"Demirəm, qızıldan saray tikdirsin...." - ŞEİR .....                        "Darıxmışam" - Təranə Məmmədzadədən yeni şeir .....                        Daha bir layihənin icrası yekunlaşıb .....                        Həmin dünya .....                        Azadlıq carçısı .....                        “1918-ci il hadisələri – UNUDULMAYAN TARİX” sənədli filminin təqdimatı olacaq .....                        “Serj Sarqsyanla 5 rayonun qaytarılması haqda razılıq əldə olunmuşdu, Paşinyan onu ləğv etdi” - Aleksandr Dugin .....                        "Tabutu kəm Azərbaycan elmi" .....                        Mərkəzi Elmi Kitabxanadan mediaya mesaj .....                       
Tarix : 9-04-2018, 14:15
Ruhəngiz Musəvi 65


İranlı Mühacirlər Cəmiyyətində yubiley tədbiri
Əməkdar artist Ruhəngiz Musəvinin 65 yaşı qeyd olundu
Ötən şənbə günü “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyində Azərbaycanın əməkdar artisti Ruhəngiz Musəvinin 65 yaşı qeyd olunub. Sözlü-nəğməli toplantını açan İMC-nin sədri Rəhim Hüseynzadə öncə bu tədbiri cəmiyyətin qadınlar təşkilatının son iki ildəki aktiv fəaliyyətini təsdiqləyən daha bir əyani nümunə kimi dəyərləndirib. O bildirib ki, yubleyi qeyd edilən Ruhəngiz xanımın təşkilatdakı təmsilçiliyi qurumun yaşına yaxındır. Yəni yarım əsrdən çoxdur: “Belə sıx bağlılığın sirləri isə onun ilk növbədə “21 Azər” Hərəkatının iştirakçısı, fədai, siyasi işçi və qurucu insan Mİrməhəmmədəli Musəvinin ailəsində tərbiyə alması olub. Hələ Sumqayıtda 8-ci sinifdə oxuyarkən bəstəkar Oktay Kazıminin rəhbərlik etdiyi orketrdə rəqqas və solist kimi səhnəyə çıxan gənc istedadın unudulmaz sənətkarımız Rəşid Behbudovun Mahnı Teatrı ilə bitgə dünyanı dolanması, üç bədii, çoxsaylı sənədli filmə, kliplərə çəkilməsi onu ölkə hüdudlarından kənarda da tanıtdırıb”.
İMC-nin sədr müavini, istefada olan polkovnik Firidun İbrahimi də yubilyarı cəmiyyət üzvləri adandan salamlayıb, ona uzun ömür, cansağlığı diləyib: “Sadalanan uğurlar Ruhəngiz xanımda heç vaxt lovğalıq, təkəbbür yaratmayıb. O, bizim “Məşəl” ansamblının üzvü kimi Bakıda, həm də mühacirlərin yaşadıqları bütün şəhər və bölgələrdə mahnıları ilə insanlara nikbinlik bəxş edib. Buna görə də dəfələrlə cəmiyyətin diplomları ilə mükafatlandırılıb. Bu gün isə ona qiymətli hədiyyə və tər güllərin təqdim olunması nəzərdə tutulub”.
Təqdimat prosesində qeyd olunub ki, bu tədbir İMC-nin Qadınlar Təşkilatının sədri Mominat Puhənin də ad gününə təsadüf edir. M. Puhən təbriklərin müqabilində bu ictimaətdə görüləcək işlər barədə məlumat verib.
“20 Yanvar” İctimai Birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, istefada olan mayor Nizami Rzaşüari Ruhəngiz xanımın cəbhə bölgələrindəki çıxışlarının döyüşçülərə nikbinlik bəxş etdiyini dilə gətirib.
Az.TV-nin əməkdaşı, “Tərəqqi” medallı Həsən Cəbrayılov çıxışında vurğulayıb ki, bu yaxınlarda televiziyalarda cəmiyyətin “Məşəl” ansamblı barədə silsilə verilişlər nümayiş etdirildi: “Verilişi bəstəkar Eldar Mansurov və Ruhəngiz Musəvi aparırdı. Orada özümüzü də görürük. Fərəhli haldır ki, “Məşəl” fəaliyyətini daha da canlandırmaqdadır. Sənət dostlarımızı yenidən bir arada görməkdən məmnunam”.
“Məşəl”in üzvlərindən Tahirə Muradova, Niyazi Salmanov oxuduqları mahnılar, şairlərdən Validə Zöhrabova, Samirə Hidayət qızı isə şeirləri ilə yubilyara təbriklərini yetiriblər.


Paylaş



Bölmə: Xəbər, Güneyin sesi, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!