Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 3-03-2018, 19:11
Hardasan? - SÖZLÜ tələbə


Bunu yaxşı bilirəm ki,
Bir vaxt yadına düşəcəm,
Ən qayğısız zamanlarda,
Beynini məşğul edəcəm.

Əlindəki qalın kitab,
Qəfildən yerə düşəcək,
Vərəqlərin arasından
Həmin o məktub çıxacaq.

Dərhal anlayacaqsan ki,
Köhnə məktub kimdən gəlib,
Onu elə mən yazmışdım,
Üslubumdan biləcəksən.

Uzun-uzadı cümlələr,
Və qeyri-adi xitablar
Səni çox düşündürəcək,
Ürəyini üşüdəcək.

Hər cümləsini oxuyub,
İnanıram, kövrələcəksən
Yazdığım hər bir cümlədə
Bir məna axtaracaqsan.

"Mənə "dostum" deyərdi,
O necə də inanardı"
Düşünəcəksən, yəqin ki,
Məni dərhal anacaqsan.

"Vərəq nə qədər saralıb,
Görəsən, neçə il ötüb
Nə yaxşı ki, ondan mənə
Həç olmasa məktub qalıb.

Hiss olunur ki, yazanda
Yaman əziyyət çəkibdir,
Elə bil ki, nəyi isə
O vaxt deyə bilməyibdir.

Son cümlə yarımçıq qalıb
Axı nə demək istəyib?
Məni çox sevdiyinimi,
Etiraf etmək istəyib?

Ya tamam başqa fikirlə,
O, məktubu sonlandırıb
Qayıtmağım ümidilə,
"Səni gözləyirəm" deyib?"

Fikirli halda, yəqin ki,
Kitabı bağlayacaqsan,
Kitabın üz qabığında
İkimizi tapacaqsan.

Mark Levinin "Hardasan"ı-,
Bax, onu da mən almışdım
Küsdüyümüzün ilk günü
Sənə hədiyyə etmişdim.

İllər ötüb, mən yenə də
Eyni şeyi soruşuram
Mən tək qoyduğun yerdəyəm
Yaxşı, indi sən hardasan?

Kənan Novruz
Butov.az


Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!