“21 Azər Hərəkatı"nın 72 yaşı qeyd olunub .....                        6-cı sinif şagirdləri üçün imtahan keçiriləcək .....                        Ulu öndər şagirdlərin gözü ilə... - FOTOLAR .....                        Ermənistan və Azərbaycan Respublikasının dövlət sərhədində növbəti monitorinq keçiriləcək .....                        Atəşkəs rejimi 121 dəfə pozulub .....                        “Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsi başa çatdırıldı .....                        "Azərbaycanın İntellektual Birİncisi" layihəsinin final mərhələsi başa çatdı .....                        "Niyə qəddar olsun ki, bilmirəm niyə qadın" - YENİ ŞEİR .....                        İlham Əliyev Quba rayonuna səfərə gəlib .....                       
Tarix : 6-12-2017, 08:44
“Azərbaycan hərbçiləri mübarizdirlər, şərəflə xidmət edirlər”


Ölkəmizin beynəlxalq sülhyaratma əməliyyatlarında iştirakı Kosovoda hərbi münaqişənin yarandığı dövrdən başlayıb və Azərbaycan ilk dəfə olaraq sülhməramlı heyətini 1999-cu ildə həmin bölgəyə göndərib. Sonrakı dövrlərdə isə İraqda beynəlxalq təhlükəsizlik qüvvələrinin tərkibinə daxil olub və yenə də burada sabitliyin, əmin-amanlığın təmin edilməsinə dəyərli töhfə verib. Silahlı Qüvvələrimizin 22 nəfərdən ibarət sülhməramlı taqımı isə 2002-ci ildən Əfqanıstanda fəaliyyətə başlayıb. 2008-ci ildə onların sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. Milli Məclis sülhməramlı kontingentimizin iki dəfə artırılması haqqında qərarı 2009-cu ildə qəbul edib və elə həmin vaxtdan Əfqanıstanda sülhməramlı missiyanı həyata keçirən hərbi qulluqçularımızın sayı 94 nəfər təyin edilib. Qeyd edək ki, sülhməramlılarımız rotasiya qaydasında hərbi xidmətlərini həyata keçirirlər.

Statistik məlumat bir daha təsdiq edir ki, müstəqil dövlətimiz humanizm dəyərləri əsasında inkişaf edən dünyəvi bir ölkədir. Bu prinsiplər Azərbaycanın əsas qanunlar toplusu olan və 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb təsdiq edilmiş ilk milli Konstitusiyamızda da öz əksini tapıb. Heç bir ölkənin ərazi bütövlüyünə qəsd edilməsi məqsədi güdməyən Silahlı Qüvvələrimizin tərkibində sülhməramlı heyətin yaradılması ideyası da məhz Ümummilli Liderimizin adı ilə bağlıdır. Dahi rəhbərin 1993-cü ildə xalqımızın təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da önəmli islahatlar həyata keçirilib. Elə bu islahatlardan biri də Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq əlaqələrinin yaradılması, NATO və sivil ölkələrlə hərbi əməkdaşlığımızın inkişaf etdirilməsi olub. Ulu öndərimiz Heydər Əliyev hərbi təhsilimizin də dünya standartları səviyyəsinə yüksəlməsinə nail olmaqla qabaqcıl təcrübələrin ordu quruculuğunda tətbiq edilməsini daim tövsiyə edir və bu məqsədlə ABŞ, İtaliya, Almaniya və Türkiyə kimi nüfuzlu ölkələrlə hərbi əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirirdi. Səmərəli hərbi əməkdaşlıq isə ordumuzun hərtərəfli inkişafına dəstək olmaqla bərabər ölkəmizin beynəlxalq imicini formalaşdırdı və belə əlaqələr nəticəsində Azərbaycan sülhməramlı qüvvələrin tərkibində müqəddəs bir vəzifənin - münaqişəyə məruz qalmış insanların əmin-amanlığının təmin edilməsinə öz öhdəliyini verdi. Əvvəlcə Kosovo və İraqda fəaliyyət göstərən sülhməramlılarımız sonrakı dövrdə Əfqanıstandakı beynəlxalq missiyanın tərkibinə qatıldı və hazırda bu ölkədə sabitliyin və əmin-amanlığın qorunmasına dəyərli köməyi əsirgəmirlər.

Bir hərbi jurnalist olaraq sülhməramlılarımızın yolasalınma mərasimlərində bir neçə dəfə iştirak etmişəm və ölkəmizi layiqincə təmsil etmiş oğulların təəssüratlarını qələmə almaq mənə də nəsib olub. Kapitan Pərviz Azayev sülhməramlı qüvvələr tərkibində Vətənimizi təmsil etməkdən yaranan qürurunu bölüşərək demişdi: "Azərbaycandan neçə min kilometrlərlə uzaq bir məsafədə müstəqil dövlətimizi, doğma ordumuzu təmsil etmək, inkişaf etmiş ölkələrin bayraqları sırasında üçrəngli dövlət bayrağımızın da dalğalandığını seyr etmək adama bir ömürlük fərəf bəxş edir." Həmin gün təkcə kapitan Azayevin deyil, bütün sülhməramlılarımızın simasından hiss etdiyim xoşbəxtlik mənə də azərbaycanlı olmağımın sonsuz qürurunu bəxş etmişdi və qeyri-ixtiyari müasir dövlətçilimizin banisi olan ulu öndər Heydər Əliyevi, onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözlərini xatırlamışdım. Doğrudan da, vətəndaşı olduğun bir ölkənin adı uca tribunalardan çəklirsə, bayrağımız, gerbimiz, himnimiz neçə dövlətin rəmzləri ilə yanaşı qeyd edilirsə, bu, dünyaya sığmayan böyük şərəf və qürurdur. Kapitan söhbətində deyirdi ki, bir dəfə beynəlxalq təhlükəsizlik qüvvələrində təmsil olunan hərbi qulluqçular arasında keçirilən döyüş hazırlığı yarışmasında Azərbaycan ABŞ və Kanadadan sonra 3-cü yeri tutub. Həmin vaxt bu hadisə dünya mediasının gündəmini zəbt etmişdi və ölkəmizin rəhbərliyinə, həmçinin Azərbaycanın Müdafiə Nazirliyinə NATO Komandanlığından minnətdarlıq məktubu gəlmişdi. ABŞ-ın ölkəmizdəki səfirləri də dəfələrlə sülhməramlı əsgər və zabitlərimizin nümunəvi xidməti barədə ölkə rəhbərliyini məlumatlandırıblar.
Müasir dövrdə Azərbaycan dövlətinin artan hərbi qüdrəti sayəsində sülhməramlı bölmələrimizin yerləşdiyi hərbi hissə də yenidən qurulub və burada ən yüksək tələblər səviyyəsində xidmət şəraiti yaradılıb. Bir neçə il öncə, Silahlı Qüvvələr Günü ərəfəsində, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev həmin hərbi hissənin açılış mərasimində iştirak etmişdi. Burada yaradılan yüksək şəraitlə yaxından tanış olan dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu vardır. "Azərbaycanda ordu quruculuğu məsələsi daim mənim diqqətimdədir və bu sahənin inkişafına bundan sonra da diqqət yetiriləcəkdir", deyən Prezident İlham Əliyevin siyasi xəttində ölkəmizin hərbi potensialının artırılması mühüm yer tutur. Dövlətin, xalqın öz ordusuna göstərdiyi diqqət və qayğı isə bütün hərbi qulluqçular kimi, sülhməramlılarımızı da yeni-yeni uğurlara ruhlandırır.
Hazırda Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, sülhməramlı bölmələrimiz də dərs və təlimlərdə fəal iştirak edərək hərbi vərdişlərini daha da təkmilləşdirir. Bu məqamda bir vacib məsələni də qeyd edim ki, son illər Azərbaycanın ordu quruculuğunda aparılan islahatlar sülhməramlı şəxsi heyətin də döyüş və mənəvi-psixoloji ruhunu daha da artırıb. Artıq bu bölmələrə də müqavilə əsasında peşəkar hərbçilər cəlb olunub və təlimlərdə onların hazırlıq səviyyəsinin artırılması üçün bütün zəruri imkanlar yaradılıb. Əlbəttə, əsas məqsəd xarici dövlətlərdə ölkəmizin layiqincə təmsil edilməsidir və bu baxımdan həmin şəxsi heyətə yüksək mənəvi dəyərlərimiz, tariximiz, qədim və dini adət-ənənələrimiz müfəssəl aşılanır.
Azərbaycan rəhbərliyi daim dövlətimizin sülhsevər mövqeyini ifadə edərək xalqların əmin-amanlığının qorunmasına və ölkələrin ərazi bütövlüyünə birmənalı dəstəyini büruzə verir. Noyabrın sonlarına yaxın Brüsselə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun baş katibi ilə görüşdü və Əfqanıstanda sabitliyin, sülhün təmin edilməsinə töhfə verən sülhməramlı kontingentimizin say tərkibinin artırılmasını təklif etdi. Mötəbər beynəlxalq qurumun rəhbərliyi də öz növbəsində sülhün qorunmasına, terrorizmlə mübarizəyə göstərilən möhkəm dəstəyə görə dövlətimizin başçısına və xalqımızın ünvanına öz minnətdarlığını çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev NATO toplantısındakı çıxışında Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağını bildirib.

Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək" missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır.

Bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir. Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübünədək həyata keçirilməsi planlaşdırılır.

Bildiyiniz kimi, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani dekabrın 1-də ölkəmizə rəsmi səfərə gəldi. Azərbaycanın dövlət başçısı ilə həm təkbətək, həm də nümayəndə heyəti tərkibində keçirilən görüşlərində və mətbuata bəyanatında əfqanlı qonaq da öz ölkəsində sabitliyin qorunmasında fəal iştirakına görə dövlətimizə dərin minnətdarlığını bildirdi və qeyd etdi ki, Azərbaycan hərbçiləri mübarizdirlər və şərəflə xidmət edirlər. Göründüyü kimi, illərdən bəri əhalisi hərbi münaqişədən əziyyət çəkən ölkənin birinci adamı hərbi qulluqçularımız barəsində necə də yüksək fikir bildirib. Bu, əlbəttə, əsgər və zabitlərimizin xidmətlərinə görə dövlətimizin aliliyinə, xalqımızın, millətimizin böyüklüyünə verilən dəyərdir və bu yüksək qiymət hər bir vətəndaşımızda sonsuz qürur yaradır. Əminliklə demək istərdim ki, hərbi qüdrətini artıran ordumuzun hünər və şücaəti sayəsində tezliklə torpaqlarımız da işğaldan azad ediləcək və Azərbaycan vətəndaşları, dünyanın hər yerində yaşayan soydaşlarımız böyük qələbəmizin təntənəsini yaşayacaqlar.

Arif PƏNAHOV, "Azərbaycan Ordusu"


Paylaş



Bölmə: Ana seife, Hərbi, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!