Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 11-09-2018, 15:16
Ədalət hakimi yoxsa?!

Doğrudanmı Lətif Nəbiyev çörək kəsib, dost dediyi Rüstəm Abdullayevi bu qədər aldadıb?!

1971-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, hazırda Abşeron rayonunda müvəqqəti qeydiyyatda olan Rusiya vətəndaşı, Abdullayev Rüstəm Həbib oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. Məktubda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sabiq hakimi Lətif Ədil oğlu Nəbiyevin onu aldadaraq dələduzluq yolu ilə 60 000 (atmış min) ABŞ dolllarını mənimsədiyindən, illərdir yalan vədlərlə başını tovlayıb vaxtını aldığından bəhs edir. Əslinə qalanda sabiq olsa da bir hüquqşünasın, ədalət hakiminin belə işlərlə məşğul ola biləcəyinə şübhə ilə yanaşıb hakimin keçmişilə maraqlandıq. Onun şəxsi həyatı, ictimai nüfuzu ilə işimiz yoxdur. Sadəcə Respublikanın İki prezidentinin onun haqqında verdiyi iki sərəncamla tanış olandan sonra vətəndaşın şikayət məktubunu çap eləmək qərarına gəldik.

Əziz oxucular, məktubdan əvvəl sonunsu sərəncamı diqqətinizə çatdırırıq ki, Lətif Nəbiyevin hakim imici barədə az da olsa təsəvvürümüzü bölüşək: Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi L.Ə.Nəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Lətif Ədil oğlu Nəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2008-ci il.

İndi isə illərdir, aldadılaraq Azərbaycan- Rusiya arasında qalan, vaxtını, əsəblərini, qazancını bu yollarda qoyan həmvətənimizin yazdıqları ilə tanış olun!
Hörmətli redaksiya sizə müraciət etməyimin əsas səbəbi odur ki, problemimi həll etmək üçün çox çalışsam da, çoxlu müraciətlər etsəm də, hələ ki, nəticə yoxdur. Mən Azərbaycan Respublikasının Kəlbəcər rayonunda doğulmuşam. Uzun müddət Rusiya Federasiyasında yaşayıb Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişəm. Yaxın qohumlarım Azərbaycan Respublikasında yaşadığına görə mütəmadi olaraq Azərbaycana gəlib-gedirəm. Lətif Nəbiyevlə də 2008-ci ildə onun qohumları vasitəsi ilə tanış olmuşam. Mən hər dəfə Bakı şəhərinə gələndə Lətif Nəbiyevlə görüşmüşük, yeyib-içmişik, aramızda dostluq münasibətləri yaranmış, işlərimiz barəsində bir-birimizlə söhbət etmişik. Lətif Nəbiyev əvvəllər Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində hakim işlədiyinə görə onun danışıqlarına inanmışam. Güman eləməmişəm ki, ədalət hakimi olmuş, bir xeyli həyat təcrübəsi keçmiş birisi dələduzluqla məşğul olar. Odur ki, ona etibar etmişəm. Mən söhbət zamanı Lətif Nəbiyevə Rusiya Federasiyasında 2001-ci ildən inşaat (təmir-tikinti) biznesi ilə məşğul olmağım barədə məlumat vermişəm. Söhbətlərimiz həmişə səmimi olub. O səmimiyyətin arxasında hansısa məkrin ola biləcəyini heç ağılıma da gətirməmişəm.

2012-ci ilin may ayında Lətif Nəbiyevlə bir yerdə olduğumuz zaman o, mənə bildirdi ki, Azərbaycan Respublikasında tikinti-inşaat işləri (qaz xətlərinin çəkilişi) aparmaq niyyətindədir, bununla bağlı şirkət açıb, buna görə də müəyyən avadanlıqlar alınmalıdır. lakin onun buna maddi imkanı çatmır. Söhbət zamanı Lətif Nəbiyev bildi ki, 20.000-ABŞ dolları var. Söhbət əsnasında mənə təklif etdi ki, gəl şərikli iş görək, avadanlıqları almaq üçün təcili pul lazımdır. Pul versən avadanlığı vaxtında alırıq və tez də işə başlayırıq. Hətta o deyirdi ki, Ucar və Ağdaşda qaz xətlərinin çəkilişinin müəyyən hissəsini o çəkməlidir. Lətif Nəbiyev bildirirdi ki, o biznes işlərini yaxşı bacarır. İş qurulanda onun

boyük gəlirləri olacaq və mən qoyduğum puldan da artıq qazanc götürəcəyəm. Beləliklə onunla uzun müddət ərzində tanış olduğuma, onun əvvəllər yüksək vəzifələrdə işləməyinə aldanaraq Lətif Nəbiyevə inanırdım. Əslində ondan şübhələnmək, ona inanmamaq üçün heç bir əsasım da yox idi. Lətif Nəbiyev təxminən 2012-ci ilin may ayının sonlarında məndən onun hesabına, təcili olaraq, 20.000-ABŞ dolları keçirməyimi istədi. Banka da öz yaxın adamı olan Sadıqla birlikdə getməyimi tapşırdı. Onunla danışandan sonra bir-iki saat ərzində qaynı Sadıq Saray qəsəbəsinə mənim dalımca gəldi. Onun ağ “07” markalı maşını ilə hansısa banka getdik. Bankda olan zaman Sadıqla Lətif telefonla danışdılar. Sonra 20.000-ABŞ dollarını mən öz adımdan Lətif Nəbiyevin verdiyi hesaba köçürdüm.
Ədalət hakimi yoxsa?!

Bir müddət gözlədim. Gördüm ki, Lətif Nəbiyevin dediyi avadanlıqlar gəlmədi. Mən ona bu barədə narahatçılığımı bildirdikdə o məni arxayınlaşdırdı, dedi heç narahat olma, sənədləşmə işlərində bir az ləngimə var, fəaliyyətə başlamağımız ona görə ləngiyir, tez bir zamanda avadanlıqlar gələcək və işə başlayacağıq. Mən ona narazılığımı qaldığımı bildirərək, işlərimin dalınca Rusiya Federasiyasına qayıtdım. 2012-ci ilin sentyabr ayında mən Rusiyada olan zaman Lətif Nəbiyev mənə zəng edərək İsmayıllı rayonunda böyük həcmli iş götürdüyünü və bunun üçün əlavə pul lazım olduğunu bildirdi. Mən yenə inanaraq Lətif Nəbiyevə ilkin olaraq 2000 ABŞ dolları göndərdim. Bir müddət sonra Lətif Nəbiyev biznes işlərinin normal getdiyini, davamının daha yaxşı olacağını bildirərək məndən yenə pul istədi. Həm də o mənə deyirdi ki, işləri çox yaxşı gedir, məni də bu işlərə qoşacaq, mənə ona verəcəyim puldan da artıq pul qazandıracaqdır. Mən də ona inanırdım. 2012-ci ilin avqust-sentyabr aylarında Lətif Nəbiyev mənə tez-tez zəng edir, işlərinin çox olmasını deyir və işlərinin daha yaxşı getməsi üçün məndən mütəmadi olaraq pul istəyirdi. Mən də onun dediklərinə inandığım üçün Gəncə şəhərində yaşayan qardaşım Uğurluya zəng edərək pul tapıb Lətif Nıəbiyevə çatdırmasını xahiş edirdim. Lətif Nəbiyevdən də pulu nə vaxt qaytaracağını soruşanda deyirdi ki, 2012-ci ilin oktyabr ayının 20-nə kimi hesbına külli miqdarda pul gələcək və mənim verdiyim pulların hamısını qaytaracaqdır. Qardaşım Uğurlu da hissə-hissə olmaqla Lətifə iki ay müddətində cəmi 28.000-ABŞ dolları məbləğində pul vermişdir. Bu müddətdə Lətif Nəbiyev mütəmadi olaraq mənimlə telefon əlaqəsi saxlayırdı və həmişə də işlərinin yaxşı getdiyini, hər şeyin “super” olacağını deyirdi...

2012-ci ilin oktyabr ayının 20-dən mən Lətifdən pulumu istədim. O mənə yaxın günlərdə pulumu qaytaracağını vəd etdi, onun dediyi yaxın günlər uzandı. 2012-ci ilin dekabrında Bakıya gəldim. Bir ay Bakı şəhərində qaldım. Bu müddətdə Lətif Nəbiyevlə dəfələrlə görüşdüm, hər dəfə də mənə bildirirdi ki, yaxın günlərdə alacağım var, alıb verəcəyəm. Sonra mənim vaxtım çatdı və mən yenə Rusiya Federasiyasına qayıtdım. Həmin vaxtdan 2017-ci ilin mart ayına kimi Lətif Nəbiyevdən pulu tələb etdikcə, o müxtəlif təştilatlardan 100000-200000-manat alacağı olduğunu, alan kimi pulumu qaytaracağını bildirirdi. lakin o pulu qaytarmırdı. 2017-ci ilin aprel ayının əvvəllərində Lətif Nəbiyev mənə zəng edərək Gəncə şəhərində su-kanalizasiya işləri görəcəyini və bu iş üçün əlavə 10.000 ABŞ dolları həcmində pul lazım olduğunu söylədi və işlərinin uğurlu olacağını bildirirb nəticədə mənim ona verdiyim pulları tam qaytaracağına əminləşdirdi. Mən yenə də ona inandım və qardaşım Sultan vasitəsi ilə ona Abşeron rayonunun Saray qəsəbəsində iki dəfəyə 5000 ABŞ dolları pul çatdırdım. Özüm də hissə-hissə olmaqla Rusiya Federasiyasından bank vasitəsi ilə Lətifə 4700 ABŞ dollarına qədər pulu qaynım Bayramov Xaild Aydın oğlu və Lətifin kirvəsi Məmmədov Sakit Fərhad oğlu vasitəsi ilə göndərdim. Lətif Nəbiyev təcili surətdə məni Bakıya çağırdı. Dedi ki, Gəncə şəhərində 590 km-lik su kanalizasiya xətlərinin çəkilməsi kimi iş götürüb. Məni birlikdə işləməyimizin faydalı olacağına inandırdı ki, gəl işləyək. Mən ona inanaraq Sverdlovsk vilayətindən ailəmi də götürüb Gəncə şəhərinə gəldim. 20-gün müddətində onunla birlikdə oldum. O mənə gördüyü işlər barədə bildirmirdi, yalnız iş görülən obyeklərə baxırdıq. Sonra mən ondan bu işin hansı şərtlərlə görüldüyünü soruşdum. O mənə bu barədə heç nə demək istəmirdi. Çox təkiddən sonra mənə bir müqavilə göstərdi. Həmin müqavilənin şərtləri ilə tanış olanda gördüm ki, bu müqavilə şərtləri ilə işləyib pul qazanmaq mümkün deyil. Ona görə də Lətif Nəbiyevdən 60.000-ABŞ dollarımı istədim. Verməyəndə dedim, mən Rusiya Federasiyasına qayıdıram. Onda Lətif Nəbiyev mənə dedi ki, altı briqada işləyir, bir briqadadan ayda 36000-manat pul qalır, adama 18000-manat düşür. Onu da qey edim ki, Lətif Nəbiyev məni Rusiyadan çağıranda burada 4-5 il işləyəcəyimi bildirmişdi. Ona görə mən ona dedim ki, mənə ayda 15000-manat da bəs edər. Bu şərtlə mən üç ay onun yanında işlədim. Üç ay müddətində mənə cəmi 10000-manat pul verdi.
Mən onu tanıdıqca, onunla ünsiyyətdə olduqca gördüm ki, o məni aldadır, mənim ona verdiyim 60.000-ABŞ dollarını qaytarmamaq üçün hər dəfə bir oyun oynayır. Sonra gördüm ki, Lətif Nəbiyev işlətdiyi fəhlələrin də pulunu vermir, narazılıqlar var. Bu narazılıqdan sonra iş dayandı. Lətif Nəbiyev yeni iş götürmək adı ilə Bakıya getdi. Mənə tam aydın oldu ki, Lətif Nəbiyevin həmin vaxta qədər mənə dediklərinin hamısı yalandır. Mənə dedikləri işlər lazımi qaydada getməmiş, elə bir normal biznes işi də qurmamışdır. Mən artıq onun məni aldatmasına tam əmin olduqdan sonra ona iş görmək üçün vermiş olduğum pullarımı intensiv surətdə, yəni özünə, oğluna, tanışlarına müraciət etməklə tələb etməyə başladım. Həmişə də o mənə bildirirdi ki, bu gün sabah pullarını qaytaracağam. Güya “NZS” adlanan yerdə torpaq sahəsi var onu satacaq, Sabunçu rayonunda evi var onu satıb mənim pulumu qaytaracaqdır. Sonda isə o, mənə “istəyirsən vur öldür, mənim sənə verəcək pulum yoxdur”-deyə cavab verdi.
Mən Lətif Nəbiyevin davranışlarından, onun yalan danışmasından, olan hər şeyi dana biləcəyini hiss edib, bu barədə olan telefon danışıqlarını lentə yazmışam. Mənim yazdıqlarımı L.Nəbiyevin özü də danışıqlarında təsdiq edir. Mən bundan sonra müxtəlif orqanlara müraciət etsəm də keçmişdə apellyasiya məhkəməsində çalışmış Lətif Nəbiyev dələduzluq etdiyi üçün işdən qovulsa da öz keçmiş əlaqələrindən və dostlarından istifadə edərək həqiqətin üzə çıxarılmasına hər vasitə ilə mane olur.
Hörmətli redaksiya ona görə də xahiş edirəm, Lətif Nəbiyevin əməllərini mətbuatda işıqlandırasınız ki, başqalarını da aldadıb bizim duruma salmasın!
Rüstəm Abdullayev
P.S. Rüstəm Abdullayev öz ərizə məktubu ilə birlikdə özünün necə dolandırılması, etimaddan istifadə edilərək aldadılması barədə xeyli faktlar təqdim edib. Onları da yeri gəldikcə araşdırıb oxucularımıza təqdim edəcəyik.


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!