Prezident Heydər Əliyevin məzarını ziyarət edib .....                        Ümummilli lider Heydər Əliyevin xatirəsi Kolumbiyada da anılıb .....                        Türkiyə 100 günə 5 ilin yol xəritəsini hazırladı .....                        Heydər Əliyevin anım günüdür .....                        BDU-da Heydər Əliyevin anım mərasimi keçirilib .....                        Türkiyə yeni hərbi dəniz bazası yaradır .....                        Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi .....                        Kiyevdə “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda konfrans keçirilib .....                        Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər .....                       
Tarix : 29-07-2018, 20:30
Azadlıq carçısı


Dərin baxışlar ardında səni qoyub, gedirəm. Bir durna qatarına qoşulub, azad asimanda qanaq çalıram. Sən məndən daha vəfali, daha etibarlısan. Çünki sən məndə də azadsan. Azadlığın hər zərrəsini cismindən duyub, yaşamaq kimi gözəl hiss varmı? Nə arzularla yaşadın? Nə də ki, xəyallarla? Gerçəkliyi axtardın. Atdığın addımları yüz ölçüb bir bilçdin. Mənsə, həyata yenicə addım atmış körpə kimi büdrəyib, yıxıldım. Dizlərim qanadı. Amma heç bir zaman azadlıq duyğusundan vazkeçmədim. Sən ətraf üçün məsləhətlər qəbul edər kən, mən azadlıq üçün yol axtarırdım. Əslinə baxsan sən məndən bir addım irəlidə idin. Amma mən sənə yad və ögey idim. Qəribə xaraktere malik iki yad insan idik. Mən günəşidim. Sən isə ay. Nə qovuşa bildik?! Nə də ki, birləşə?! Mən azadlığı seçdim, sən isə....

Sənin seçim imkanın olmadı axı?! Həyatı sənə kimlərsə seçib, yol göstərdilər. Mən kənardan aciz görünərkən, sən hər kəsin gözündə güclü və qüdrətli idin. Addım atmaq üçün icazə almırdım, sən isə məsləhətlərlə dolu gen bir don geyinmiş kimi ətrafda rahat gəzirdin. Mən asiman ardını düşünərkən, sən isə buranı və sabahı düşünürdün. Düşünməki, səni qınayıram?!. Əsla,buna haqqım çatmaz. Yalnış vaxta rast gəldik. Azadlığımı tapıb, qayıdacam. Bilmirəm, bügun ya sabah. Bilki harada olsam da, çağır məni. Azadlıq! Azadlıq! Səslə. Bu mənə bəs edər. Mən sənə yaxın birisi. Ruhundan keçən hər sözü, cümləni anlaram. Mən səninləyəm. Bütün sadaladığın bu sözləri daxilində gizlətdiyin ruhun sənə söyləyir. Qorxma! Əslində mən sənin daxilində sənin qəlbində, gizlənmiş azad ruhunam. Bu nəfəs sənlə başladı. Və sənlədə bitəcək. Yalnız bir səs səni azadlığa sürükləyəcək. Hür ol! Maneələrdən qorxma! Mən işıqlı sabahların talismanı, doğan günün şəfəqiyəm. Can yoldaşı kimi sarıl mənə. Mən, "Azadlıq carçısıyam" gizlətmə, bağır! Bütün mənəviyyatınla qaranlıq dünyanın məhbusu olmadan, səslə məni. Durna qatarına qoşul o səni istədiyin asimana çatdıracaq. Yetər ki, sən bunu istə....



Günel Ağayeva


Paylaş



Bölmə: Ana seife, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!