Əraqçı ABŞ və İsrailin siyasətini sərt tənqid edib .....                        İsrail–Livan danışıqları Vaşinqtonda keçiriləcək .....                        Tramp: "İranla razılaşma ilə bağlı çox nikbinəm" .....                        Rumıniya ABŞ-dən icazə istəyir: Azərbaycan nefti emal oluna bilər .....                        Tramp Netanyahudan xahiş etdi .....                        Netanyahu Livanla birbaşa danışıqlara başlamağı tapşırdı .....                        Fidan: "İsrailin siyasəti ilə sülh mümkün olmayacaq" .....                        Cənubi Koreya İrana xüsusi nümayəndə göndərir .....                        Azərbaycanla Litva arasında dostluq əlaqələrinin inkişafı müzakirə olunub .....                       
6-04-2026, 12:23
Bu şəxslərin maaşları arta bilər - Deputat AÇIQLADI


Bu şəxslərin maaşları arta bilər - Deputat AÇIQLADI

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünki iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Yeni dəyişikliklərə əsasən, işəgötürənin vəzifələrini nəzərdə tutan maddə təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyənləşdirilir.
Eyni zamanda Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur.
Deputat Vüqar Bayramov bu dəyişikliyi şərh edib.
O bildirib ki, yeni dəyişiklik qadınlar ilə kişilərin maaş fərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır:
"Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əmək haqqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada 80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur, Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusən mədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsir göstərir.
Bununla belə, qanunvericiliyə təklif edilən yeni dəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarında artımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər və işəgötürənlər üçün vəziflələri daha da dəqiqləşir. Bu isə qadınlar ilə kişilərin orta əmək haqqları arasındakı fərqin daha da azalmasına gətirib çıxaracaq".
5-04-2026, 19:31
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev su basmış ərazilərdə sakinlərlə görüşdü


Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev su basmış ərazilərdə sakinlərlə görüşdü

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, ADSEA-nın Regional Su Meliorasiya PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyev, aidiyyatı qurum rəhbərləri rayon ərazisində su basmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub. RİH başçısı fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə maraqlanıb. Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində işə salınıb.

RİH başçısı o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Subasmanın fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqmətində əlavə nasosların cəlb olunması və digər lazimi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib. Görüşlərdə subasmaların qarşısını alınması məqsədi ilə qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı aidiyyatı üzrə tapşırıqların verildiyi, müvafiq işlərin yaxın zamanlarda görüləcəyi bildirilib.

Qeyd edək ki, hazırda rayonun subasmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron RİH, yerli bələdiyyələr, FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərməkdədir.






3-04-2026, 17:45
Abşeronda Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri ilə görüş keçirilib


Abşeronda Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri ilə görüş keçirilib


Abşeron Rayon İcra Hakimiyyətində Aprel döyüşlərində şəhidlik zirvəsinə yüksələn qəhrəman igidlərimizin ailələri ilə görüş keçirilib. Görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Rauf İbadovun atası Məhərrəm İbadov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi, Abşeron rayonu üzrə nümayəndə, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova, RİH-in rəhbər şəxsləri iştirak etmişlər.

Görüşdə Abdin Fərzəliyev bildirib ki, Vətən Müharibəsindən əvvəl Ermənistan tərəfi dəfələrlə atəşkəsi pozmuş və müxtəlif vaxtlarda hərbi təxribatlar törədiblər, lakin bu təxribatların qarşısı ordumuz tərəfindən hər zaman qarşısı layiqincə alınmışdır. Növbəti belə təxribatlardan birininin də 2016-cı il aprelin əvvəllərində müşahidə olunduğunu, lakin Azərbaycan Ordusunun layiqli cavabı və əks-həmləsi ilə düşmənin darmadağın edildiyini vurğulayan RİH başçısının sözlərinə görə, bu döyüş Qarabağ müharibəsində dönüş nöqtəsi olmuş və beləliklə də ordumuzun gücünü nəinki qarşı tərəf, eyni zamanda bütün dünya görüb.

Qeyd edilib ki, tarixə “Aprel döyüşləri” kimi düşən və Azərbaycan Ordusunun mütləq qələbəsi ilə nəticələnən döyüşün sonunda Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub. Əsgərlərimiz bu döyüşlə cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında yaratdıqları mifləri və uydurmaları alt-üst etməyi bacarıb və bununla da Qarabağa böyük qayıdışın əsası qoyulub.

RİH başçısı qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və düşünülmüş qərarları ilə, o cümlədən “Dəmir yumruq” ətrafında birləşən ordumuzun şücaəti və qəhrəmanlığı ilə 44 gün davam edən Vətən Müharibəsində xalqımız qalib gələrək işğal altında olan torpaqlarımızı tamamilə azad edib. Bununla da Qarabağa yenidən həyatın və yaşamın qayıtdığını vurğulayan A.Fərzəliyev əlavə edib ki, bundan sonra da vətənimizə qarşı hər hansı bir silahlı təxribat baş verəcəyi təqdirdə ordumuz bütün hərbi müdaxilələri yerindəcə məhv etməyə qadir və hazırdır.

Respublikamızın bütün ərazilərində olduğu kimi, Abşeron rayonunda da yaşayan şəhid ailələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını daim hiss etdiklərini vurğulayan RİH başçısı şəhid ailələrinin qayğıları ilə maraqlanıb.
3-04-2026, 14:24
"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır


"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də məqsədyönlü işlər aparılır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rəqəmsal dövlət xidmətlərinin vahid mərkəzləşdirilmiş sistemə keçidi məqsədilə görülən tədbirlər çərçivəsində Nazirlik “e-Sosial” mobil tətbiqi üzərindən göstərdiyi rəqəmsal xidmətlərini “mygov” platformasına inteqrasiya prosesini bitirmək üzrədir.
Proses bu ayın sonunadək tam yekunlaşacaq və mayın 1-dən “e-Sosial” tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq.
Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi e-xidmətləri “mygov” platformasına inteqrasiya edilən ilk dövlət qurumu olub.
Eyni zamanda quruma aid rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması üçün və bu xidmətlərin artıq mərkəzləşdirilmiş şəkildə vahid platformadan - “mygov” platformasından təqdim edildiyi nəzərə alınmaqla “e-Sosial” mobil tətbiqi fəaliyyətini dayandırır.
Qeyd edək ki, dövlət idarəçiliyində rəqəmsallaşma prosesini ən geniş tətbiq edən qurumlardan biri olan Nazirlik son illərdə xidmətlərinin 90 faizdən çoxunu rəqəmsallaşdırıb.
Eləcə də bu xidmətlərin 50-dən çoxunu proaktivləşdirib, habelə informasiya sistemlərini Hökumət Buludu (G-cloud) infrastrukturuna köçürən ilk dövlət qurumu olub.
20-03-2026, 15:33
İmişlidə Novruzun rəngi, ruhu və sənət nəfəsi – möhtəşəm bayram tədbiri.

İmişlidə Novruzun rəngi, ruhu və

sənət nəfəsi – möhtəşəm bayram

tədbiri.


19 mart 2025-ci il tarixində İmişli şəhərində fəaliyyət göstərən Diferensial Təhsil Tədris Mərkəzində əsl bayram ab-havası yaşandı. Mirvarid Dilbazi Poeziya Məclisi İB və Diferensial Təhsil Tədris Mərkəzi-nin birgə təşkilatçılığı ilə keçirilən Novruz bayramı konserti və rəssam Gülnarə Məmmədovanın “Bahar ətrili” sərgisi tədbir iştirakçılarına unudulmaz anlar yaşatdı.

Tədbirə rayon ictimaiyyəti, müəllim və şagird kollektivi böyük maraqla qatıldı. Bayramın ruhunu daha da zənginləşdirən məqamlardan biri isə milli irsimizin təbliği oldu. Xüsusilə Kəlağayı Muzeyinin eksponatlarının nümayişi milli geyimlərimizin və adət-ənənələrimizin qorunmasına diqqəti bir daha ön plana çıxardı.

Tədbiri Güllü Tomarlı açıq elan etdi. İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Dövlət Himni səsləndirildi. Tədbirin aparıcısı kimi çıxış edən Güllü Eldar Tomarlı Diferensial Təhsil Tədris Mərkəzinin uğurlu fəaliyyəti, milli dəyərlərin təbliği istiqamətində görülən işlər və rəssam Gülnarə Məmmədovanın əsərlərinin məzmunundan bəhs etdi.

Daha sonra Tədris Mərkəzinin təsisçisi və direktoru Elşən Şəmmədli qonaqları salamlayaraq Novruz bayramı münasibətilə təbriklərini çatdırdı. O, çıxışında gənc nəslə milli-mənəvi dəyərlərin aşılanmasının əhəmiyyətindən, mərkəzdə təhsil alan şagirdlərin uğurlarından və müəllim kollektivinin peşəkarlığından bəhs etdi.

Tədbirdə çıxış edən İmişli rayon Mədəniyyət idarəsinin rəisi Nazim Əzimov, "Xalq sözü" qəzetinin redaktoru Nizami As lanoğlu, rayon ağsaqqallarından Hüseyn Minbaşıoğlu, Seyid Rza, Murad Seyidov, rəssam Behbud Səfərov, və Təranə Qasımova öz təbriklərini çatdıraraq bu cür tədbirlərin milli dəyərlərin yaşadılmasında mühüm rol oynadığını vurğuladılar.

Gecənin ən təsirli məqamlarından biri görkəmli xanəndə Vahid Əliyevin çıxışı oldu.öz gözəl ifaları ilə muğamın sehrinə iştirakçıları heyran edən yaşlı xanəndə maraqlı çıxışları ilə xoş ovqat yaratdı. Azərbaycanın əməkdar jurnalisti, şair Avdı Qoşqarın çıxışı isə tədbirin digər ən təsirli məqamı oldu. O, gənclərə dəyərli tövsiyələrini çatdıraraq öz şeirləri ilə tədbirə xüsusi rəng qatdı.
Şair Birliyant Atəşin poetik çıxışı da qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
Konsert proqramı bir-birindən rəngarəng musiqi nömrələri ilə yadda qaldı. Müğənnilər Natiq İmanov, Tural Əliyev, Röyal İmişli , saz ifaçıları Anar Xudiyev və Tunar Əzizov, Elgün İbrahimov və Tunar Məmmədov çıxışları ilə iştirakçıların zövqünü oxşadılar. Konsertə əsl bayram əhval-ruhiyyəsi bəxş etdilər.

Tədbirin ən maraqlı hissələrindən biri isə Diferensial Təhsil Tədris Mərkəzinin istedadlı şagirdlərinin ifasında təqdim olunan Kosa, Keçəl və Bahar qızı obrazları oldu. Bu səhnəciklər Novruzun qədim ənənələrini canlandıraraq tədbirə xüsusi rəng və canlılıq qatdı.
Bu möhtəşəm tədbir bir daha göstərdi ki, milli dəyərlərimizi yaşatmaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. İmişlidə keçirilən bu bayram tədbiri isə həm mədəniyyətin, həm də təhsilin vəhdətinin gözəl nümunəsi kimi yadda qaldı.

Sonda Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri, Mirvarid Dilbazi Poeziya Dərnəyinin rəhbəri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı Diferensial Təhsil Tədris Mərkəzinin direktoru Elşən Şəmmədliyə təşəbbüs və təşkilati dəstək üçün, möhtəşəm sərgi üçün gənc rəssam Gülnarəyə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
17-03-2026, 16:32
Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği


Orta aylıq əməkhaqqı və orta aylıq pensiyanın məbləği

2026-cı ilin 1 mart tarixinə Azərbaycanda orta aylıq əməkhaqqı 1103,8 manat, orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya 632 manat təşkil edib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2018-ci ildən bəri icra olunan 5 sosial islahat paketinin bir istiqaməti olaraq pensiyalarda davamlı artımlara nail olunub. Nəticədə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə əldə edilib.
2018-ci ilə nisbətən orta aylıq pensiya 40,7 faizdən 54 faizə, yaşa görə orta aylıq pensiya 45,8 faizdən 57,2 faizə çatıb.
16-03-2026, 17:17
Sosial müavinət alanlarla bağlı yeni statistika


Sosial müavinət alanlarla bağlı yeni statistika

Ötən il daha 17 min 800 nəfər aylıq sosial müavinət alıb.
Məlumatlara görə, 2024-cü ildə ölkədə 453,3 min nəfər aylıq sosial müavinət alırdısa, bu rəqəm 2025-ci ildə 471,1 min nəfərə yüksəlib.
Qeyd edək ki, 2025-ci ildə 58 min nəfərə və ya ölkə əhalisinin 0,6%-nə birdəfəlik olmaqla, ümumilikdə 529 min nəfərə və ya ölkə əhalisinin 5,2%-nə sosial müavinət ödənilib.
2024-cü ildə 401,4 min nəfər Azərbaycan Respublikası Prezidentinin təqaüdü alırdısa, bu rəqəm 2025-ci ildə 5,2 min nəfər artaraq 406,6 min nəfərə və ya ölkə əhalisinin 4 %-nə qədər yüksəlib.
12-03-2026, 11:15
Sosial müavinətlər və yardımlar sabah ÖDƏNİLƏCƏK


Sosial müavinətlər və yardımlar sabah ÖDƏNİLƏCƏK

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.
11-03-2026, 15:35
Ölkə üzrə pensiyalar tam ödənildi


Ölkə üzrə pensiyalar tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq respublika üzrə mart ayının pensiya ödənişləri qrafikdən əvvəl başa çatdırılıb.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, martın 6-da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Bu ayın müavinət, təqaüd və ünvanlı sosial yardımları da qrafikdən əvvəl olmaqla Novruz və Ramazan bayramlarına qədər ödəniləcək.
16-02-2026, 17:39
Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək


Rayonlar üzrə pensiyalar bu tarixdə veriləcək

Fevralın 13-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fevral ayının pensiyalarının artırmlarla ödənişi baş tutub.
Cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3 faiz artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla verilib.
Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə fevral ayının 20-də həyata keçiriləcək.
Qeyd edək ki, pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara (o cümlədən pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.), yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. Dövlət başçısının Sərəncamı ilə sığortaolunanların fərdi hesablarında 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!