Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 13-06-2018, 09:12
Doqquz illik ehsan aşı

Elçibəyin sürücüsü Xəlil Qəni: Təxminən 1991-ci ilin söhbətidir. Qış idi. Axşam Bəyi evə aparırdım. Yolda bir nəfər əl qaldırdı. Bəy maşını saxlatdı. Həmin adam öz ünvanına aparmağımızı xahiş etdi. Bəy onun kor olduğunu görüb “otur” dedi. Mən, doğrusu, Bəyə təklif etdim ki, bu adamı taksi ilə göndərim, ancaq o razılaşmadı. Yolda sərnişinimiz ona indiyədək arxa durmuş bir nəfərin vəfatından, kimsəsiz, arxasız, köməksiz qalmasından danışır, ağlayırdı. Onda güzgüdən Bəyin gözlərinə baxdım. Yalnız kədər, düşüncə, fikir... Deyilən ünvana gəldik. Bəy işarə etdi ki, qolundan tutub evə apar və qapını tanı. Elə də etdim. Qayıtdım, yola düşdük. Bəy dedi: “Xəlil, mən nə qədər sağam, ona kömək edəcəyəm. Bir gün mən bu dünyada olmayanda sən ona baş çəkməsən, heç kişi oğlu deyilsən. Ancaq gərək o bilməsin ki, bunu kim edir”. Həmin adama müxtəlif cür yardım Bəy xəstələnənə kimi davam etdi. Xəstəlik başlayanda isə narahatlıq, üzüntü məni o adamdan uzaq saldı. Bəyin dəfnindən sonra imkan tapıb ona baş çəkdim. Lazım olan azuqəni və... ehsan aşını da apardım. Xeyir işlər də olanda toy aşından da ona həmişə pay düzəltdirib aparırdım. Təbii ki, toyda bişən aşla ehsan aşı fərqlənir, ona görə bir-iki qaşıq alandan sonra dayandı və soruşdu: “Oğul, bu kimin aşıdır?” Ağlamaq məni tutdu. Tez eyvana çıxdım, guya siqaret çəkirdim. Nə baş verdiyini ondan gizlətmək istədim. O, dönə-dönə “oğul, bura gəl, cavab ver görüm” deyə inad göstərdi. İsrarını və həyəcanını görüb, daha ona əzab verməmək üçün göz yaşları içində “bu, doqquz il sənin hər ehtiyacını ödəyən şəxsin ehsanıdır” söylədim.
Butov.az


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!