“Güllə səsinə açılan qapı” kitabı işıq üzü gördü .....                        Leyla Əliyeva beynəlxalq elmi konfransda .....                        Prezident Agentliyin əməkdaşlarını təbrik etdi .....                        Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək .....                        Yeni tikiləcək yolların adları açıqlandı .....                        “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında xarici dillərdə məqalələr yaradılıb .....                        Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib .....                        Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilib .....                        MEK Beynəlxalq “Metafizika” Mərkəzinə kitablar hədiyyə edib .....                       
Tarix : 26-03-2016, 19:11
QƏYYUR YUNUSUN RƏNGLƏR DÜNYASI


XALQ RƏSSAMI QƏYYUR YUNUSUN RƏNGLƏR DÜNYASI

Rəssamlıq fitri istedad tələb edən sənətdir. Bu sənəti fəth edənlər həyatın enişli-yoxuşlu yollarından keçirlər. Rəssam dedikdə ağ kətan üzərində xariqələr yaradan insanlar göz önündə canlanır. Bir anlığa düşünək ki, ətrafımızda bizə adi görünənlərin rəsmini çəkmək asan deyil. Çünki o adiliyin dilini açmaq, cızma-qarasını etmək yaradıcılıq və müəyyən zaman tələb edir. Bu sahənin əsl biliciləri isə rəssamlardır. Rəssamlar bizim gördüklərimizdən fərqli olaraq ətrafa, təbiətə daha fərqli baxmağı bacaran insanlardır. O rəssamlar ki, zəngin təxəyyülü ilə çəkdiklərini rənglərin diliylə solmağa qoymayıb, əbədiləşdirməyi bacarırlar. Azərbaycan rəssamlıq məktəbinin tarixi də qədimdir. Rəssamlıq məktəbinin layiqli davamçılarından olan Əzim Əzimzadə, Böyükağa Mirzəzadə, Hüseyn Əliyev, Elbəy Rzaquliyev, Elmira Şahtaxtinskaya, Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Qəzənfər Xalıqov, Toğrul Nərimanbəyov və Tahir Salahov bir sənətdə - rəssamlıq sənətində ucalıblar. Sevindirici haldır ki, bu gün də rəssamlıq sənətində zirvələr fəth edən istedadlı fırça ustaları vardır. Onlardan biri də xalq rəssamı Qəyyur Yunusdur. Qəyyur Habil oğlu Yunus 1948-ci il martın 26-da Bakının Əmircan kəndində doğulub. O, hələ uşaqlıq illərindən rəssamlıq sənətinə böyük həvəs göstərib. Qəyyur Yunus orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində, 1971-1977-ci illərdə isə Tiflis Rəssamlıq Akademiyasında təhsil alıb.
QƏYYUR YUNUSUN RƏNGLƏR DÜNYASI

O, 1980-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 1995-ci ildə “Humay” mükafatına layiq görülüb.1988-ci ildən etibarən fərdi sərgisi Bakıda, Alma-Atıda, Londonda və digər şəhərlərdə təşkil olunub. Qəyyur Yunusun Moskvada Şərq Xalqları İncəsənəti Dövlət Muzeyindəki sərgisi isə “Gizli və görünən” devizi altında keçirilib. Qəyyur Yunusa 2002-ci il mayın 30-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar rəssam”, 2015-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Xalq rəssamı” fəxri adı verilib. Bu gün Qəyyur Yunusun çəkdiyi rəsm əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Tbilisi
QƏYYUR YUNUSUN RƏNGLƏR DÜNYASI

Xalqlar Dostluğu Muzeyində, Pavlador İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, Moskva Şərq Xalqları İncəsənət Muzeyində, Fransa Loranjeri Qalereyasında, Nyu-Yorkda D.Rokfellerin şəxsi kolleksiyasında saxlanılır. Qəyyur Yunusu xoşbəxt rəssam da adlandırmaq olar. Hələ uşaqlıq illərində doğulduğu Əmircan kəndində yaxın qohumu Səttar Bəhlulzadənin emalatxanasına gələrək onun necə böyük ustalıqla rəsmlər çəkdiklərini gözləri ilə görüb. Tələbə ikən Azərbaycanın təbiət gözəlliklərini Səttar Bəhlulzadə ilə birgə seyr etmək də onun qismətinə yazılıb. Qəyyur Yunus böyük ustadla yol-yoldaşı, qəlb sirdaşı olarkən, onun nəsihətlərini də eşidib. Belə unudulmaz günlərin birində dahi rəssam Səttar Bəhlulzadə gənc Qəyyurun rəssamlığa olan məhəbbətini yüksək dəyərləndirərək, “həmişə sənətin yüksək zirvələrinə doğru əsərlər yaratmaq üçün çalış” deyir. Qəyyur Yunus ötən əsrin 70-ci illərindən rəssamlıq sənətində uğurlara imza atır.
QƏYYUR YUNUSUN RƏNGLƏR DÜNYASI

Belə ki, Qəyyur Yunus 1972-ci ildən ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, İngiltərə, Norveç, Finlandiya, Danimarka, Hollandiya, Suriya, Polşa, Əlcəzair və İranda təşkil olunan sərgilərdə iştirak edir. Xalq rəssamı Qəyyur Yunusu rənglərin dilini bilən rəssam da adlandırmaq olar. Tamaşaçı onun “Səhrada işıq”, “Müqəddəs Kəbə”, “Zikir”, “Dörd mələk”, “Mifolohi natürmort”, “Üfiqi həyat”, “Sarı xətli kompazisiya”, “Heyran xanım”, “Yeni məkan”, “Zamanın əhatəsində” və s tablolarına baxarkən dərin düşüncələrə qərq olur. Qəyyur Yunusun yaratdığı bu tablolarda sufizm, Şərq fəlsəfəsi, İslami əxlaq, Allah sevgisi, ana və övlad məhəbbəti hakimdir. Elə bil ki, Qəyyur Yunusun əsərlərinin qəhrəmanları sanki tamaşaçı ilə ünsiyyət qurmağa çalışırlar. Qəyyur Yunusun boyakarlıq, qrafika janrlarında çəkdiyi bütün əsərlər bənzərsiz sənət inciləridir. Çünki bu qiymətli sənət əsərlərinin arxasında Qəyyur Yunusun zəngin təxəyyülü, böyük qəlbi dayanır. Bir sözlə sənət baxımından xalq rəssamı Qəyyur Yunusun öz yolu, öx dəsti-xətti vardır. Rəssam Qəyyur Yunusun doğma yurduna, xalqına bağlılığını müəllifi olduğu “Bakı”, “Abşeron axşamı”, “Ağcabədi mənzərəsi”, “Bakı küləyi”, “Xəzərin sahilində”, “Şuşa qalası haqqında əfsanə”, “Qədim Xilə”, “Göygöldə”, “Əmircan”, “Mərdəkan mənzərəsi”, “Bülbülədə şor qırağı”, “Zirə bağlarında” tablolarında aydın görmək mümkündür. Hazırda xalq rəssamı Qəyyur Yunus “Xəzər gözəli” əsəri üzərində işləyir.
QƏYYUR YUNUSUN RƏNGLƏR DÜNYASI

Xalq rəssamı Qəyyur Yunusun bu gün doğum günü baharın ilk gəlişi gününə təsadüf edir. Doğum günündə istedadlı fırça ustası Qəyyur Yunusa Uca Yaradandan can sağlığı, uzun ömür, xoşbəxtlik və böyük yaradıcılıq uğurları arzulayırıq!
QƏYYUR YUNUSUN RƏNGLƏR DÜNYASI

Təranə CƏBİYEVA


Paylaş



Bölmə: Mədəniyyət, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!