“Hərə bir əsgər, hər ev bir səngər” .....                        Gənc Tamaşaçılar Teatrı növbəti beynəlxalq festivala hazırlaşır .....                        “Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirilib .....                        Təhsil naziri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib .....                        Təhsil naziri Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti seçilib .....                        Burcəli Yağuboğlunu siz də tanıyın .....                        Müdafiə Nazirliyi MAXE yığır - ELAN .....                        Təbrizdə Beynəlxalq Ustad Şəhriyar Qurultayı keçiriləcək .....                        İşıqlı bu gün üçün jurnalistlər qayğı göstərir .....                       
Tarix : 11-09-2017, 12:52
Söz və mətbuat azadlığı - sözlü tələbə


Söz azadlığı cəmiyyətin bir üzvü olaraq hər bir fərdin özünüifadəsidir. Azadlığın dəf edildiyi mühitdə xoşbəxtlikdən və vətəndaş həmrəyliyindən söz belə gedə bilməz. Mətbuatın azadlığı hər bir ölkənin əsas demokratik göstəricisidir. Bu əsas amil cəmiyyətin rifahında əvəzsiz rol oynadığı kimi gələcək nəsillərin maariflənməsi istiqamətində də böyük töhfələr verə bilər.

Müasir dövrümüzdə ən aktual problem reket jurnalistikası ilə bağlıdır. Məhz bu şəxslər mətbuat azadlığından fərdi maraqları naminə istifadə etməklə nəinki özlərini, həmçinin böyük bir cəmiyyəti də uçuruma sürükləyə bilər. Tarixi inkişaf mərhələsi boyunca söz və mətbuat azadlığının tətbiqinin həyata keçirilməsində bütün qüvvəsi ilə səy göstərən şəxsiyyətlər günümüzün qəhrəmanıdır. Öz imzaları ilə mətbuat tariximizdə silinməz iz qoyan insanlar bu gün də unudulmur və ehtiramla yad edilir. Azadlıq insanın ən mühüm sərvətlərindən biri olub insanın və bəşəriyyətin öz fəaliyyətinin forma və məzmunu üzərində ağalığı deməkdir. Söz və mətbuat azadlığına nail olmaq üçünsə, milli dəyərlərə hörmətlə yanaşmaq gərəklidir.

Azərbaycan Cümhuriyyətinin parlaq nümayəndəsi, görkəmli xadim M.Ə.Rəsulzadənin 1911-ci ildə “İrani-nov” qəzetində dərc edilmiş “Mətbuat azadlığı” məqaləsində mətbuatın 3 əsas sütun üzərində durduğu qeyd edilir. Belə ki, M.Ə.Rəsulzadə bu sütunlardan birinin olmadığı təqdirdə mətbuatın bir heç olduğunu söyləmişdir. Bu əsas göstəricilər yazmaq, ümumi mənafe və yaymaqdır.

Azadlığın elmi izahında onun mahiyyətini dərk etməkdə müəyyən addımı Hegel atmışdır. Belə ki, Spinoza kimi Hegel də azadlığı dərk edilmiş zərurət kimi qeyd etmişdir.

Mətbuat tarixində azadlıq 3 cür təsnif olunur: mənəvi, siyasi və iqtisadi azadlıq. Sosial azadlıq genişləndikcə mənəvi azadlıq da müvafiq olaraq genişlənir.

Çağdaş Azərbaycan jurnalistikasının ən tanınmış nümayədələri də öz yaradıcılıq yolunda mətbuat azadlığı məsələsinə daha dəqiq toxunmuşlar. C.Məmmədli “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi”, “Jurnalistikanın müasir inkişaf meyilləri”, A.Rüstəmov “Jurnalistikanın əsasları”, S.Rəhimova “Jurnalist etikası”, R.Hacılı “Media etikası” və.s kimi qiymətli elmi əsərlərdə mətbuat azadlığı bütün incəlikləri ilə tərənnüm edilmişdir. Lakin bir məqamı da unutmaq olmaz ki, azadlığı nisbətən birmənalı şəkildə qəbul edən insanlar da az deyil. Bəzən bu şəxslər azadlığı bütünlüklə özbaşınalıq da hesab edir. Bu hal təbii olaraq, digər cəmiyyət üzvləri tərəfindən qəbuledilməzdir. Ziyalı təbəqənin dili ilə desək, əxlaq gerçəkliyin mənimsənilməsinin elə qiymətləndirici-imperaktiv üsuludur ki, bu üsul insanların davranışını xeyir və şərin əksiliyi nöqteyi-nəzərindən təmzimləyir.

Yekun olaraq qeyd edim ki, söz və mətbuat azadlığının inkişaf və davam etdirilməsini istəyiriksə, etik normalara və nizam-intizam qaydalarına məsuliyyətlə yanaşmalıyıq, çünki jurnalist ictimai rəyin formalaşmasında böyük rol oynayan və faktı hadisəyə çevirən yeganə şəxsdir. Faktın təhrif olunduğu bir cəmiyyətdə mətbuat azadlığının dəyərindən söz açmaq belə qeyri-mümkündür.


Mirzəyeva Zeynəb (Bakı Dövlət Universiteti "Jurnalistika" fakültəsinin II kurs tələbəsi)
Butov.az






Bölmə: Tələbə sözü, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!