“21 Azər Hərəkatı"nın 72 yaşı qeyd olunub .....                        6-cı sinif şagirdləri üçün imtahan keçiriləcək .....                        Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR .....                        Ermənistan və Azərbaycan Respublikasının dövlət sərhədində növbəti monitorinq keçiriləcək .....                        Atəşkəs rejimi 121 dəfə pozulub .....                        “Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsi başa çatdırıldı .....                        "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin final mərhələsi başa çatdı .....                        "Niyə qəddar olsun ki, bilmirəm niyə qadın" - YENİ ŞEİR .....                        İlham Əliyev Quba rayonuna səfərə gəlib .....                       
Tarix : 23-11-2017, 09:32
“İrəli” regional turnirlərə davam edir


Butov.az xəbər verir ki, "Azərbaycan İntellektual Birİncisi” layihəsi artıq ikinci ildir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və "İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihə, ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən bir təşəbbüsdür. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. maddəsində Gənclərin asudə vaxtının səmərəli təşkili üçün intellektual və kompüter oyunları üzrə yerli və beynəlxalq çempionatların keçirilməsi qeyd edilir. Dövlət proqramının alt sənədinə uyğun olaraq "Azərbaycanın İntellektual Birİncisi” layihəsi həyata keçirilir.

Newscenter.az xəbər verir ki, 18.11.17 tarixində “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Mingəçevir, Ağdaş, Bərdə, Göyçay, Ucar, Yevlax, Zərdab şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Aran üzrə regional turniri Mingəçevir şəhərində keçirilib. Layihədə “Axtar tap”, “Nə? Harada? Nə zaman?” intellektual oyunlarında Mingəçevir, “Vətəni tanı” intellektual oyununda Ucar, “Xəmsə” intellektual oyununda Bərdə şəhərinin gənc intellektualları qalib olublar.

19.11.17 tarixində “Azərbaycan İntellektual Birİncisi” layihəsinin Gəncə, Qazax, Şəmkir, Goranboy, Göygol, Naftalan, Ağstafa, Samux, Tovuz şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Gəncə-Qazax üzrə regional Turniri Şəmkir şəhərində keçirilib. 4 intellektual oyunu("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Kod Da Vinçi", "Vətəni Tanı") əhatə edən layihədə “Nə? Harada? Nə zaman?”, “Vətəni tanı” intellektual oyunlarında Gəncə, “Axtar tap” intellektual oyununda Tovuz, “Xəmsə” intellektual oyununda Goranboy rayonunun gənc intellektualları qalib olublar.

Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun ("Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar tap", "Vətəni Tanı") üzrə baş tutacaq "Azərbaycanın İntellektual BİRincisi" layihəsi çərçivəsində 62 rayondan 1400 nəfər gəncin iştirakı gözlənilir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edəcək. Layihə zamanı regional turnirlər Bakı, Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəmkir, Mingəçevir, Şəki, Sabirabad, Lənkəran rayon və şəhərlərində inşa olunmuş Gənclər Evi və Gənclər Mərkəzində keçiriləcəkdir.

Qeyd edək ki, layihə hazırda davam edir.

Bütün region turnirlərinin açılış mərasimində “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov iştirak edib və region gəncləri ilə görüşüb. “İrəli” sədri çıxışında bildirib ki, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar həyata keçirilən bu layihə ölkə gənclərinin potensial intellektinin qiymətləndirilməsi və dəyərləndirilməsinə imkan verən təşəbbüsdür. Gənclərin intellektual fəaliyyətə cəlb olunması, onların bu sahədə bilik və bacarıqlarının artırılması, mövcud intellektual bazaların genişləndirilməsi və beynəlxalq intellektual yarışlara rəqabətə davamlı gənclərin hazırlanması layihənin əsas hədəflərindəndir.

"Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçirilməsi planlaşdırılır.


Paylaş



Bölmə: Ana seife, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!