Avropa Parlamenti Rumıniya və Bolqarıstanın Şenqen məkanına daxil olması ilə bağlı qətnamə qəbul edib .....                        Bakıda bir ay ərzində 2 mindən çox ağac əkildi .....                        Prezident Heydər Əliyevin məzarını ziyarət edib .....                        Ümummilli lider Heydər Əliyevin xatirəsi Kolumbiyada da anılıb .....                        Türkiyə 100 günə 5 ilin yol xəritəsini hazırladı .....                        Heydər Əliyevin anım günüdür .....                        BDU-da Heydər Əliyevin anım mərasimi keçirilib .....                        Türkiyə yeni hərbi dəniz bazası yaradır .....                        Elçin Quliyev iranlı komandanla razılıq əldə etdi .....                       
Tarix : 17-07-2018, 21:05
 Tənha qadının bir günü


Bu gün də həmişəki adi günlərdən biri idi. Adəti üzrə saat yeddidə oyanan bu qadın artıq təkliyə, yalnızlığa öyrənmişdi. İllərdir ki, həyat yoldaşını itirmişdi, elə təxminən o vaxtdan da güc-bəla ilə, yarı ac, yarı tox böyütdüyü üç uşağı üzünə ar olaraq, hərəsi dünyanın bir tərəfinə getmişdi. Görəsən, nə etmişdi ki, Tanrı ona belə ağır cəza vermişdi? Çox keçmədən onu narahat edən bu fikirləri beynindən qovdu və yerindən qalxıb xalatını geyindi. Hər şeyə rəğmən yaşamaq, Yaradanın verdiyi ömrün hər anında ciyər dolusu nəfəs almaq lazım olduğunu yaxşı bilirdi.

Qapını açıb, bayıra çıxdı. Hava artıq işıqlaşmışdı və təmiz idi. Hamama gedib əl-üzünü yudu, sonra isə yenidən evə qayıtdı.
7 sot heyəti olan kəndin qurtaracağındakı bu evi 15 il əvvəl almışdı əri, yəni ölümündən iki il qabaq. Tək qalandan sonra da daha şəhərdəki evlərinə getmir, elə burada qalırdı. Yenə toyuq-cücə ilə, mal-qarayla, ağaclarla başını qatırdı.

Bütün günü işləyəcəkdi, ona görə də səhər möhkəm yeməli idi. Elə də elədi. Dünəndən qalmış yarım təndir çörəyinin içərisinə yağ, bal, pendir çəkib, yaxşıca yedi. Stolun üzərini təmizlədikdən sonra şükür edib, yenidən həyətə çıxdı. Allah bilir, bir də nə vaxt içəri girəcəkdi. Əvvəlcə hinə baş çəkdi, yeddi toyuqdan beşi yumurta vermişdi, onları ehmallıca götürüb, xüsusi nəzərdə tutduğu qaba qoydu. Sonra da toyuqlara bir az dən töküb, hinin qapısını bağladı. Yaxşı bilirdi ki, vaxt itirmək olmaz, günortaya kimi xeyli iş görməlidir. İnəyin yanına getdi, deyəsən, artıq o da oyanmışdı çünki səsi gəlirdi. Qadının ürəyindən keçdi ki, bircə bu xoşagəlməz "mööö" olmayaydı da.
Hə, inəyin südünü sağmalı idi. Sağdı da. Özü də məharətlə. Bu işi çox sevirdi. Sağ olsun, xeyli süd verdi bu ala-qara inək. Vedrəyə doldurduğu südü də bir qırağa qoydu. Çöldə işləyərkən hər dəqiqə evə keçib, qayıtmağı heç sevmirdi.
Qoyun-quzunu da otlamağa aparmaq lazım idi. Axı onlar da canlıdır. Nə isə yeməlidirlər. Həm də yeməsələr ət-qana gəlməzlər. Qapıya söykədiyi çubuğu götürdü, sonra da darvazanı açdı. Sahibsiz yan həyətə girib, quzuları qorxutmadan, bir-bir çıxardı. Hamısını qabağına qatıb yavaş-yavaş otluq sahəyə apardı. Sonra da deyirlər ki, qoyun otarmaq kişi işidir. Ürəyindən keçdi ki, kaş o kişilər indi məni görəydilər.
...Qoyun-quzu dünya-aləmdən xəbərsiz şəkildə otlayırdılar. Ağzında qoyun deyirsən də, nədən xəbəri var ki, dünya işlərindən də xəbərləri olsun. Adətən belə vaxtlarda qadın nə qədər heç nə düşünməməyə çalışsa da, alınmırdı, özüylə bacarmırdı, fikri çox uzaqlara-cavanlığına, xoşbəxt olduğu vaxtlara gedirdi. Xoşbəxt olduğu vaxtlara? Necə məgər? İndi xoşbəxt deyil ki? Yox, insan özü özünü aldatmamalıdır. Xoşbəxt deyil. Sadəcə birtəhər yaşayır da. Başqa sözlə desək, həyatla oynayır. Halbuki, məşhur türk şairi Nazim Hikmətin dediyi kimi, yaşamaq zarafata gəlməz. Deməli, heç yaşamır da. Sadəcə ölümü, əzizlərinə, o cümlədən ömür-gün yoldaşına qovuşacağı günü gözləyir.

Vaxt necə də tez keçir. Təkcə illər, aylar yox, həm də günlər, saatlar, dəqiqələr. Artıq bir saat idi ki, burada idi. Bəsdir, qayıtmaq vaxtıdır. Heyvanların dili yoxdu ki, desin, doyduq.

Evə çatanda saat üçə işləyirdi. Quzuları yan həyətə apardı, sonra da bayaqkı yumurtaları, südü götürüb evə keçdi. Hava adamı yaman acdırır. İki dənə yumurtanı bir-birinə çırpıb, tavaya tökdü, yaxşı qayğanaq bişirdi, iştahla da yedi.

Bir az dincini aldıqdan sonra ağacların canına düşdü. Heç özünə rahatlıq vermirdi. Amma neyləsin ki? Onun da günü-güzəranı belə keçirdi. Ağaclara elə diqqətlə baxırdı ki, elə bil illərin bağbanıdır. Əslində, bəlkə də, çox bağbandan yaxşı bilirdi bu işləri. Hamısını diqqətlə nəzərdən keçirir, hansının çiçək açdığını, hansının suya ehtiyacı olduğunu, hansının budama vaxtının çatdığını müəyyənləşdirirdi. Birinci "mərhələ" başa çatdıqdan sonra vedrə ilə ağacların kökünə su tökməyə başladı. Qoy, tez böyüsünlər, tez qol-budaq atsınlar.
Belə-belə bir də gördü ki, qaş qaralıb, saat 9-dur. Mürəbbə ilə bir stəkan pürrəngi çay içdi, elə bil bütün günün yorğunluğu keçdi. Sonra da otağına keçib yatdı. Sabah yenə eyni şeylər təkrarlanaca
Nə etməli? Yəqin, bu qadının da həyatdakı "missiya"sı yaşamaq uğrunda mübarizədən ibarətdir. Özü də yalnız yaşamaq...

Kənan Novrozov


Paylaş



Bölmə: Tələbə sözü, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!