1920-30 illərdə Rus-Sovet imperiyasının Azərbaycandakı kadr siyasəti .....                        Prezident Əmir Pəhləvana mənzil bağışlayıb .....                        Uyğur vətəndaşından əhaliyə müraciət - VİDEO .....                        FHN çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirib .....                        Bu müəllimlərin sənədləri yeni qaydada yoxlanılacaq .....                        FHN: Kür çayının Tovuz rayonu ərazisindəki hissəsində batan şəxslərin axtarışları davam etdirilir .....                        Bu gün həyatımızı xilas edən qəhrəmanların, “ağxalatlı”ların günüdür .....                        37 yaşlı kişini arı sancdı, öldü .....                        Bakı metrosunun xidmət rəisi qəfil dünyasını dəyişdi .....                       
Tarix : 12-05-2020, 06:53
Sözdən Sonra

May ayı. Gözəl yaz havası ətrinin duyulduğu bir zaman. Bahar ovqatlı xoş əhvali- ruhiyyə ilə yazı masama yaxınlaşıram. Yazı masamın üzərindəki Elnur İrəvanlının “Sözdən sonra” şeirlər kitabı mənə tərəf boylanıb yarıərk, yarıciddi sanki “mənimlə danış” deyir.

Bu kiçik yazımda bahar təravəti yarada bilən, oxucunu oxumağa vadar edən həkim-nevroloq, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm”, “Azərbaycan Bayrağı” mükafatları laureatı, Prezident təqaüdçüsü Elnur İrəvanlının özünəməxsus dünyası ilə tanış olmağa qərar verirəm.

Elnur İrəvanlı gənc şairdir. Gəncliyə xas olan, gəncliyə yaraşan sevgi dolu məhəbbət şeirləri, yaxud məhəbbətlə dolu sevgi yarpaqları oxucusunu yaşamağa, yaratmağa, uca zirvələr fəth etməyə səsləyir.

Kim deyir ki, söz qurtarıb. Allaha məxsus söz də qurtararmı?! “Dərdi şirin-şirin söhbətə tutan”, “qəmi sevgili qapısına minnətə gətirən”, “zalım həsrətə acıq verən” kimi tutumlu misralar Elnur İrəvanlı dünyasından seçmələrdir:

Tutub şirin-şirin dərdi söhbətə,

Qəmi gətirəcəm sizə minnətə.

Acıq verə-verə zalım həsrətə

Səni sevəcəyəm ölənə kimi.

Bu yerdə üzümü şairə tutub deyirəm: “Ölənə kimi niyə?!” Əbədi sev! Bu dünyadan ayrılanadək müvəqqəti sevmək şairlərə yaraşarmı?! Ölümdən sonrakı həyat üçün sevməli!

Elnurun timsalında fəhmli oxucu, sözün qədrini bilən Azərbaycan oxucusu, “Azərbaycan sevgisi” nin şahidi olur:

Qaytarmadıq İrəvanı, Təbrizi,

Heç olmasa Qarabağı qaytaraq! –

deyən şair başqa bir misrasında itirilmiş əzəli torpaqlarımızın xəritəsini çəkib oxucusuna göstərə bilir:

O bəstəkar Zəngi çayı

Damarımda axan qanım,

Yada qalan İrəvanım.

İrəvandan vurub Qarabağdan çıxan şair Göyçəsiz, Kəlbəcərsiz qala bilmir:

Göyçə gölü dönən gündən Sevana

Tuşlanıbdır neçə-neçə ox cana.

Gedib çıxır həsrət adlı ünvana

Bu şəhərin küçələri Göyçəsiz.

Vətən torpağının Bərdəsi də, Lənkəranı da, Tovuzu da Elnur üçün doğmadır, əzizdir. Qeyd etdiyim kimi, bir coğrafiyaşünas səyyah kimi bölgələrimizi gəzərək yerli-yataqlı vəsf edir. Bu vəsfdə Makedoniyalı İsgəndər də var, Bərdənin tərifini vaxtında verən Nizami Gəncəvi də var, eləcə də günümüzdə ziyarətgahı olan Seyid Yusif də:

Nüşabə önündə durub nər kimi,

Vuruşub ər kimi, ölüb ər kimi.

Dünyanı ram edən İsgəndər kimi

Qarşılayıb neçə qonağı Bərdə.

Qədim Torpaqqala bəslər çox divi,

Nizami veribdir ona tərifi.

Əzizlər qoynunda Seyid Yusifi,

İmam uyuduğu torpağı Bərdə.

Estetikada (hissiyyatlar elmində) gözəllik kateqoriyası, əsasən, qadın gözəlliyi əsasında irəli sürülür. Bu baxımdan Elnur İrəvanlının Molla Pənah Vaqif, Aşıq Ələsgər, Aşıq Şəmşirin misraları ilə həmahəng səsləşən misralarının şahidi oluruq. Bu səpkili şeirlər estetik dünyagörüşümüzün formalaşmasında çağımızda xüsusi əhəmiyyət kəsb edir:

Dayanmısan heykəl kimi dili lal,

Dişlər muncuq, sinə bəyaz, qaş hilal.

Bilirsənmi, ürəyimə düşüb xal,

Gözəl, gözlərinin qarası boyda.

Ümummilli lider Heydər Əliyev təsadüfən qeyd etmirdi ki, “nitqimizin inkişafında şairlərin rolu mühüm olmuşdur”. Bax elə bu prizmadan yanaşanda Elnurun dilimizin dərin qatlarından süzülüb gələn “payız urası”, “qar kürümək” kimi frazeologizmləri, şirin kəlmələri az qala “köhnəlmiş hesab olunan”ları sıraya qaytarır:

Sazaq gəldi, şaxta bizi bürüdü,

Yağan qarı saçımıza kürüdü.

Qönçə ikən xəzan olub çürüdü

Eşqimiz payızın urası boyda.

Həyatın şəriksiz Allah, filosofların isə dialektika dediyi qanunlar tərəfindən idarə olunduğunu qəbul etsək, Elnurun da yaradıcılığında nikbin ruhlu misraların düşkünlüklə və əksinə əvəzləndiyinin şahidi oluruq:

Tərtərtək çağlayıb axmıramsa mən,

Gorusdan Qafana baxmıramsa mən,

Şuşa qalasına çıxmıramsa mən,

Necə qürrələnim, ucalım, Allah?

Növbəti bir şeirində bədxahlıq, xarabalıq timsalı bayquşdan səsini kəsməyi, ulamamağı tələb edir:

Yoxdu səndə qeyri hünər?

Müdam qəmdən qəm törəyər.

Xeyrin üstə gətirib şər

Ulama, bayquş, ulama!

Elnur İrəvanlı şair Sərraf Şiruyəyə həsr etdiyi “Bilir” rədifli qoşmasında “şairi, yazıçını xalq yaşadır” müddəasını bir daha gündəmə gətirir. İçdən gələn, səmimiyyətə söykənən, xalqın milli ruhundan qidalanan şeirlərin və bu şeir müəllifləri sayılan şairlərin əbədiyaşar olduğunu çəkinmədən deyə bilir. “El əzbər bilir” ifadəsi bütün şairlərimizə yaxşı mənada düşündürmək baxımından bir mesajdır:

Adına layiqli nə şeir qoşum?

Uçar sizə tərəf hey könül quşum.

Bəxtəvər başına, ay sağolmuşum,

Sən nə yazıbsansa, el əzbər bilir.

Səhv etmirəmsə, son dövrlər “şair gərək sərbəst vəzndə də yaza bilsin” fikrinə uyğun Elnur İrəvanlının bu səpkidə ürəyəyatımlı, yaddaqalan yarpaqları da var:

Əvvəl səni sevirdim,

Sonra həsrətini.

İndi nə sən varsan,

Nə də həsrətin.

Bircə bir vaxt

Getdiyimiz uzun yol var.

Hər gün məni aparır

Xatirələrimizgilə...

Söz şairin də, söz həkimin də əlində mühüm vasitədir. “Söz şairə qənim olur” şeirində Elnur sözlə danışa bilir. Allaha məxsus sözlə, bizdən sonra bu dünyada yeganə qala biləcək sözlə danışa bilir. Sözü inciyib küsən insana çevirə bilir:

Heca uzun, bölgü rəndə,

Cala görüm bəndi bəndə.

Yazmayanda sözlərdən də

İnciyib küsənim olur.

Kainatın da, cəmiyyətin də dialektik qanunlarla idarə olunması şairin misralarında öz parlaq yerini alır. Yaxşılar salan yolun üstündən həm də yamanların keçəcəyini yəqin edir və bu necə deyərlər, təbii qəbul olunur:

Çırmayır əlin, qolun,

Xərcləyib varın, pulun.

Yaxşılar salan yolun

Üstündən yaman keçir.

Saf, səmimi duyğular şairidir (Heç şair də duyğusuz olurmu?!). Şeirin də, nitqin də ən təsirlisi, ən güclüsü, ən yaddaqalanı səmimiyyətə söykənənidir:

Bəla olub öz başıma öz əlim,

Sınsam, bir də çətin ki mən düzəlim.

Heç nədən qorxmuram, təkcə, gözəlim,

Səni itirməkdən yaman qorxuram.

Elnur İrəvanlı şeirləri ilə bir söz adamı kimi, bir ziyalı kimi dilimizin saflığı uğrunda mübarizə aparır. Diqqətçəkən bir məqam “Sözdən sonra” adlı kitabının son səhifələrində digər kitablarından fəqli olaraq izahlı lüğətin ilk dəfə yer almasıdır. Bu lüğətdə əsas məqsəd dilimizdə olan bir sıra alınma sözlərin imkan daxilində öz milli qarşılıqları ilə əvəzlənməsidir.

Elnur İrəvanlı həkim ailəsində dünyaya göz açıb. Özü də, həyat yoldaşı da Azərbaycan Tibb Universitetinin məzunudurlar. Həkimliyin, ağ xalatlı həkimlərin bir missiyası var: Sülh!

Elnur həm də Allaha, gözəl və mükəmməl dinimiz olan islama bağlı bir şairdir. Buna nümunə olaraq “Kaş” rədifli gəraylısını göstərə bilərik:

Haqsız kəsilən başları,

Göydən yağacaq daşları,

Gözlərdən axan yaşları

Qurudaydım, silsəydim kaş...

Çağımızda baş verən dünyəvi proseslərə biganə qalmayan şair ayıq misraları ilə bu yuxulu dünyanı ayıltmağa çağırır:

Suriya, İraq var gələn köçündə,

İlantək qıvrılır pələng gücündə.

Mürgülü şəhərlər zülmət içində,

Yəqin, yuxudadır, dedim, bu dünya.

Yurdunun yaddaş şairidir Elnur. “Demə bizə bir də yerini, Şuşa”, “Ay Laçın”, “Kəlbəcər” şeirlərində vətən göynərtisi, yurd nisgili göz önünə gəlir.

2017-ci ilin iyul ayının 4-də erməni vandalları tərəfindən atılan mərmi nəticəsində Füzuli rayonunun Alıxanlı kəndində həlak olmuş azyaşlı Quliyeva Zəhra Elnur qızının əziz və unudulmaz xatirəsinə ithaf olunan şeir oxucunun qəlbinə yol tapır, içini göynədir, dilində qarğışa dönür:

Gülüşü yox dodağının,

Səsi həsrət sorağının.

Dinsiz, imansız yağının

Üzü olsun qara, Zəhra!..

Üzü olsun qara, Zəhra!..

Bu gün dini-fəlsəfi düşüncə sahibləri olan Vətən övladlarının: Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin yurdu boş deyil. Bu sahədə də Elnur İrəvanlı misraları özünə yer alır:

Kim deyir ki, qalasıyıq,

Ölümdən pay alasıyıq.

Bir gün məzar olasıyıq

Torpaq, daşın arasında.

Dünyanın faniliyi, Elnur demiş, “bir gün məzar olası” insan, onun həyatı hələ XI əsrdə Ömər Xəyyam tərəfindən qələmə alınmışdır:

Yaşasan üç yüz il, beş yüz il, min il,

Bu köhnə dünyadan köçəcəksən, bil.

İstər dilənçi ol, istərsə şah ol,

Məzarda qiymət bir, iki cür deyil.

Yer üzündə bəşər əhli içərisində şərin artdığını görən, nəfs ilə mübarizəyə səsləyən şair “düşüb tamahından darlığa insan” deməklə öz inanc dünyasını, islam dünyasını, dini dəyərlərimizə olan sayğısını, sevgisini oxucuları ilə özünəməxsus şəkildə bölüşür:

Ay Elnur, unutma bəhsəbəhsliyi,

Ələ ələyində yaxşı, pisliyi.

Tutub gözlərini var hərisliyi,

Düşüb tamahından darlığa insan.

Sirri bilinməyən, heç o sirri bilməyə də ehtiyacı olmayan dərdə mübtəla olan insanların şəfasını da elə dərdin yanında verən Allaha şükranlığa çağırır şair bizləri:

Şəhri-Lənkəranda qaynar İstisu,

Qüsullan suyunda, günahını yu.

Şəfa mənbəyidir, loğman iksiri,

Sehri Allahdandır, açılmır sirri.

Beləcə xoş ovqatla başladığım yazıma elə xoş ovqatla da nöqtə qoymaq istəyirəm.

Sonda çox dəyərli oxuculara bildirirəm ki, bu, Elnur İrəvanlının 2019-cu ildə “Aspoliqraf” nəşriyyatında çapdan çıxmış sayca yeddinci olan kitabına qısa bir səyahət idi.
Sözdən Sonra


Nağdəli ZAMANOV,
Azərbaycan Tibb Universitetinin dosenti,
AMEA-nın Nəsimi adına
Dilçilik İnstitutunun dissertantı


Paylaş



Bölmə: Köşə, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!