Qarakənd faciəsi... .....                        Atəşkəs rejimini 128 dəfə pozulub .....                        "Hərə bir əsgər, hər ev bir səngər .....                        Avropa Məhkəməsindən Ermənistan əleyhinə daha bir qərar .....                        Atəşkəs rejimi 117 dəfə pozulub .....                        O ilk gün... - ŞEİR .....                        Süleyman Piriyev: “Yəqin ki, “Qarabağ” da bu görüşə yaxşı hazırlaşar” .....                        Milyarder yeni gəmisinə Natiq Əliyevin adını verdi .....                        Özbəkistanın Müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib .....                       
Tarix : 9-10-2017, 15:11
MEK-də görkəmli geoloq Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib


Butov.az xəbər verir ki, AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə görkəmli alim, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib. 42 elmi əsərin, bir monoqrafiyanın müəllifi olan, xeyli sayda elmi kadrlar yetişdirən alimin əsərləri və şəxsi kitab kolleksiyasından seçmələr ailəsi tərəfindən MEK-ə hədiyyə edilib.

Tədbiri açan MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri M.Göyüşlü alimin şəxsi kitab kolleksiyasının kitabxanaya bağışlanmasını əhəmiyyətindən danışaraq qeyd edib ki, MEK-də artıq bu kimi təqdimatlar gözəl bir ənənəyə çevrilib.

Sonra Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşları Aygün Mehdiyeva və Nərmin Rəcəbli alimin qızıLalə Bayramova tərəfindən kitabxanaya hədiyyə edilmiş kitab kolleksiyası haqqında geniş məlumat veriblər.

Aygün Mehdiyeva qeyd edib ki, “Kolleksiya 69 adda kitabdan ibarətdir. Bunlardan 13-ü azərbaycan, 2-si ingilis, 54-ü isə rus dilindədir. Kolleksiyada müxtəlif elm sahələrinə aid kitablar öz əksini tapsa da, bunların əksəriyyəti yer haqqında elmlərin müxtəlif bölmələrindən bəhs edən kitablardır. Bundan başqa kolleksiyanın tərkibində dilçilik, siyasət, elm, incəsənət, filologiya, tarix elmlərinə dair kitablar, elmi əsərlər, müxtəlif elm sahələrinə aid lüğətlər yer alıb. Kolleksiya müvafiq kitabxana qaydalarına əsasən işlənərək həm elektron, həm də ənənəvi kataloqa daxil edilmiş və “Yer elmləri üzrə yardımcı fond”da yerləşdirilərək oxucuların istifadəsinə verilmişdir”. A.Mehdiyeva bildirib ki, kolleksiyada rus dilində olan ədəbiyyatlardan “Золото Азербайджана”,“Неотектоника и некоторые
аспекты позднеорогенной геодинамики Азербайджана”, “Рудные месторожденияАзербайджанской Республики” adlı kitablar MEK-in Milli Rəqəmsal Yaddaş layihəsinin bazasına salınıb.

Kolleksiyada Azərbaycan dilində olan ədəbiyyat haqqında isə MEK-in Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Nərmin Rəcəbli məlumat verib. Siyahıya daxil olan “Akademik M.Ə.Qaşqayın elmi irsi (XXI əsrdən baxış)”, Firudin Şuşinskinin müəllifi olduğu “Azərbaycan Xalq Musiqiçiləri”, “Akademik Akif Əlizadə - İstedadla enerjinin harmoniyası” və 1991-ci ildə nəşr edilmiş “100 böyük türk”və s. kitablar barədə ətraflı bəhs olunub.

Tədbirdə iştirak edən qonaqlardan BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, professor Məmməd Yaqubov alim haqqında xatirələrini bölüşərək onun atası Əşrəf kişinin də nüfuz sahibi olduğuna diqqət çəkib. Hər iki şəxsiyyətin - ata və oğulun böyük amallar uğrunda çalışdıqlarını vurğulayaraq, onların davamçılarının elm və təhsildə yüksək səviyyəyə yüksəldiklərini söyləyib. AMEA Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor Adil Əliyev yaxın dostu Əli Bayramovun elmi fəaliyyətindən, gənc kadrlara dəstəyindən, irihəcmli tədqiqat işlərindən geniş söhbət açıb.Əli Bayramovun yaxın qohumu, Əməkdar mədəniyyət işçisi Elçin Axundov isə onun insani xüsusiyyətlərini önə çəkib.Sonda alimin qızı, BDU-nun dosenti Lalə Bayramova atası ilə bağlı xatirələrini bölüşüb, onun elmi fəaliyyətinə, kitab kolleksiyasına göstərilən diqqətə və yüksək təşkil edilən təqdimata görə MEK rəhbərliyinə və əməkdaşlarına, həmçinin tədbir iştirakçılarına ailə üzvləri adından minnətdarlığını bildirib.

Qeyd edək ki, Əli Əşrəf oğlu Bayramov geologiya və minerologiya sahəsində Azərbaycanın tanınmış alimlərdən olub. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1951-2001-ci illərdə Azərbaycan Geologiya idarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) ekspedisiyalarının geoloji qruplarında işləyib, kollektor vəzifəsindən ekspedisiyanın baş geoloqu vəzifəsinə qədər yüksəlib. 1966-cı ildə “Dağlıq Qarabağ Muxtar Vilayətinin geoloji quruluşu və onun Kiçik Qafqaz sistemində vəziyyəti (Tərtərçay-Qozluçay çayarası zonasının misalında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə mükafatlandırılıb, 1978-ci ildə Azərbaycanın elm və texnika sahəsində Dövlət mükafatı laureatı adına layiq görülüb. 1998-ci ildə onun “Azərbaycanın alternativ enerji daşıyıcıları resursları” kitabı nəşr olunub. Son elmi işi “Qızılın metallogeniyası” monoqrafiyasıdır.

MEK-də görkəmli geoloq Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də görkəmli geoloq Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də görkəmli geoloq Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də görkəmli geoloq Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də görkəmli geoloq Əli Bayramovun kitab kolleksiyasının təqdimatı keçirilib




Paylaş



Bölmə: Ana seife, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!