Qarakənd faciəsi... .....                        Atəşkəs rejimini 128 dəfə pozulub .....                        "Hərə bir əsgər, hər ev bir səngər .....                        Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar .....                        Atəşkəs rejimi 117 dəfə pozulub .....                        O ilk gün... - ŞEİR .....                        Süleyman Piriyev: “Yəqin ki, “Qarabağ” da bu görüşə yaxşı hazırlaşar” .....                        Milyarder yeni gəmisinə Natiq Əliyevin adını verdi .....                        Özbəkistanın Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib .....                       
Tarix : 22-09-2017, 12:27
Qaranlıqdan doğan günəş...



Həyat beş kəlmə və beş gündən ibarətdir.Yaşamağı öyrəndim dediyim anda, qara buludlar kimi qara günlər qapımı döydü.Savaşıb mübarizə aparıb,doğan günəşin şəfəqlərini görmək üçün nə etdimsə, hər şey mənə tərs gəldi. Taleyimlə barışmaq istəmirəm. Yeni günləri,xoş ümidləri gözləyirəm,amma nədənsə ağlayan,əzab çəkən yenə mən oluram. Yəqin qadın olmaq belə di, mən bilmirəm. Bəlkədə, həyatın anlamını,məqsədini dərk etmirəm?!... Döydüyüm qalar açılmır ki, məndə varam, eçidirsiniz: -Deyə səzim batana kimi qışqıram. Barışmaq istəyirəm,hər bir yazıyla.Küsüb getmək,yox olmaq istəyirəm. Xoşbəxt insan necədi? Necə yaşayır? Nə edir? Ağrılara necə sinə gərir bilmirəm... Yaşamadığım,dadmadığım bir həyatın xəyalını qurmaq belə çətindir...Bildiyim tək bir həyat var, o da ki, məğlubiyyətə düçar olmuş birinin gecə-gündüz ağlaması. Bəli,qadınlar xoşbəxt və bədbəxt olur. Bədbəxtlər yaxınları,doğmaları tərəfindən bu yola sürüklənənlər, xoşbəxtlər isə hər şeyə rəğmən gülüb keçənlərdir. Yuxudan ayılanda belə sabahın açıldığını hiss etmirəm. Bilirsən, niyə gecələri səhər,səhərləri gecə kimi yaşayan bir insan üçün sabahın nə fərqi var? Əzabla dolu bir fəsli başa vurmaq nə qədər çətin olsada, yaşamaq ondan da çətindir.

Mən ulduzları göydə sayaraq tanımadım. Onları göz yaşlarımda tanıdım. Xəyallarım puç olduqca onların soyuq və parlaq olduğunu anladım. Günəşi heç görmədim. Taleyi zülmət olan biri üçün günəş sadəcə közərən lampadan başqa bir şey deyil.Ağrılara sinə gələrək,böyüdüm,yaşlandım. Yaşadığım zamanın izlərinə doğru addımladım. Hər səfərimdə büdrədim. Xəyallar dənizinə qərq olduqca suyun dibində qaldım. Əl qaldırdım, kömək etmək əvəzinə ovcuma daş verdilər. Görməzdən gəlib, göz yumdular.Bəs mən nə etdim? Xoşbəxtlik deyilən o məhvuma çatmaq istədim...

Qaranlıqdan doğan günəş...


Mən xoşbəxtlikləri silkələyən qadınam!


Saçını oxşayan yoxdursa, əyil küləyə tərəf. Buna görə üzünü turşutmağa gərək yoxdur, yəni saçlarına insan əlinin dəyməsi o qədərmi önəmlidir? Unutma, bu gün saçını oxşayan o əl sabah üzünə sillə çəkər... sənə toxunmur deyə turşutduğun o üzünə.

Doğadan pak nə var ki həyatda? Qoy saçının hər telini meh dolaşdırsın bir – birinə. Pırtlaşsın saçın, hava qatında atlanıb düşsünlər, onların rəqsindən həzz al. Pırtlaşıq saçlı qızlar bilirsənmi necə gözəl görünürlər? Ehh, bilməzsən, hardan biləsən ki? Hər dolaşıq saçını bir – birindən ayıran sən olmamısanmı?

Heç ömründə bircə dəfə öz istəyinlə yağışla qucaqlaşmısanmı? Yoxsa tək damla başının tən ortasına, ya qolunun bir hissəsinə, ya da nə bilim, burnunun ucuna düşən kimi qaçmısan ondan, ürkmüsən sənə əyilən xoşbəxtlikdən. Bilirsənmi, o üzündəki parabizən dediyin balaca xal vardı ha, bax ona gəlirdi yağış, ona çatmaqçün başının tən ortasına düşmüşdü tək damla. Sonra növbəti payız burnunun ucuna qondu, ancaq xalına çata bilməyən yağış ovucunun içində parçalandı, əridi, buxarlandı...
Gedənlər, bir də gəlməyə bilər, ya da əvvəlki tək gəlməzlər. Ancaq əmin ol, gəlməyənlər dəlik – deşik gedənlərdi. Xoşbəxtliyi qaçırma, qovma onu. Onlar qapıdan qovulanda bacadan girməzlər, çünki bir dəfə gələrlər və elə bircə dəfə də gedərlər. Onların getməməsi üçün sən hər saçına toxunan öz barmaqlarını sev, nə fərqi var axı, rəngi necədir, ya da ləti çoxmudur... Əsas odur özünü sev. Təpədən dırnağa SƏNi SƏN edəni sev. Kim gedir getsin, sən getmə özündən. Axtar onu həmişə. Özünü itirənlər başqalaşanlardı. Sən başqalaşma, özünü güzgüyə baxarkən körpücük sümüyündə gör, ya da yanağında bozaran balaca çillərində. Oxşa onu, bağrına bas, heç tək buraxma. Əgər sən də özünü sevməsən, yaşamağın daha nə mənası olar ki? Özünü ona çox görmə. Sevgidə özünə xəsis olanlar xoşbəxt olmayacaqlarını qarantiyə alanlardır. Sən saçının hər telindən tutmuş ta ayağının atılacaq dırnağına kimi hamısını sev, tək – tək, dönə - dönə, bezmədən... Əgər bunları etməmisənsə...heyf! Mən nə xəsisəm, nə də əliaçıq. Mən nə pisəm, nə də yaxşı. Tək onu bilirəm ki, mən xoşbəxtlikləri silkələyən qadınam. Mən səndən üstün deyiləm, nə də sən məndən, qadın. Biz Yeri birlikdə bölüşənlərdənik. Sən Yerin küncünə qısılıb ağsamsınan, mənsə mərkəzdə gözləri parlayan. Sən üzünü divara söykəyən, mənsə əlləri açıq başı yuxarı dövrə vuran. Sən üzünü mənə sarı çevirib bir addım atsan görəcəksən... Sonra daha bir addım da... Sonra bir də... Bir də. Görəcəksən! Sən onda mənim silkələdiyim xoşbəxtliyi görəcəksən.

Sonra güzgüyə baxarkən saçını oxşadığın anda öz xoşbəxtliyini tapacaqsan...

Qaranlıqdan doğan günəş...


Günel - Azadə


Paylaş



Bölmə: Ana seife, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!