Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 11-09-2017, 20:23

İlk yazının gətirdiyi sevinc


Mətbuatda dərc olunan birinci məqaləmi yaxşı xatırlayıram. 2015-ci ildə indi əməkdaşı olduğum "Olimpiya dünyası" qəzetinə yazmışdım. Məktəbimizin idman həyatı haqda. Elə indi də həmin günü xatırlayanda o vaxt yaşadığım sevinc məni öz ağuşuna alır. Üçüncü səhifədə yaşıl fonda "redaksiyamızın poçtundan" başlığı altında verilmişdi. İmza da belə idi: Kənan Novruzov, Nizami rayonu 70 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi. O qədər qəribə və xoş hisslər keçirmişdim ki... Tədricən bu, mənim üçün adi bir hala çevrildi.

Üç ildən sonra təxminən o hissləri yenidən yaşadım. Bu hissi mənə nəinki qrup yoldaşlarım, eləcə də, yaxın ətrafım arasında xətrini çox istədiyim starostamız Fidan yaşatdı. "Bütöv Azərbaycan" qəzəti üçün hər yaşın gözəl və özəl olduğu ilə bağlı bir məqalə yazdı. Əvvəlcə, mənə göndərdi və mən də ilk qələm təcrübəsi olduğunu nəzərə alaraq müsbət rəy söylədim. Çünki, həqiqətən, elə idi. Həm mövzu, həm də dil-üslub xüsusiyyətləri kifayət qədər yaxşı idi. Bir neçə gündən sonra yazı qəzetin saytında işıq üzü gördü. Amma həmin günlər ərzində mənim keçirdiyim narahatçıllığı bir özüm bilirəm, bir də Allah. Görəsən, yazını bəyənmədilər, sayta yerləşdirməyi unutdular və sairə kimi sonunda sual işarəsi olan fikirlər beynimdə bir-birini əvəz edirdi. Onda "Bütöv Azərbaycan" dan cavab gəlmədiyini görərək yazını müəllifdən xəbərsiz "Ədalət" saytına göndərdim. Və nahəyət, növbəti gün təxminən eyni vaxtda hər iki mətbuat orqanından cavab gəldi ki, artıq yazı saytdadır. O qədər sevindim ki...Dərhal ikisinə də baxdım(ilk olaraq hansına baxdığımı unutmuşam). Təqribən 2 min işarəlik bir yazı, əziz qrup yoldaşımın şəkli və imza-Fidan Həbibli(BDU-nun Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi). Gözlərimin sevinc yaşları ilə dolduğunu hiss etdim. Sonra sevincimi mənə bu sevinci yaşadanla bölüşdüm. Elə fürsətdən, bunun üçün mən də öz növbəmdə Ona "çox sağ ol" deyirəm. Soyuqqanlılığını qorumağa çalışaraq təşəkkür etdi. Amma həmin an hansı hissləri keçirdiyini çox yaxşı bilirdim. Əminəm ki, o da öz əzizləri bölüşürdü bu sevinci. Həmişə sevin, Fidan. Sevin və öz sevincinlə səni istəyən hamını, o cümlədən məni sevindir. Müvəffəqiyyətlərin davamlı olsun. Bu yazının sənə uğur gətirməsi arzusu ilə...

İlk yazının gətirdiyi sevinc


Çap olunan ilk yazımdan sonra çox məqalələr, reportajlar, xəbərlər yazmışam, bəzilərini də artıq unutmuşam. Amma "Məktəblilərin idman həyatı" hələ də yaddaşımdadır və əminəm ki, heç vaxt da unutmaram. Çünki ilklər tamam fərqlidi-uzun, kələ-kötürlü yolda atılan ilk addımdır. İnanıram ki, sən bu yolda heç vaxt büdrəməyəcəksən, Fidan və çox illər sonra layiqli bir yerdə qərarlaşacaqsan. Onda keçmişə qayıdıb, məni, 4 illik qrup yoldaşını, onun üçün əziz və doğma insana çevrilmiş müavinini, kolleqanı (gələcək kolleqanı) xatırlayarsan.
Yazmaqda davam elə...
P.S: İlk dəfədir ki, hansısa yazımı Kənan Vüqaroğlu imzası ilə yazıram. Qoy mənim də bu ilkim Fidanın bir ilki ilə bağlı olsun.

Kənan Vüqaroğlu


Paylaş



Bölmə: Ana seife / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!