“1918-ci il hadisələri – UNUDULMAYAN TARİX” sənədli filminin təqdimatı olacaq .....                        “Serj Sarqsyanla 5 rayonun qaytarılması haqda razılıq əldə olunmuşdu, Paşinyan onu ləğv etdi” - Aleksandr Dugin .....                        "Tabutu kəm Azərbaycan elmi" .....                        Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj .....                        Tənha qadının bir günü .....                        Şəhid anasından Prezidentə şikayət məktubu .....                        Mətbuat Şurasının İdarə Heyəti Gəncə hadisələrini iclasda müzakirə edib .....                        Tramp Putinlə tək qalmağa israr edib .....                        Dəyanət Osmanlı:"İTİRMƏK QORXUSU" .....                       
Tarix : 13-12-2017, 13:33
Paytaxt sakinləri qəzet oxuyurmu? - Sorğu


Mətbuat hər bir xalqın əsas sütunlarından biridir. XIX əsrin sonları, XX
əsrin əvvəllərindən fərqli olaraq bu gün respublikamızda yüzlərlə qəzet
və jurnal fəaliyyət göstərir. Yəni informasiya dövründə yaşadığımızı da
nəzərə alaraq belə düşünə bilərik ki, insanlar mətbuatdan daha çox
yararlanırlar. Bəs, görəsən, həqiqətən, belədirmi? Və maraqlıdır ki,
oxucular daha çox hansı qəzet və jurnallara müraciət edirlər. Bu sullarla
bağlı Bakı Dövlət Universiteti və Hüseyn Cavid parkı ərazisində şəhər
əhalisi arasında sorğu keçirdik.

Zümrüt Ağabəyova, Bakı Dövlət Universitetinin tələbəsi:
“Demək olar ki,
mətbuatdan istifadə etmirəm. Çünki müasir dövrdə sosial şəbəkələr
mətbuatı üstələyir. Həm də sosial şəbəkələrin imkanları daha genişdir.
Günlük xəbərləri çox rahatlıqla ordan əldən edə bilirəm, elə buna görə
də demək olar ki, qəzet, jurnal oxumuram.”

Mahmud Allazov, Bakı Dövlət Universitetinin Kimya fakültəsinin
müəllimi:
“Mən elm adamıyam. Mətbuatla maraqlanmağa o qədər də
vaxtım olmur. Günümün böyük bir hissəsini məqalələr, kitablar
üzərində işləməklə keçirirəm. Həm də səhhətim çox oxumağa imkan
vermir. Amma onu deyə bilərəm ki, son illərə kimi müntəzəm bədii
ədəbiyyat oxuyurdum.”

Elçin Hüseynov: “Trend.az” saytının əməkdaşı. “Mən özüm də ixtisasca
jurnalistəm. Bəlkə də, buna görə mətbuatla daha yaxınam. Hökumət
xəbərləri ilə bağlı daha çox “Azərbaycan” qəzetini oxuyuram. Bundan
əlavə “Kaspi” və “Azadlıq” da tez-tez müraciət etdiyim mətbuat
orqanlarındandır.”

Günəş Soltanova Bakı Dövlət Universitetinin magistrantı “Atam əvvəllər
“Express” qəzetini oxuyur, krassvordlar həll edirdi. Mənim isə mətbuata
o qədər də həvəsim yoxdur. Düşünürəm ki, qəzet və jurnallar öz
səhifələrində daha çox elmi məqalələrə yer verməlidir ki, insanlar onu oxumaqda daha maraqlı olsunlar. Əgər belə olarsa şəxsən mən
mətbuatla “dostlaşaram”.

Alıyeva Rəqsənə, Elmlər Akademiyasının əməkdaşı: “Demək olar ki,
qəzet oxumuram. Çünki heç buna vaxtım da olar. Mən fizikəm, elmlə
məşğulam. Amma həyat yoldaşım məndən fərqli olaraq dünyada və
ölkədə baş verən ən son hadisələr haqqında məhz gündəlik ictimai-
siyasi qəzetlərdən, məsələn “525-ci qəzet”dən xəbər alır və bir çox
hallarda məni də məlumatlandırır”.


P.S: Müxbirlər tərəfindən paytaxt vətəndaşları arasında bu mövzu ilə
bağlı sorğu davam edəcək. Sorğu keçiriləcək növbəti məkan dənizkənarı
milli parkdır.


Kənan Novruzov
Minayə Zamanova
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!