığın əsas sahələri barədə razılığa gəldiklərini deyib:
"Belçika bu il Ukraynaya 1 milyard avro müdafiə yardımı ayırır. Ölkə həmçinin Ukraynaya əlavə F-16 qırıcı təyyarələri göndərmək və mövcud təyyarələr üçün ehtiyat hissələrinin tədarükünü təmin etmək niyyətindədir. İspaniya da bu il Ukraynaya 1 milyard avro dəstək verəcək."
10-04-2026, 18:00
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə olundu


Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə olundu

Ölkələrimiz arasında hərbi sahədə əlaqələrin genişləndirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində bu ölkənin Milli Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsində “Hərbi əməkdaşlıq sahəsində perspektivlərin müzakirə edilməsi üzrə işçi görüşü” keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti, inkişafı üçün mövcud olan potensial imkanlar və gələcək planlar barədə danışıqlar aparılıb, qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq istiqamətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər ötən il üçün müəyyən edilmiş hərbi əməkdaşlıq planında nəzərdə tutulan fəaliyyətlərin icrasını müsbət qiymətləndirib və cari ildə planlaşdırılan tədbirlərin icrası məsələlərini müzakirə edib.
Görüşdə həmçinin Azərbaycan - Çin arasında hərbi əməkdaşlığın təcrübə və informasiya mübadiləsi baxımından faydalı olduğu vurğulanıb.
Qeyd edək ki, işçi görüşün əsas məqsədi, hər iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsidir.

7-04-2026, 18:47
“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib


“Anadolu Ankası - 2026” beynəlxalq təliminə start verilib

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Ankası - 2026” (“Anatolian Phoenix - 2026”) beynəlxalq axtarış-xilasetmə təliminə start verilib.
Müdafiə nazirliyindən verilən məlumata görə, təlimin məqsədi müxtəlif ölkələrin axtarış-xilasetmə qüvvələri arasında qarşılıqlı fəaliyyətin və operativ uyğunluğun artırılması, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, qəza vəziyyətlərində ekipaj üzvlərinin axtarılması və xilas edilməsi, suda və quruda, eləcə də çətin relyef şəraitində xilasetmə əməliyyatlarının effektiv icrası, pilotların təhlükəsiz təxliyəsi, havadan dəstəyin təmin edilməsi və aviayönləndiricilərin fəaliyyətinin təkmilləşdirilməsi üzrə bacarıqların inkişaf etdirilməsidir.
Qeyd edək ki, 17 aprel tarixinədək davam edəcək beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, texniki heyət və aviasiya vasitələri təmsil edir.
7-04-2026, 16:32
Prezident hərbçiləri təltif etdi - SİYAHI


Prezident hərbçiləri təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Məmmədov Azər Kərəm oğlu – polkovnik-leytenant

“Vətən uğrunda” medalı ilə

Babayev Elmar Elxan oğlu – mayor

İsmayılov Nicat Əbülfəz oğlu – mayor

Quliyev Rüfət Qüdrət oğlu – mayor

Mədətov Fərid Fikrət oğlu – mayor

Babazadə Vaqif Elçin oğlu – kapitan

Səmədov Mədət Fərzulla oğlu – kapitan

İbrahimov Vüsal Cümşüd oğlu – baş leytenant

Ağabalayev Vazeh Xanbala oğlu – leytenant

Ağayev Yaşar Təvəkkül oğlu – ehtiyatda olan baş miçman

Əmranov Rəşad Murtuzəli oğlu – ehtiyatda olan baş miçman

İmamverdiyev Aqil Əzim oğlu – gizir

Novruzlu Səbuhi Rövşən oğlu – çavuş

“İgidliyə görə” medalı ilə

Quliyev Şəhriyar İlqar oğlu – polkovnik-leytenant

Quliyev Elnur Əlifağa oğlu – mayor

Mirzəyev Hikmət Elçin oğlu – mayor

Əhmədov Emin Seymur oğlu – leytenant

İbrahimli Tacəddin Əmirullah oğlu – gizir

İsmayılov Oqtay Şahsuvar oğlu – gizir

Quliyev Vaqif İbrahim oğlu – gizir

“Hərbi xidmətlərə görə” medalı ilə

Daşdəmirov Vilayət Allahyar oğlu – mayor

Muradov Zaman Muqabil oğlu – mayor

Alxasov Taleh Aydın oğlu – kapitan

Salmanov Tərlan Babək oğlu – kapitan

Abdullayev Rövşən Əhədulla oğlu – gizir

Ağayev Şəmsəddin Əsədulla oğlu – gizir

Babayev İlknur Ramiz oğlu – gizir

Dostalılı Dostalı Şirvan oğlu – gizir

Əliyev Şahin Məhəmməd oğlu – gizir

Xəlilzadə Bəşir Məhəmməd oğlu – gizir

İslamov Emin Bəxtiyar oğlu – gizir

Qurbanzadə Ülvi Babaquli oğlu – gizir

Mərdənov Cəmil Omar oğlu – istefada olan gizir

Muxtarov Kamal Qismət oğlu – gizir

Nuriyev Toğrul Əhliman oğlu – gizir

Yolçiyev Bəşir Qoca oğlu – gizir

Həsənov İsmayıl Bəhlul oğlu – baş çavuş

Nəhmədov Xəzər Sabir oğlu – çavuş

Necəfov Üzeyir Hacı oğlu – ehtiyatda olan kiçik çavuş

Süleymanov Afiq Ziyafət oğlu – kiçik çavuş

Sadıqov Vüsal İbrahim oğlu – əsgər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!