İran Teleradio Təşkilatı Azərbaycan ərazisini “Mahabad Əyaləti” adlandırıb .....                        Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron .....                        Silahlı Qüvvələrdə “NATO günləri” keçirilib .....                        Atəşkəs rejimi 134 dəfə pozulub .....                        “İrəli” regional turnirlərə davam edir .....                        XİN rəhbəri: “Qarabağ”ın əziyyətinə heyfim gəldi .....                        Tanınmış jurnalist Natiq Qədimov vəfat edib .....                        Xeyirxahlığından həzz alan insan .....                        Deputat şəhid ailələri ilə bağlı təklif verdi .....                       
Tarix : 23-10-2017, 10:49
"İlk"lər heç zaman asanlıqla başa gəlmir


1875 - ci il iyulun 22 - si Azərbaycanın ictimai-siyasi tarixi milli oyanış, milli birlik sahəsində yeni bir mərhələyə qədəm qoydu. Məhz bugün uzun sürən səylər, əziyyətlər, çətinliklər və keşməkeşli günlər öz bəhrəsini verdi, Əkinçi nəşrə başladı. "İlk"lər heç zaman asanlıqla başa gəlmir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” əsaslı tədbirlər görülməyə başlandı.Bunlardan biridə Əkinçi kitabı idi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın Əməkdar Elm Xadimi,filologiya elmləri doktoru,Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əziz Mirəhmədovun kitabın ön sözündə qeyd etdiyi kimi: “Böyüklüyü və kiçikliyindən asılı olmayaraq,dünyanın bütün xalqları gec-tez öz tarixinə iftixarla yazır – filan vaxtda bizdə ilk məktəb, ilk teatr, ilk universitet, ilk mətbəə yaranmışdır... Birinci çap kitabı, birinci qəzet, birinci jurnal nəşr edilmişdir... Cəmi üç – dörd sözlə ifadə olunan bu tarixi həqiqətlərdən hər birinin həmin xalqın həyatında necə mühüm yenilik yaratdığını, onun tərəqqi və yüksəlişi üçün necə əhəmiyyətli olduğunu yalnız o xalqı yaxşı tanıyanlar, yaxşı başa düşə bilirlər.Hər hansı bir xalqın öz ana dilində ilk qəzeti oxumasına gəldikdə, şübhəsiz, bu da həmişə və hər yerdə əlamətdar hadisə olur”.

Öz milli mətbuatına Avropa XVI əsrdə, Rusiya isə XVIII əsrdə qovuşduğu halda, Azərbaycan buna ancaq XIX əsrdə nail olmuşdur. Feodal mütləqiyyəti və orta əsr geriliyi üzündən Əkinçiyə gec qovuşduq. Lakin milli mətbuatımızın “ilk qaranquşu” və onun təsisçisi böyük Azərbaycan ziyalısı və müəllimi, milli mətbuatımızın və teatrımızın banisi Həsən bəy Zərdabi milli mətbuatımıza çox geniş,ucu-bucağı olmayan bir cığır açdı. Bu keşməkeşli,məşəqqətli bir oqədər də şərəfli və qürurlu yolda illər, qərinələr, əsrlər boyu mətbuat fədailəri çarpışdı.Bu fədailər arasında öz şərəfi, ləyaqəti, təhsili, savadı və intelekti ilə kişilərdən heç də geri qalmayan Azərbaycan qadınlarıda az deyildi. Bu heç də təəccüblü deyil çünki hələ XIX əsrdə Vətənimizdə qadın təhsilinin ilk carçısı və bələdçisi olan,illər boyu bezmədən, yorulmadan xalqını,millətini,mədəni və dünyəvi millətlər sırasında görmək istəyən və bunun uğrunda bütün yükü çiyinlərində daşıyan Həsən bəyin tarixi uğurlarının bəhrəsidir.Onun açdığı bu cığırda mübarizə aparan qadın fədailərdən biridə Salatın Əziz qızı Əsgərovadır.

Müstəqilliyimizi ilk illərdən bu yana gözü götürməyən,“Böyük Ermənistan” yaratmaq iddiasında olan mənfur ermənilərin Azərbaycana qarşı qəsbkarlıq, işğalçılıq, terror siyasəti bir gün belə səngimək bilmir. Bu silahlı təcavüz nəticəsində xalqımız minlərlə şəhid verdi.Onlar öz ölümləri ilə ölümsüzlük zirvəsinə ucaldılar.Adları şanlı Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.Onlar arasında şəhidlik, qəhrəmanlıq zirvəsinə yüksələn jurnalistlərimiz də az deyildi. Qarabağ müharibəsi dövründə onlarla jurnalistimiz erməni terrorçularının hücumuna məruz qalmış,şəhidlik zirvəsinə ucalmışdır.Bunlardan biri də «Молодёжъ Азербайджана» qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı,Qarabağ müharibəsi dövründə cəbhə bölgəsinə səfər edib, operativ, obyektiv, dəqiq xəbər və reportajlar hazırlayan,Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ bölgəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında böyük rolu olan Azərbaycanın ilk şəhid qadın jurnalisti Salatın Əziz qızı Əsgərovadır.

S.Əsgərova 16 dekabr 1961–ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı şəhərində yerləşən Mikayıl Müşviq adına 18 saylı orta məktəbi əla qiymətlərlə başa vurmuş, elə həmin il Azərbaycan Neft və Sənaye Universitetinin Geofizika mühəndisi ixtisasına qəbul olmuşdur. Ancaq uşaq yaşlarından möhkəm iradəsi dərin təhlil qabiliyyəti ilə seçilən Salatının jurnalistika sahəsinə çox böyük həvəsi var idi. Bunun nəticəsi olaraq o, 1984-cü ildə Bakı qəzetində heyranlıq duyduğu jurnalistikada peşəkar olaraq ilk addımlarını atmağa başlayır. Dörd il sonra isə “Молодёжъ Азербайджана” qəzetində öz fəaliyyətini davam etdirir. Onun yazılarının əsas mövzusu Azərbaycan torpaqlarının bütövlüyü, birliyi, müstəqilliyi, toxunulmazlığı və bu uğurda mübarizə aparıb canını, qanını bir an belə əsirgəməyən mərd, igid vətən oğulları barədə idi. O tez-tez cəbhə bölgələrinə, müharibənin ən qaynar nöqtələrinə səfər edib,baş verən hadisələrlə bağlı dəqiq, dolğun, operativ xəbərlər hazırlayırdı. Ailəsi və iş yoldaşları ondan çox narahat olsa da, qəlbi vətəni ilə döyünən, mənfur ermənilərin hiylələrinə qatlana bilməyən Salatının qarşısını almaq cəhdləri baş tutmur. Qələmi silahı olan bu fədai xanımın erməni iblislərinin iç üzünü açan yazıları bir güllə tək düşmənlərimizin ürəyinə sancılırdı. Salatının sonuncu yazısı, Qarabağdakı xüsusi təyinatlı polis dəstələrinin fəaliyyətindən bəhs edən “Omonçular” idi. O, “Молодёжъ Азербайджана” qəzetinin 1991-ci il 3 yanvar tarixli nömrəsində həm Azərbaycan oğullarının igidliyindən bəhs edir, eyni zamanda imperiyanın sadiq qullarını kəskin tənqid edirdi. Yazı bu sözlərlə bitir: “SSRI Prezidentinin DQMV-də qanunsuz silahlı birləşmələrin tərkisilah edilməsi barədə fərmanına əməl olunmursa, respublikamızda prezident idarəçiliyinə nə ehtiyac var? Azərbaycan nəyə görə mərkəzi rəhbərliyin yeni idarəetmə üsullarının sınaq meydanına çevrilməlidir? Bu suallara mütləq cavab alınmalıdır. Başqa cür ola bilməz!".

O, 1991-ci ilin yanvarın 8-dən 9-na keçən gecə Bakıdan Şuşaya Oleq Larionovun yanına getməyə qərara alır,bu şəxs vaxtı ilə Salatını Qazax bölgəsində ölümdən xilas etmiş, dəfələrlə erməni terrorçularının mənfur hiylələrini puça çıxartmışdı. 1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Yevlax-Laçın yolunun 141 km-də Qaladərəsi kəndi yaxınlığında, içində Salatının da olduğu avtomaşın bir neçə istiqamətdən atəşə tutulur, erməni silahlıları yaralı Salatını maşından çıxarıb dəfələrlə güllələyirlər. Sonradan avtomaşında 113 güllə deşiyi aşkarlanmışdır. Onun ölümünə bais olan Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan müəyyənləşdirilərək həbs olunur. 1993-cü ildə cinayətkarlar ölümə məhkum edilirlər.Lakin 1996-cı il mayın 8-də onlar birtərəfli şəkildə Ermənistana təhvil verilmişdir. Erməni quldurları tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərovanın nəşi Şəhidlər Xiyabanında uyusa da, ruhu hələ də bizim qəlbimizdə yaşayır və yaşamağa davam edəcək.

Azərbaycan Respublikası Prezidentinin Fərmanından: “Qarabağın dağlıq hissəsində baş verən hadisələrin respubilka və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə, xidməti borcunu yerinə yetirərkən igidlik və şücaət göstərdiyinə görə “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əziz qızı Əsgərovaya “AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI” adı verilsin (ölümündən sonra)…”. Həmçinin ölümündən sonra Beynalxalq Jurnalistlər Ittifaqı Konfederasiyasının laureatı adına layiq görülmüş, Azərbaycanın xalq şairi Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poeması yazmış, yaşadığı binaya xatirə lövhəsi vurulmuş, yaxınlığında həlak olduğu Şuşa rayonundakı kənd Salatınkənd adlandırılmışdır.

Əgər yaşasaydı 16 dekabr tarixində 56 yaşı olacaqdı, həyata gözlərini yuman zaman isə cəmi 30 yaşı var idi . Salatın xanım, elə də uzun bir ömür yolu keçməsə də jurnalistikamızın, mətbuatımızın şərəf salnaməsi vəhər bir jurnalistin qürür mənbəyidir. Allah rəhmət eləsin!


Gülçin Vəfa
Butov.az


Paylaş



Bölmə: Ana seife, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!