“Hərə bir əsgər, hər ev bir səngər” .....                        Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivala hazırlaşır .....                        “Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirilib .....                        Təhsil naziri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib .....                        Təhsil naziri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib .....                        Burcəli Yağuboğlunu siz də tanıyın .....                        Müdafiə Nazirliyi MAXE yığır - ELAN .....                        Təbrizdə Beynəlxalq Ustad Şəhriyar Qurultayı keçiriləcək .....                        İşıqlı bu gün üçün jurnalistlər qayğı göstərir .....                       
Tarix : 6-08-2017, 21:46


Yalan haqqında


Bir neçə gün əvvəl “Facebook”da universitetdə paralel kursda oxuduğum tələbələrdən biri - ingilis sektorundan Leyla Rəhimli yalanla bağlı bir yazı yazmışdı (adı xatirə üçün qeyd edirəm). Əvvəl istədim, mən də mövzuyla bağlı öz fikrimi bildirim, amma sonra nə oldusa unutdum. Ona görə də elə indi yalan haqda danışacam.

"Yalan yaxşı insanların intiqamı, pis insanların axmaqlığıdır"


Mənə görə yalan söyləmək qumara bənzəyir. Nəticədə ya nəyisə (və ya kimisə) qazanarsan, ya da itirərsən. Əsas məsələ odur ki, əmin olasan ki, qazanacağın itirəcəyinə dəyəcək. Kimisə, lap elə özünü də xoşbəxt eləmək üçün yalan danışa bilərsən. Amma vay o gündən ki, yalanın üstü açıla. Yalanın ağı, qarası olmur. Yalan yalandır. Heç yalan üz falan da qızartmır. Bir şərtlə ki, dediyinin yalan olduğu məlum olmasın. Ona görə də deyirlər ki, əslində yalançılar yalanı söyləyə bilməyənlərdir. İnsanlar bəzən yalanı istədikləri, söylədikləri halda, bəzən bunu məcburiyyətdən edirlər. Məsələn, sevdikləri halda, - “səni sevmirəm”, - deyirlər. Üstəlik, əlavə edirlər: “Sənə nifrət edirəm.” Heç bəzən niyə belə elədiklərini özləri də bilmirlər. Amma mütləq təhrikedici bir səbəb olur.
Bunun əksi də olur. Yəni qarşı tərəfin xətrinə dəyməmək üçün sevmədikləri halda, - “sevirəm”, - deyirlər. Ən dəhşətlisi isə odur ki, bunu qarşı tərəfə əzab vermək üçün edirlər. Necə? Qarşılarındakını özlərinə bağlamaq üçün yalandan “hə” deyirlər. Bu oyuna məqsədlərinə çatana kimi davam edirlər, sonra da heç nə olmamış kimi “yox, səni aldatmışdım”la son həmlələrini edib, sığalladıqları ürəyi iti bir bıçaqla sancırlar.

Yəni yalandan müxtəlif məqsədlər üçün istifadə edənlər var - konkret situasiyadan yayınmaq, birinci olmaq, intiqam almaq, kimisə sevindirmək, “cəmiyyətin gözündə ucalmaq” və s. Yalan həyatımıza o qədər nüfuz edib ki, hətta bir-birlərini aldatmağı bacarıq, yüksək qabiliyyət hesab edənlər də var. Nədənsə, bəzən ehtiyac olmadan belə qarşımızdakını aldadırıq. Niyəsini mən bilmirəm. Yəqin ki, bir türk mahnısında deyilən sözləri təsdiqləmək olar: “...Dünyada ölümdən başqası yalan...” Əgər belədirsə, onda yalanın nə olduğunu izah etmək, ümumiyyətlə ona vaxt ayırmaq özü belə axmaqlıqdır. Sadəcə onu deyim ki, yalan yaxşı insanların intiqamı, pis insanların isə axmaqlığıdır.

Kənan Novruzov

Butov.az






Bölmə: Köşə, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!