Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 21-08-2017, 14:23
"Şah İsmayılın hakimiyyət illərini Səfəvi Dövlətinin “Qızıl dövrü” hesab etmək olar"


Şah İsmayıl Xətai

Azərbaycan xalqının layiqli oğlu və gözəl atanın, Zahid Məmmədovun əziz xatirəsinə həsr olunur.


Şah İsmayıl Xətai - Səfəvi dövlətinin banisi, görkəmli dövlət xadimi, istedadlı sərkərdə və şairdir. 1501-ci ildən 1722-ci ilə qədər mövcud olan imperiyanın qurucusudur. Və təsadüfi deyil ki, məhz onun hakimiyyəti illərində mədəniyyət, incəsənət, memarlıq və ictimai-siyasi həyatın digər sahələri inkişaf etmişdir.

"Şah İsmayılın hakimiyyət illərini Səfəvi Dövlətinin “Qızıl dövrü” hesab etmək olar"


Şah İsmayılın dövründə azərbaycan dilinin mövqeyi möhkəmləndi və o, dövlət dili səviyyəsinə qədər yüksəldi. O yüzillikdə azərbaycan dili saray, ordu, məhkəmə dili oldu. Şah İsmayıl təkcə güclü hökmdar, istedadlı sərkərdə deyil, həmçinin öz əsərlərini Xətai təxəllüsü altında yaradan şair idi. Şah İsmayıl aşıq şeri ənənələrinə müraciət edirdi və əsərlərini öz doğma dilində yazırdı. Şah İsmayıl öz əsərlərini sadə dildə, xalq poeziyası üslubunda (qoşma, gəraylı, varsağı, bayatı) yazırdı. Günümüzə qədər azərbaycan dilində “Dəhnamə”, “Nəsihətnamə” poeması, 400 qəzəl, 100 qəsidə və fars dilində yazılmış “Müqəmma” poeması gəlib çatmışdır. Xətainin yaradıcılıq mirası Pir Sultan Abdal, Qayğusuz Abdal, Gul Himmət və s. məşhur türk şairlərinə böyük təsir göstərmişdir.

Ədəbiyyata, elmə, incəsənətə himayədarlıq edən Şah İsmayıl o dövrün şair elitasını, o cümlədən Qurbani, Həbibi, Tüfeyli və digərlərini ətrafına toplamışdı.

Şah İsmayılın dövründə Təbriz qısa müddətdə Yaxın və Orta Şərqin ən böyük mədəniyyət və elm mərkəzinə çevrildi. Təbriz təkcə yerli deyil, həmçinin xarici ölkələrin mədəniyyət və elm nümayəndələrini özünə cəzb edirdi.

Şah İsmayıl bir çox xalq əfsanələri və dastanlarının qəhrəmanı oldu. Əbəs yerə dahi Füzuli Şah İsmayıl Xətaini “öz dövrünün padşahı” adlandırmırdı. Azərbaycanın bəstəkarı və dirijoru Müslüm Maqomayev dahi azərbaycanlıya “Şah İsmayıl” operasını həsr etmişdir.

Şah İsmayıl azərbaycan dilinin və mədəniyyətinin inkişafına qiyməti ölçülməyən töhvə vermiş, elm və mədəniyyətin bütün sahələrinin inkişafı üçün hər cür şərait yaratmışdır. Şah İsmayılın hakimiyyət illərini əsl mənada Səfəvi Dövlətinin “Qızıl dövrü” hesab etmək olar.

Tamerlan Ələkbərov


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!