Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 12-12-2017, 08:06
“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsi başa çatdırıldı


Azərbaycanda son illərdə aparılan uğurlu islahat prosesinin ən əsas komponentlərindən biri də əhalinin məşğulluğunun təmin edilməsidir. Əldə olunan müsbət nəticələrə baxmayaraq, ölkəmizdə iş tapmağa çətinlik çəkən gənclərin sayı da az deyil. Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzinin apardığı araşdırmalara görə, gənclər bir çox hallarda öz resurslarına və əmək bazarının ehtiyyac meyarlarına uyğun deyil, dəbə və valideyn tovsiyəsinə görə özlərinə peşə və ixtisas seçirlər ki, bu da onların gələcəkdə işsiz qalması ilə nəticələnə bilir. Gənclərin əmək bazarından məlumatsız olmaları, düzgün peşələrə yiyələnməmələri onların iş tapmalarına tutarlı əngəl yaradır.

Bu səbəbdən Mərkəz gənclərin uğurlu karyera qurmalarına və məşğulluqlarının təmin olunmasına ictimai dəstək məqsədilə, “Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsinin icrasına başladı. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə həyata keçirildi.

Layihə çərçivəsində ümumilikdə 320 yeniyetmə və gənc üçün xüsusi təlim kursları təşkil edilib. Təlimlərdə “Özünü kəşf et”, “Fərdi İnkişaf”, “Hədəf müəyyənləşdirmək”, “Peşələri tanıma”, “Peşə seçiminə təsir edən amillər”, “Gələcəyin peşələri”, “Səmərəli işaxtarma mexanizmləri”, “CV necə yazılmalı”, “Müsahibə zamanı nə etməli”, “Məşğulluqla bağlı milli qanunvericilik bazası” və sair bu kimi mövzular müzakirə edilib.

Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi bu istiqamətdə işlərini davam etdirir, gənclərin mövcud problemlərinin öyrənilməsi və həlli istiqamətdə bir sıra bu kimi layihələr icra etməkdədir.

“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsi başa çatdırıldı

“Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” layihəsi başa çatdırıldı


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!