Novruz Məmmədov bu qərarları ləğv etdi .....                        Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI .....                        Xalq artisti Hacı İsmayılovun 75 illiyi qeyd olunub .....                        Bu gün güclü külək əsəcək .....                        Tarif Şurasının katibliyi kreditorlara müraciət edib .....                        AŞPA Mehman Hüseynovun işi üzrə qətnamə qəbulundan imtina edib .....                        Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirdi .....                        Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirildi .....                        Bakı metrosunda küləyin təsirinə məruz qala biləcək qurğular yoxlanılıb .....                       
Tarix : 20-12-2018, 11:11
“İNSAN bu, su misalı...”

İnanmıram və ya da ki, etiraf edirəm, bilmirəm, 1939-cu ilin Azərbaycan jurnalistikasına, daha doğrusu, jurnalistikada müəllimliyə O-ndan böyük hədiyyəsi, töhfəsi olsun! Bəlkə də Azərbaycan xalqı qarşısında o üzüqara 30-cu illərin lap sonuncusunda İlahi xatırlamağa, dəyərlə yanaşmağa 39-cu ilə lütf göstərib. O illərin zərbələrindən, o illərdə dünyaya gəlib zülm çəkənlərdən inanmıram ki, həm də etiraf edirəm, bilmirəm, bu günə qədər Akif müəllim kimi diri biri gəlib çıxıb – vurğulayıram ha: jurnalistikada! Bəlkə də ayrı sahələrdə o illərin adamları birtəhər-bircür "mooqe” bildirməmək bicliyi işlədiblər, amma və lakin... jurnalistika elə fəaliyyət və elm sahəsi olub, elə sahədi ki, adamdan "mooqe” tələb edir...lər!
1939-cu ildən kəsinliklə adlayaq 1985-ci ilə, yəni Akif Rüstəmovu tanıdığım ilə. Onda mənim qəbul olunduğum jurnalistika fakültəsində Akif Rüstəmov bizim qrupa – 1018 - xarici ölkələr jurnalistkasından dərs deyirdi.
Akif müəllimin xətrinə oxuyacaqsınız deyə, sui-istifadə edərək Sizi əziyyətə salıb bir ekskurs edəcəm o illərə. Deməli, belə:
“İNSAN bu, su misalı...”

Mənimlə bir qrupda oxuyan tələbə yoldaşlarım üçün hesab edin ki, biclik bilməyən, hazır "prikol” kənd uşağıyam, kim istəsə "hədəfə” götürə bilər, əslində isə, sadəlövhdən də sadəlövh kənd uşağı. Bir orasını da deyim ki, bəlkə də jurnalistika fakültəsinin digər qruplarında elə biri olmayıb ki, 1018 qədər doğma və dost olsunlar. Mənim özümü həddən artıq sadə aparmağıma "Dayı” dediyim, onda 28, indi yaşı 60-ı keçən Tamxil Ziyəddinoğlu sözarası qayıtdı ki, bacoğlu, bir az ciddi ol. Qayıtdım ki, Dayı, hansı keyfiyyətlərimin üstünlüyünə görə özümü ciddi aparmalıyam? Jurnalistika fakültəsində oxuyuram? Bəs qalan 23 nəfər harda oxuyur? Savadıma görə? Bəs o birilərindən hansı savadsızdı ki? Yoxsa yaşıma görə? Biri sənsən, dayımdan da böyüksən! O biriləri də həmçinin!
Və mən o qrupda cəmi bir nəfər istisna olmaqla, heç kimdən bədgüman olmadığımı bildirdim, yalnız onunla tikanlı-atmacalı danışırdım – xarakteri beləydi ki, zəhərli replikaları olurdu, mən də hər dəfəsində iynələyirdim. "Malçişka”lığımın bir məqamıyla keçim əsas məsələyə. 1986-cı ildə hərbi xidmətə getməliydim və mən bir... "xatirə dəftəri” açdım – "gülməlisən qah-qah”, eləmi?
Maraqlı olanı oydu ki, hamı ürək sözlərini yazdı, tək o birnəfərdən başqa. Onun üçün ayılmış səhifədə belə bir qeyd yazdım: "Bu adam Azərbaycan KP MK LKGİ-nin ikinci katibi kimi görür özünü və fikirləşir ki, Aydın Canıyev haçansa bu "xatirə dəftəri” ilə onun yanına gələ bilər, onunla oxuduğunu bəyan edər”.
Məni Biləcəri çağırış məntəqəsinə yola salanacan (day başına həmin gün nə oyun açmışam, bir Allah bilir) dayılıq edən Tamxil Ziyəddinoğluna düşündüklərimi, "istisna” qrup yoldaşımız haqqında fikirlərimi çatdırandan sonra bildirdi ki, sən heç göründüyün və qənaətimizdə olduğun qədər "sadəlövh” deyilmişsən – çünki etiraf etmişdim: "Səni görəndə jurnalistikaya qəbul olunmağıma görə utandım, Dayı”, üstəlik də "detektiv” qrup yoldaşımızın ilboyu axtarışda olub cavab tapa bilmədiyi sualların cavabını heç vaxt belə çabalarda bulunmayan Tamxilə özüm demişdim!
Bu zəruri ekskursu çatdırmaqda məqsədim həm də budu və əminəm də ki, jurnalistikada o illərdə, o illərə qədər oxuyan hər bir məzun təsdiqləyə bilər: Akif müəllim nəhənglərin yanındaydı və özünü ən sadə insan kimi aparırdı!
“İNSAN bu, su misalı...”

O nəhəng müəllimlərin içində ola-ola heç vaxt təkəbbür nümaiş etdirmədi – nəinki tələbələrinin yanında, nəinki el-oba içində, nəinki digər bir məkanda!
Akif Rüstəmov qədər zəhmətkeş, qayğıkeş, diqqətcil ikinci bir müəllim o fakültədə tapmaq, tələbəsiylə "peyğəmbəranə səs tembri”ylə - asta danışan ikinci bir müəllim tapmaq çətindi- digər müəllimlərin də özəllikləri var və bu fikir heç də onların üstünlüklərinə kölgə salmasın, onların ayrı "şarm”ı var! Sosial şəbəkələrdə, illah da fb-də arada görürəm ki, tələbə yoldaşlarımız olur ki, Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Famil Mehdi, Nəsir Əhmədli, Qulu Xəlilov, Əliş Nəbili, Seyfulla Əliyev, Ziynət Əlizadə, Nurəddin Babayev, Yalçın müəllim haqqında "xaric segah”lar oxuyur, kimi qəbula sənəd verməkdən, kimi "5” əvəzinə "4” yazılmasından, kimi semestrlərdə əlaçılıqdan salınmasından yana "ədalətsizlik serenadası”nı yapır, amma heç bir halda bu tip gileylər və "haqlı iradlar” Akif Rüstəmovun ünvanına səslənmir!
“İNSAN bu, su misalı...”

1034-cü QRUP
Akif Rüstəmovun MÜƏLLİM olaraq, dərs dediyi o birinci kursun o bir semestrində bircə dəfə dərsi danışmağa çağırdığı mən Aydın Canıyevə öyrətdiyini sizin də nəzərinizə çatdırım və bilin ki, Akif müəllim o tip müəllimlərdəndir ki, onun məsləhəti də, iradı da, tövsiyəsi də pedaqogikanını məhək daşıdır: eşitdin, anladın, əməl elədin, qənirsiz olacaqsan!
Akif müəllimin mühazirə zamanı söylədiyi fikirlərin içində yaşımla bağlı mahiyyətinə, fərqinə varmadığım məqamlar olmuşdu və seminarda malalamaqla məşğul idim. Akif müəllim qısa və konkret iradını bildirdi:
- Aydın, bilirik, başa düşürük kapitalistlər kimdi, mətbuata münasibətləri nədi, söyürsən əməlli söy, faktlarla danış, yoxsa belə mızıldama ümumi şəkildə, qarasınca danışma.
O-bu, 33 ildə bircə dəfə də olsun, əlimdə fakt olmadısa, "mızıldamadım”,heç kimi zəif "söymədim”! Az-çox jurnalistikada uğurumun, sözümün sağlığının ilkin səbəbini həmin o iradda görürəm!
Həaytda və jurnalistikada harada oldumsa, Akif müəllimdə gördüyüm o davranışı özümə nümunə bildim: təkəbbürdən uzaq oldum, diqqət və qayğını imkanım daxilində əsirgəmədim – baş redaktoru olduğum qəzetlərdə heç bir həmkarımla özümü rəhbər-işçi çərçvəsində aparmadım.

Təbii ki, sadəliyin və biclikdən uzaqlığın heç də həmişə mükafatı olmur – bu ayrı söhbətdir, ancaq sevindiyim o idi ki, mənim əxlaqından, davranışından nümunə götürdüyüm müəllimlərim olub və onların birincisi də elə Akif Rüstəmovdur!

Akif Rüstəmov həm də ona görə sevimli müəllimlərdəndir ki, tələbəsiylə problemi olmayıbsa da, problemli tələbələrin yanında olub! Onlar üçün qabağa düşüb!
Bakı Dövlət Universitetinin rüşvət ayaq aça bilməyən yeganə fakültəsi jurnalistikada Akif müəllim sərasər 10 il dekan olub və bu 10 ildə inanıram ki, mən də daxil olmaqla, hamı razı qalıb – professor-müəllim heyəti də, tələbə kontingenti də!

Tələbəylə, tədrislə problemli müəllimlərin yaratdığı nou-hauları Akif müəllim gücündən artığını, səlahiyyətindən aşırısını tətbiq etməklə aradan qaldırıb!
... İkinci kursun ikinci semestrində bizə "XIX əsr Azərbaycan ədəbiyyatı"ndan Raifə Həsənzadə adında biri dərs deyirdi! Mənə "2" yazmışdı, baxmayaraq ki, mən həm həvəslə oxuyurdum, həm də "Kommunist" qəzetində işləyirdim. Bu o vaxtlar idi ki, rəhmətlik Şahmar Əkbərzadə də "Azərbaycan gəncləri" qəzetinin şöbə müdirliyindən "Kommunist" qəzetinə müxbir keçmişdi və ondan soruşanda ki, orda şöbə müdiri idin, nə əcəb bura müxbir keçdin, Şahmar müəllim də qayıtdı ki, "Kommunist"in nəinki müxbiri olmaq, hətta kuryeri belə digər qəzetlərin redaktoru olmaqdan şərəflidir! - gözümün və qulağımın şahidiyəm!
Və... Raifə Həsənzadə mənə "2" yazdıqca, bu gün də səcdələrlə rəğbət bəslədiyim, xətrini ən əzizimdən belə çox istədiyim dekan AkifRüstəmov yorulmadan ard-arda 6 (ALTI!!!) "napravleniya" – göndəriş verdi - halbuki ikincisindən sonra "rektor göndərişi" olmalıydı! Rəhmətliklər Tofiq Rüstəmov, Seyfulla Əsədullayev, Əliyar Səfərli nə qədər israr və xahiş eləsələr də, Raifə Həsənzadə qiymət yazmırdı. Raifə Həsənzadənin "Xurşidbanu Natəvan niyə dördüncü dəfə ərə getdi", "Bəlx qazisinin arvadı qapıda ərinə nə dedi" kimi geydirmə sualları ilə məni bezdirəndə kafedranın müəllimləri "Raifə, sən bu uşaqdan nə istəyirsən" soruşanda "özüm bilərəm" deyib "2" yazmaqda davam edirdi...

... Bu gün də jurnalistikanın müəllimlərinə minnətdaram - ikinci kursun ikinci semestrindən sonra dərsə getmədim! Raifə Həsənzadənin sayəsində - nə təhər küsdürmüşdüsə, yalnız Akif Rüstəmovun kişiliyi və mərdliyi sayəsində sonrakı üç kursu adladım, hətta dövlət imtahanından "5" alsam da, ixtisas müəllimim və elmi rəhbərim Mahmud Mahmudovun mərhəməti sayəsində diplom işimi bir il sonra təhvil verdim! 1985-ci ildə qəbul olunduğum S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin tələbəsi kimi adım getsə də, yalnız 1993-cü ildə... sadəcə, BDU məzunu oldum!
Bu gün Azərbaycan mətbuatının iqtidar qanadında jurnalistika fakültəsinin çox az məzunu üzdədir.

Bu gün Azərbaycan mətbuatının mübarizə-müxalifət qanadında ən sanballı imzalar jurnalistika fakültəsinin məzunlarıdır!

Və Azərbaycan mediası bunu jurnalistikanın saf, təmiz müəllimlərinə minnətdarlıqla dəyərləndirməlidir. Xalqla birgə! O müəllimlərin siyahısında Famil Mehdi, Şirməmməd Hüseynov, Nəsir Əhmədli öndədirsə, mütləq orada Akif Rüstəmovun da adı var!
1985-ci ildəki ilk qrupumda və 1988-ci ildə davam etdiyim sonrakı qrupda qənaətim buydu ki, bizim bu uşaqların içində əclaf, sözə xəyanət edən, müəllimlərinin zəhmətini yerə vuran karyerist ya bir olar, ya iki.
Həyat mənim qənaətimi təsdiqlədi!
1985-ci ildən tanıdığım müəllimlərin içində isə... MÜƏLLİM VƏ İNSAN mövqeyini heç vaxt dəyişməyəcək, vəzifənin yaltağa çevirə bilməyəcəyi iki müəllim olubsa, onun birinin adı Akif Rüstəmovdur, - qənaətim də təsdiqlənib!
Bu gün sevinirəm ki, Akif müəllim belə gözəl ömrün sahibi kimi 80 yaşa adlayır!
İnsanlar fiziki olaraq yaşadığı illər qədər həyatda olur, ancaq hər bir insanın şansı var ki, ömründən artıq bir ömür də yaşasın! Bunu hər kəs bacarmasa da, Akif Rüstəmov bacaranlardan oldu!
Həyatda Akif müəllimi mənə sevdirən daha bir "izyuminka” var: onu hər kəs tərifləmir, təbrik etmir - əclafa, namərdə, nakişiyə, nadürüstə heç vaxt onu öydürəcək addım atmayıb! Yəni ən azı bu o deməkdir ki, böyür-başında buqələmuna, karyeristə, nadana görünmək şansı verməyib!
Akif Rüstəmovun 80 yaşa bu cür adlamasının ən gözəl tərifi məşhur bir şeir ola bilər, Bircə misrasıyla:
İNSAN bu... SU MİSALI!
YAZIYA SÖZARDI: Mən böyük məmnunyyətlə Ağdamın azadlığı uğrunda döyüşərdim! Ölməyimə belə "uf” deməzdim: Təki Akif müəllim onu bizə hədiyyə edən doğma torpağında nəvələriylə rahat gəzsin. Bir var adına "vətən” deyib torpaq üçün öləsən, bir də var Oğulun torpağı vətən etdiyini görüb uğrunda döyüşəsən! Akif Rüstəmov Ağdamın o saysız-hesabsız Oğullarındandır ki, xətirləri Vətən boydadır!
Ayrı vaxtları deyə bilmərəm, amma mənim qəbul olunduğum ildə "jurnalistikanın dominantları” Ağdamın böyük oğulları idi: Seyfulla Əliyev, Famil Mehdi, Akif Rüstəmov, Cahangir Məmmədli. Qrupda da dörd ağdamlımız vardı: Vahid Qazi, İsmət Hacıyeva, , Rəsmiyyə Rzayeva və Hikmət.
Bu, ayrıca yazının mövzusudur, indilik isə, deyim ki, Ağdamlı olmaq və bu ada layiq yaşamaq bir brenddir! Brendə çevirənlərdən biri də Akif Rüstəmovdur – adını və özünü son nəfəsiməcən səcdələrlə xatırlayacağım müəllimim və dekanım!
“İNSAN bu, su misalı...”


Paylaş



Bölmə: Mədəniyyət, Karusel, Manşet, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!