Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 24-12-2017, 16:45
“İrəli” 9 illiyinə Cocuq Mərcanlıdan, cəbhədən  başladı


Butov.az xəbər verir ki, “İrəli” İctimai Birliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, “İrəli” İB komandası Cocuq Mərcanlıya və Cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəyə gedib.

“İRƏLİ” İctimai Birliyi Prezident İlham Əliyevin doğum günü və təşkilatın təsis olunmasının 9-cu il dönümü münasibəti ilə gənclərdə əhval-ruhiyyənin və ruh yüksəkliyinin qaldırılması, xidmətində fərqlənən gəncləri mükafatlandırmaq məqsədi ilə cəbhə xəttində həqiqi hərbi xidmətdə olan gənclərlə görüşüb.
“İRƏLİ” İctimai Birliyinin 9-cu il dönümü münasibəti ilə birliyin sədri MirHəsən Seyidov, “İRƏLİ” komandası və 100-dən çox üzv Aprel şəhidləri kompleksi, Şəhidlər Xiyabanına gedib, Cocuqmərcanlıya ekskursiya edərək yeni tikili, məktəb və mədrəsənin hazırki vəziyyəti ilə tanış olublar. Məktəbə təşkilat tərəfindən xüsusi hədiyyələr, şagirdlər üçün ləvazimatlar, kitabxana üçün kitablar təqdim olunub.

Cocuqmərcanlıya ekskursiya edən “İrəli” komandası aprel şəhidlərinin abidəsi önünə gül dəstələri qoyub, daha sonra Cocuq Mərcanlıda yerləşən Şuşa məscidi formasında hazırlanan tikili, aprel hadisələri zamanı şəhid olan Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbi ilə tanış olublar. Qeyd edilib ki, məktəbli şagirdlər qonaqları əllərində gül dəstələri ilə qarşılayıblar. Məktəb və Mədrəsənin, həmçinin tikililərin hazırki vəziyyəti ilə tanış olan gənclər dövlətin göstərdiyi qayğının canlı şahidi olublar. Diqqət çəkən digər məqam isə bəzi qrumların Cocuqmərcanlıda filiallarının fəaliyyət göstərməsi olub. Burada məqsəd kənd əhalisinin işlə təmin olunmasıdır.

Daha sonra “İrəli” komandası N saylı hərbi hissəyə gedərək ənənəvi olaraq etdiyi kimi təşkilatın ad günü tortunu cəbhə bölgəsində vətənin keşiyində duran əsgərlərimizlə birlikdə kəsib. Hərbi hissə, hərbi silahlarla tanış olub,əsgər yeməyi yeyərək mədəni-əyləncəli proqramı izləyiblər. “İrəli” İB tərəfindən həqiqi hərbi xidmət zamanı fərqlənən əsgərlərə sertifikat və hədiyyələr verilib.

Qeyd edək ki, hərbi hissə tərəfindən daim əsgərlərə göstərdiyi diqqət və qayğıya görə “İrəli” İB N saylı hərbi hissə tərəfindən təşəkkürnamə ilə təltif edilib.
“İrəli” sədri MirHəsən Seyidov çıxışında bildirib ki, “Cənab Prezident bu günə kimi bütün ad günlərini çox sadə, cəbhə bölgəsində, sadə insanlarla bir yerdə keçirib. Bu, dövlət başçımızın dəbdəbədən uzaq, hər zaman sadə insanların yanında olduğunun bariz nümunəsidir. Bu formada keçirilməsi gənclər üçün nümunədir, stimul verir. Məhz elə bu səbəbdən də biz təşkilatın 9-cu ildönümünü həmişə olduğu kimi bu formada etməyi planlaşdırdıq”

Birliyin mətbuat xidmətindən bildirilib ki, 25 dekabr 2017-ci il tarixində ictimaiyyət üçün açıq hesabat konfransı baş tutacaqdır.

Butov.az

“İrəli” 9 illiyinə Cocuq Mərcanlıdan, cəbhədən  başladı


“İrəli” 9 illiyinə Cocuq Mərcanlıdan, cəbhədən  başladı


“İrəli” 9 illiyinə Cocuq Mərcanlıdan, cəbhədən  başladı


“İrəli” 9 illiyinə Cocuq Mərcanlıdan, cəbhədən  başladı


“İrəli” 9 illiyinə Cocuq Mərcanlıdan, cəbhədən  başladı


“İrəli” 9 illiyinə Cocuq Mərcanlıdan, cəbhədən  başladı


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!