Lavrov və Zərif Xəzərin statusunu müzakirə edib .....                        Monteneqronun nüfuzlu CdM informasiya portalında “ASAN xidmət”dən bəhs olunub .....                        Şəbnəm Qurbansoy: "Tez bağışlayır və tez unuduram" .....                        “İRƏLİ”nin sədri Azərbaycan Milli Karate Federasiyasının Baş Katibi vəzifəsinə təyin olundu .....                        Avropa ölkəsindən Türkiyə ilə bağlı terror xəbərdarlığı .....                        Şəhid atası olmaq Şərəflilərin nəsibidir .....                        Mən sabah intihar edəcəm .....                        Biz necə də sevincli, necə də gümrah idik... .....                        98 məktəbdə monitorinq imtahanı keçirilib .....                       
Tarix : 22-12-2017, 12:10
Gürcüstan Ermənistana dəhliz açdı


Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin erməni mallarının fors-major hallarında Abxaziya və Cənubi Osetiya vasitəsilə nəqliyyat dəhlizlərindən keçməsinin mümkünlüyü barədə bəyanatı Gürcüstan müxalifətində güclü reaksiya doğurub və qalmaqala səbəb olub.



Bu dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış “Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında” sazişlə müəyyən edilib. Saziş çərçivəsində 2017-ci ilin dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti (ölkənin Maliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərir) İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb. Ermənistan tərəfindən bu dəhlizlərdən Rusiyaya malların təchizi məqsədilə istifadə barədə dünən parlamentdə hökumətin yeni tərkibinin müzakirəsi zamanı müxalif “Milli hərəkat” partiyasının tələbi ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili danışıb.



“Tərəfimizdən imzalanmış müqavilənin heç bir bəndi dövlətimizin maraqlarının əleyhinə deyil. Mən təkrar edirəm, söhbət ancaq fors-major situasiyadan gedir, yəni qar yağanda, yaxud Yuxarı Lars keçidi istiqamətində qar uçqunu, sürüşmə baş verəndə. Vurğulayıram ki, fors-major hallarında Tsxinvaldan keçən (Rok tuneli vasitəsilə) dəhlizdən Türkiyə, Ermənistan və ölkənin tranzit statusundan istifadə edən digər dövlətlər yararlana bilərlər”, - Kvirikaşvili deyib.

Hökumət başçısının bəyanatı müxalifət tərəfindən birmənalı qarşılanmayıb. Saziş Tbilisinin Rusiyanın ÜTT-yə qəbulu üçün vetonu aradan qaldırmasından sonra imzalanıb. Sazişin şərtlərinə əsasən, ticarət dəhlizləri Gürcüstanın nəzarət etmədiyi Abxaziya və Cənubi Osetiya ərazilərindən keçməlidir. Bununla bərabər, tərəflər malların axınına və markalanmasına nəzarət etmək üçün beynəlxalq vasitəçilərin dəvət edilməsi barədə öhdəlik götürüblər. Nəticədə, seçim İsveçrə şirkətinin üzərində dayanıb.

Gürcüstanın sabiq xarici işlər naziri, “Vahid milli hərəkat” müxalif partiyasının üzvü Qroqol Vaşadze əmindir ki, üçüncü ölkələr tərəfindən dəhlizdən istifadə 2011-ci ilin sazişinin pozulmasıdır.



“Ermənistana bu dəhlizlərlə mallarını daşıma imkanının yaradılması sazişlə qətiyyən əlaqəli deyil”, - “Rustavi 2” telekanalının efirində Vaşadze bildirib.



Eyni zamanda, o, bütün müxalifət adından Gürcüstan hakimiyyətini 19 dekabrda İsveçrə şirkəti ilə imzalanmış müqavilənin şərtlərinmi açıqlamağa çağırıb.



Yuxarı Larsa alternativ axtarışı Yerevan üçün strateji əhəmiyyətli məsələdir, belə ki, Ermənistana yük axınının mütləq əksəriyyəti – 80%-ə yazını – Moskvadan gəlir. Hazırda ekspertlər 6 müxtəlif variantı nəzərdən keçirir: dəniz yolu (Poti vasitəsilə), üç quru yolu (Cənubi Osetiya dəhlizi, Dağıstan və Yuxarı Larsdan keçən Avar-Kaxeti yolu) və dəmir yolu (Zuqdidi-Soçi marşrutu üzrə Abxaziya ərazisindən keçir).



Lakin iqtisadi baxımdan Ermənistan üçün ən sərfəlisi Nar (Şimali Osetiya) – Qori marşrutudur ki, bu da Cənubi Osetiyadan keçir. O, Yuxarı Larsdan 80 km uzun olsa da, daha uyğun iqlim şərtləri və relyef üzündən məqsədəuyğundur.



Dəmiryolu rentabelli deyil, belə ki, Rusiyadan Ermənistana malların daşınması 40 günə qədər uzana bilər. Bərə yolu da xeyli mürəkkəbdir. Dağıstan vasitəsilə (Avar-Kaxeti yolu) daşınma da pis alternativdir, çünki birincisi, bu yol təhlükəsiz deyil. Ikincisi isə, bu marşrutun seçilməsi əvvəlcədən logistikaya yatırımlar tələb edir.



Beləliklə, Gürcüstanla SGS şirkəti arasında imzalanmış müqavilə Ermənistana Rusiyadan bu ölkədən keçməklə quru dəhlizini qismən də olsa açmış olur. Hansı ki, həmin dəhliz 90-cı illərin əvvəllərindən bağlı idi və Yuxarı Lars keçidində qış aylarında hərəkət çətinləşəndə Ermənistana yüklərin daşınması ancaq Gürcüstan limanlarından mümkün olurdu.



Bu baxımdan fors-major situasiyalarda Ermənistanın Cənubi Osetiya dəhlizindən istifadə etməsi bu ölkə üçün doğrudan da böyük hədiyyədir. Rəsmi Bakı hələlik bu məsələyə reaksiya verməyib.
Modern.az


Paylaş



Bölmə: Ana seife, Siyasət, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!