Sulu qar, qar yağır .....                        Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO .....                        Tehranda heç bir səfirlik bağlanmayıb - İran XİN .....                        Karapetyan ev dustaqlığına köçürüldü .....                        Suriya ordusu strateji Fərat bəndini ələ keçirdi .....                        Avtomobil və motosiklet oğurlayan şəxslər saxlanıldılar .....                        Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi .....                        Sabunçuda 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı .....                        İraqın XİN başçısı İrana getdi .....                       
15-01-2026, 17:32
Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR


Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı il aprelin 1-dək veriləcək.
Əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.
15-01-2026, 17:13
Kəpənək xəstəliyi ilə mübarizəyə 1,3 milyon vəsait ayrıldı


Kəpənək xəstəliyi ilə mübarizəyə 1,3 milyon vəsait ayrıldı

Nadir dəri xəstəlikləri ilə mübarizə üçün 1,3 milyon manatlıq satınalma elan edilib.
Səhiyyə sahəsində sosial layihələrin icrası çərçivəsində "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi (PHŞ) yeni tender elan edib.
Satınalma ixtioz və bullyoz epidermoliz (kəpənək xəstəliyi) kimi ağır və nadir rast gəlinən dəri xəstəliklərindən əziyyət çəkən şəxslərin tibbi vasitələrlə təmin olunmasını nəzərdə tutur.
Bunun üçün 1.383.472,28 azn ayrılıb. Vəsait xüsusi qulluq tələb edən xəstələrin müalicə prosesinin effektivliyinin təmin olunmasına yönəldilib.
14-01-2026, 15:26
Nazirlik bəzi dərmanlarla bağlı əhaliyə çağırış etdi


Nazirlik bəzi dərmanlarla bağlı əhaliyə çağırış etdi

"İnternet üzərindən alınan dərmanların mənşəyi məlum olmur. Bu məhsullar, əsasən, bioloji aktiv əlavələrdir və dünyanın heç bir ölkəsində rəsmi olaraq dərman kimi qəbul edilmir".
Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Nahid Məhərrəmov deyib.
O bildirib ki, həkim məsləhəti olmadan hər hansı dərman və ya əlavə qəbul etmək düzgün deyil:
“Bu cür hallar bu gün kifayət qədər geniş yayılıb və ciddi narahatlıq doğurur. İnternetdən əldə edilən preparatlardan istifadə risklidir və sağlamlıq üçün təhlükə yarada bilər. İnsanlar bəzən “immuniteti gücləndirən” adı altında müxtəlif vasitələr alırlar. Halbuki hazırda dünyada immunitet sistemini birbaşa və möcüzəvi şəkildə “qaldıran” konkret dərman mövcud deyil. Bu səbəbdən bu məsələyə ciddi yanaşmaq və yalnız həkim tövsiyəsi əsasında müalicə vasitələri qəbul etmək vacibdir”.
8-01-2026, 18:01
"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ


"Bu hallarda mütləq həkimə müraciət olunmalıdır" - TƏBİB-dən XƏBƏRDARLIQ

Artan respirator infeksiya və qrip epidemiyaları fonunda yetərli sayda çarpayı ehtiyatı var.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, xəstəliyə yoluxan şəxslərin ilkin səhiyyə xidməti həkimlərin müşahidəsi altında olur və müalicələrini evdə davam etdirirlər. Buna baxmayaraq, ağırlaşma halları olan zaman pasiyentlərin hospitalizasiyası üçün TƏBİB tabeliyində olan tibb müəssisələrinin Yoluxucu xəstəliklər şöbələri fəaliyyət göstərir və yetərli sayda çarpayı ehtiyatı mövcuddur.
"Virusun simptomlarına hərarət, burun axıntısı və tutulması, boğaz ağrısı, öskürək, halsızlıq, baş ağrısı, bəzən isə ürəkbulanma, qusma aiddir. Yüksək temperatur 5-7 gündən çox davam etdikdə, həmçinin hərarətsalıcı dərmanlara tabe olmadıqda, kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, oksigen saturasiyasının, arterial təyziqin aşağı düşməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması davam etdikdə, mütləq həkimə müraciət olunmalıdır", - məlumatda qeyd olunub.
6-01-2026, 18:03
Dekabrda 894 nəfər COVID19-dan ölüb


Dekabrda 894 nəfər COVID19-dan ölüb

COVID19 virusundan dünya üzrə ölüm hallarının yeni statistikası məlum olub.
Bu barədə ÜST-nin son statistikasında qeyd olunub.
Son statistikaya görə, COVID19-dan dünya üzrə son bir ayda 894 ölüm halı baş verib. Bu da əvvəlki ayla müqaisədə 409 nəfər azalma deməkdir.
Bu ölümlərin 697-si ABŞ-nin payına düşüb.
Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Hindistan və bir çox ölkələrdə ölümlə bağlı son statistik göstərici isə dəyişməyib. Bu da son bir ayda bu ölkələrdə COVID19-dan ölüm halının baş verməməsi deməkdir.
Qeyd edək ki, bu ölüm halları 37 ölkədən ÜST-na bildirilən rəqəmlərdir.
5-01-2026, 15:02
Səhiyyə işçilərinin maaşına əlavələrlə bağlı YENİLİK


Səhiyyə işçilərinin maaşına əlavələrlə bağlı YENİLİK

"Əmək və Məşğulluq" altsistemində (ƏMAS) büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi ilə bağlı qanunvericiliyin tələblərinin icrasını təmin edən yeni funksionallıq tətbiq edilib.
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Belə ki, əmək müqavilələri ƏMAS-a daxil edilərkən ağır əmək şəraitində çalışan səhiyyə işçilərinin əməkhaqqılarına qanunvericilikdə nəzərdə tutulmuş müvafiq əlavələrin daxil edilməsi mümkün olur.
Eyni zamanda, yeni imkan ƏMAS-da məlumatların daha dəqiq formalaşdırılmasına və əmək münasibətlərinin rəqəmsal mühitdə effektiv idarə olunmasına şərait yaradır.
30-12-2025, 14:35
Bir qrup dərmanın qiyməti tənzimlənib


Bir qrup dərmanın qiyməti tənzimlənib

Bir qrup dərmanın qiyməti tənzimlənib.
Tarif Şurasından verilən xəbərə görə, Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
29-12-2025, 16:50
Baş Prokurorluqdan Vüqar Ələkbərovla bağlı açıqlama


Baş Prokurorluqdan Vüqar Ələkbərovla bağlı açıqlama

Plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan verilən şikayət üzrə araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.
“Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”, - qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkədə plastik cərrah Vüqar Ələkbərovun icra etdiyi əməliyyatdan sonra pasiyentin bədəninin çürüməsi ilə bağlı məlumatlar yayılıb.
24-12-2025, 15:31
Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun


Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi - Peyvənd vurun[b][/b]

Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış mövsümündə rast gəlsə də, yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir.
Bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayımda nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, infeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir: “Bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir”.
Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıdan qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər: “Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur”.
Təyyar Eyvazov qeyd edib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz: “Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar”.
19-12-2025, 14:33
Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB


Xəstələrlə təmas qurmayan həkimlərlə bağlı tədbirlər görüləcək - TƏBİB

“Ay ərzində xəstələrlə heç bir təmas qurmayan həkimlər var və bu hallarla bağlı müvafiq tədbirlər görüləcək”.
Bu fikirləri TƏBİB-in sədri Vüqar Qurbanov hesabat brifinqində səsləndirib.
Onun sözlərinə görə, problemin əsas səbəblərindən biri bəzi həkimlərin peşə hazırlığı və savad səviyyəsi ilə bağlıdır. Sədr qeyd edib ki, oxşar hallar əvvəllər stomatoloqlar arasında da aşkarlanıb və həmin vaxt müvafiq tədbirlər görülüb.
Vüqar Qurbanov əlavə edib ki, hazırda səhiyyə müəssisələrində həkimlərin optimallaşdırılması prosesi də başlanacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!