“Güllə səsinə açılan qapı” kitabı işıq üzü gördü .....                        Leyla Əliyeva beynəlxalq elmi konfransda .....                        Prezident Agentliyin əməkdaşlarını təbrik etdi .....                        Ödənişli yollarda qiyməti Tarif Şurası müəyyən edəcək .....                        Yeni tikiləcək yolların adları açıqlandı .....                        “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları haqqında xarici dillərdə məqalələr yaradılıb .....                        Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gedib .....                        Yalçın Rzazadənin yaradıcılığının 50 illiyi qeyd edilib .....                        MEK Beynəlxalq “Metafizika” Mərkəzinə kitablar hədiyyə edib .....                       
Tarix : 29-10-2018, 16:06
    EFELƏR   DİYARININ  AYŞƏSİ


I Dünya müharibəsi Osmanlı dövlətinə ağır zərbə vurur. Müharibədən məğlub ayrılan İmperiya ilə qalib Antanta dövlətləri arasında 1918-ci il oktyabrın 30-da məğlubiyyəti təsdiqləyən Mudros Sülh Müqaviləsi imzalanır.

Türk millətinin həyatında böyük acılara yol açan bu anlaşma ölkənin ingilislər, fransızlar,italyanlar , yunanlar və ermənilər arasında pay-mal edilməsinə gətirib çıxarır.Lakin işğallara qarşı səssiz qalan Osmanlı Sultanı vəziyyətdən çıxmaq üçün heç bir tədbirə əl atmır.Səltənətini , xəlifəliyini və xanədanını qorumaqdan başqa bir iş görmür. Məhz Türkiyəni bir dövlət kimi yox etməyə hesablanmış bu durum türk xalqını , torpaqlarını qorumaq və yeni müstəqil bir türk dövləti qurmaq uğrunda milli-azadlıq hərəkatına sövq edir. Hərb tarixində “ölum ya olum” mücadiləsi kimi yer almış Qurtuluş Savaşı başladılır.
Təbii ki, Balkan Müharibələri və I Dünya Müharibəsindən sonra ölkədə kişilərin sayının azalması bu savaşda qadınların da iştirakına şərait yaradır. Cəsarətli , vətənpərvər türk qadınları Milli Mücadilə dönəmində kişilər qədər fədakarlıq göstərirlər. Efelər diyarı kimi tanınan Aydından olan Əmir Ayşə də bu qadınlardan biridir. Ayşə 1894-cü ildə Aydın-Umurluya bağlı İmamköydə anadan olur. Hələ 16 yaşında ikən Qayacıq kəndindən olan Mustafa bəylə ailə qurur. Bu evlilikdən onun Huriyə və Hafizə adlı iki qızı dünyaya gəlir.Lakin həyat yoldaşı 1915-ci ildə Çanaqqala döyüşündə şəhid olduqdan sonra övladları ilə birgə ata yurdu İmamköyə qayıtmağa qərar verir.
    EFELƏR   DİYARININ  AYŞƏSİ

O, Yunan ordusunun İzmiri işğal etdiyini və Aydına doğru irəlilədiyi xəbərini duyunca həyat yoldaşından yadigar qalan almaz sırğalarını sataraq Martin tüfəngi alır. Körpələrini qonşuya əmanət edən 23 yaşlı Ayşə dağlara çıxaraq Xəlil İbrahim Efe və Sancaqdarın Əli Efenin dəstəsinə qoşulur. Silahdan istifadə də ustalığı , mərdliyi , cəsarəti və natiqlik istedadı ona qısa zamanda efelərin sevgisini qazandırır. Efelər tərəfindən “ÇETE AYŞƏ” adını alan bu döyüşkən türk qızı əksər qadınları da özü kimi silahlandırmağı bacarır və Ege də Milli Mücadilənin qadın liderinə çevrilir.
Hər kəsə “Bəzi qadınların içində bir pəhləvan ; bəzi erkəklərin içində də , qorxaqlıqdan dolayı bir qadın gizlidir.Kəmər belindir, çizmə ayağın,börk başındır.Madəm ki, burası bizim vətənimizdir,biz də bu vətənin olmalıyız” deyərək savaşın ürək işi olduğunu isbatlayan Ayşə düşmənə qarşı ilk zərbə sayılan Malqaç basqınına və bir çox döyüşlərə qatılır.Əsarəti qəbul etməyən qadın ,Aydının Yunanlar tərəfindən ikinci dəfə işğalı zamanı Yörük Əli Efenin dəstəsinə qoşulur. Köşk və Umurlu cəbhələrindəki döyüşlərdə yer alaraq Aydının qurtuluş günü olan 1922-ci il 7 sentyabr tarixinə qədər yunanlara qan uddurur.
“Quvay-ı Milliyə” tarixində ilk dəfə Efe əlbisəsi geyinmiş və Efe ünvanı almış Ayşə Milli Mücadilənin sonuna qədər savaşır.O, Qurtuluş Savaşında göstərdiyi igidliklərə görə Qazi Mustafa Kamal Paşanın təklifi ilə Türkiyə Böyük Millət Məclisi tərəfindən qırmızı şəritli İstiqlal Medalına layiq görülür. İllər sonra , 1933-cü ildə Aydına səfər edən Ulu Öndər Mustafa Kamal Atatürk medalı Ayşə Efeyə öz əlləri ilə taxır.Və bu əlamətdar hadisə ilə bağlı qəhrəman qadın öz xatirələrində bu sözləri deyir: “ O günlərdən iki xatirəm qaldı .Biri qadınlığımla verdiyim savaş , digəri də rəhmətlik Atatürkün köksümə taxdığı İstiqlal Madalyasıdı”.
    EFELƏR   DİYARININ  AYŞƏSİ

Türkiyə Cumhuriyyətinin elanından sonra da doğma İmamköydəki birmərtəbəli evində yaşayan Əmir Ayşə 1967-ci ildə vəfat edir. Xatirəsini əbədiləşdirməkdən ötrü 2004-cü ildə onun kənd meydanında büstü qoyulur.2010-cu ildə isə yazıçı Səbahəddin Burhanın eyniadlı romanı əsasında “ÇETE AYŞƏ “filmi çəkilir.
KÖNÜL SADIQOVA


Paylaş



Bölmə: Xəbər, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!