Sudanda döyüşlər şiddətlənir - Ordu qərargahı ələ keçirildi .....                        Sumqayıtda maşın divara çırpıldı - 6 yeniyetmə yaralandı .....                        İran Suriya ilə münasibətləri bərpa etmək istəyir .....                        Çin sahillərində gəmilər toqquşdu - 2 nəfər itkin düşdü .....                        Çinlə yaxşı razılaşma ola bilər - Tramp .....                        Türkiyədə zəlzələ oldu .....                        Ağ Evdə qadın prezident görəcəklər - Harris .....                        PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaq .....                        Rusiyanın cavabı sərt olacaq - Peskov .....                       
Tarix : 17-05-2020, 19:20
“Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm”!

Məşhur “Az-Ya” kitabının müəllifi Oljas Süleymenov belə deyib. “Az-Ya” demişkən. Bu kitab 1975-ci ildə işıq üzü görüb. İki hissədən ibarət olan əsərin birinci bölümündə rus ədəbiyyatının abidəsi sayılan“İqor polku haqqında dastan”dakı türk mənşəli sözlərin sonradan slavyan mənşəli hesab edilən türkizmlərin etimologiyasını araşdırmaqla türk xalqlarının tarixi taleyi ilə bağlı həqiqətləri ortaya qoyub. Təbii ki, bu yuxarı dairələrin xoşuna gəlmədiyindən onların yuxusuna haram qatıb.
1976-cı ildə Sov.İKP MK-nın baş ideoloqu Mixail Andreyeviç Suslovun tələbi ilə SSRİ Elmlər Akademiyasında “Az-Ya” kitabı müzakirəyə çıxarılıb. O zaman bu kitaba görə Oljas Süleymenova “antirus” damğası vurmaq üçün ciddi təzyiqlər edilib. Görkəmli qazax xalqının böyük oğlunu yalnız bir nəfər-Konstantin Simonov müdafiə edib.
Oljas Süleymenov doğrudan da Azərbaycan xalqının dostudur, qardaşıdır. Xalqımızın sevincini öz sevinci, ağrılarını öz ağrıları bilib. 20 Qanlı yanvar faciəsini yada salaq. Mərhum şairimiz Bəxtiyar Vahabzadənin bir zəngi ilə xəstə olmasına rəğmən Bakıya gəlişi, o ağır günlərdə xalqımızın yanında olması, haqq səsini dünyaya çatdırması Oljas Süleymenovun böyüklüyündən, sözün əsl mənasında türk oğlu türk olduğundan xəbər verdi.
18 may. “Az-Ya”, “Türklər tarixdən əvvəl”, “Köçərilər və Rusiya”, “Yazı dili”, “Tanrının təbəssümü”, “Sözün kodu”, “Gil kitab” larının müəllifi, bütün türk dünyasının böyük oğlu, Qazaxıstanın görkəmli şair və yazıçısı, ictimai-siyasi xadim, Azərbaycan xalqının dostu, qardaşı Oljas Süleymenovun 84 yaşı tamam olur. Tanrı Sizi qorusun!
“Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm”!
“Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm”!



“Mən Azərbaycanı özümə ikinci Vətən bilirəm”!

Təyyar Nəsirli


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!