Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib. .....                        Avropa həmrəylik korpusunun şərq tərəfdaşlığı ölkələri üçün açılış tədbiri keçiriləcək .....                        Prezident idman xadimlərini təltif etdi - Siyahı .....                        BDU-nun professoru vəfat etdi .....                        Dövlət başçısı: “Azərbaycan iqtisadi sahədə bütün vəzifələri uğurla icra edir” .....                        Gənc Tamaşaçılar Teatrının əməkdaşları təltif olunub .....                        Türkiyədə qatar qəzası nəticəsində həlak olanların sayı 7 nəfərə çatıb .....                        Prezident ilin idman yekunlarına həsr olunan mərasimdə .....                        Mədəniyyət naziri Ceyhun Hacıbəylinin ailə üzvləri ilə görüşüb .....                       
Tarix : 16-11-2018, 20:30
“Güllə səsinə açılan qapı” kitabı işıq üzü gördü

Vətənpərvərlik, millət sevgisi, xalqına olan məhəbbət də elə istedad kimidir. Bu, hər adamda olmur, elə anadan doğulanda onunla birlikdə doğulur.
Bu gün də bu cür Vətən sevgisi və torpaq, yurd ağrıları ilə yaşayıb-yazan istedadlı yazarlarımız var. Onların arasında tanınmış jurnalist, “Bütöv Azərbaycan“ qəzetinin baş redaktoru Tamxil Ziyəddinoğlu da var.
Xatırladaq ki, Tamxil Ziyəddinoğlu 1958-ci ildə Zəngəzur mahalının Kurud kəndində doğulub. 1975-ci ildə Gığı kənd orta məktəbini bitirib. 1977-1979-cu illərdə hərbi xidmətə gedib. 1990-cı ildə Azərbaycan Dövlət Unversitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bititib.Elə həmin il təyinatla “Sovet kəndi” qəzeti redaksiyasına göndərilərək korrektor, müxbir və şöbə müdri vəzifələrində işləyib. 1993-cü uldə “Respublika” qəzeti redaksiyasında parlament müxbiri kimi akreditə edilib. 1996-cı ildə Azərbaycan televiziyasının “Xəbərlər” redaksiyasına dəvət alıb. “Hərbi vətənpərvərlik” redaksiyasında “Zireh”, “Hünər Meydanı” verlişlərini yaradaraq aparıcı müxbir olub. 2006-cı ildə “Vətən sərhəddən başlanır” mövzusunda keçirilmiş kino sənəti üzrə müsabiqənin qalibi olub. Erməni quldur dəstələrinin Qafqazda törətdikləri faciələri əks etdirən “Qanlı oyun” silsilə verlişlərinin aparıcısı və müəllifidir.Yeri gəlmişkən qeyd edək ki, 2008-ci ildə “Bütöv Azərbaycan” qəzetini,”Bütöv. az “ saytlarını təsis edib. Elə həmin ilin sentyabrından AzTv-də Hərbi-vətənpərvərlik baş redaksiyasının baş redaktoru vəzifəsinə təyin olunub, 2017-ci il iyunun 1-dən Azərbaycan Televiziya Və Radio Verlişləri QSC-də İnformasiya Proqramları Studiyasının direktor müavini vəzifəsinə çəkilib. Hərbi Jurnalistlər Birliyinin sədri, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvüdür.
“Güllə səsinə açılan qapı” kitabı işıq üzü gördü

Bu yaxınlarda Tamxil Ziyəddinoğlunun “Güllə səsinə açılan qapı”, Sevda Mikayılqızının redaktorluğu ilə 375 səhifədən ibarət olan, kitabı işıq üzü görüb. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100, “Bütöv Azərbaycan” qəzetinin 10 illiyi münasibətilə işıq üzü görən bu kitab Tamxil Ziyəddinoğlunun jurnalistlik fəaliyyətinin müxtəlif məqamlarını əks etdirir. Burada Azərbaycanın parçalanmasına yol açan “Kürəkçay” müqaviləsinin bağlandığı 213 il ərzində xalqımızın düçar olduğu bəlalardan söhbət açılır. Diqqətə çatdıraq ki, müəllif Qərbi Azərbaycandakı soydaşlarımızın 1988-ci ildəki son qırğınından, Milli Azadlıq Hərəkatının başlandığı günlərdə şahidi olduğu hadisələrdən, siyasi qarşıdurmalardan, məmur özbaşınalığından, milli-mənəvi dəyərlərimizdən yazıb. Eləcə də ayrı-ayrı siyasət adamlarından, ziyalılardan alınmış müsahibələr və etüdlər də adıçəkilən kitabda öz əksini tapıb. Bir sözlə, “Güllə səsinə açılan qapı” kitabl Azərbaycanı bütöv görmək istəyənlər üçündür. Kitabın 3-cü səhfəsində yazılmış ifadələri oxucularımızın nəzərinə çatdırıram.” Tamxil Ziyəddinoğlu : Həqiqət budur!,
Qarabağın işğalından 213 il keçir!,
Əzəli torpaqlarımız hələ də düşmən tapdağı altındadır!
Ərənlər, məmləkətimizin nicatı sizə bağlıdır!
Analar, yurdumuzu qəsb edənləri, yağmalayanları parmalamaq üçün aslanlar doğun!
Aslanın erkəyi, dişisi ollmur!
Aslanlarım, sevdiklərimizi vətənin keşiyində sınağa çəkin!
”Ölənimiz ölsün, qalanımız şərəflə yaşasın!

Qədərimiz belədir!
Əgər belədirsə, gəlin 213 illik yaramızın qaysağını qoparaq! Qoparaq ki, yaralarımız qan versin. Qan versin ki, qan yaddaşımız təzələnsin! Pas atmış tövrümüz dəyişsin! Özümüzü, kimliyimizi, dostumuzu, düşmənimizi tanıyaq, mövqeyimizi müəyyənləşdirək, hədəfimizi seçək, atacağımız addımı ataq, ölənimiz ölsün, qalanımız şərəflə yaşasın! Yaşasın ki, yurdumuzu, sərvətimizi, şərəfimizi qorusun, bayrağımızı uca tutsun!”. Adıçəkilən kitabda yazılmış belə bir fikirləri də vətən eşqi ilə döyünən, yurd-torpaq həsrəti ilə qovrulub yanan soydaşlarımızın diqqətinə çatdırmaq istəyirəm: ”Biz Cənubi Azərbaycanı azad etmədən, Türk dünyasını birləşdirmək mümkün olmayacaq. Qarabağın nicatı da Şimalla Cənubun birləşməsindən, Vahid Azərbaycan dövlətinin yaranmasından asılıdır. Bizim 50 milyonluq soydaşımız var. Bu qüvvəni birləşdirməliyik ki, heç bir xarici qüvvə öz iradəsini bizə diktə edə bilməsin”.
İnanırıq ki, bizi milli birliyə səsləyən bu kitab hər birimizin stolüstü kitabı olmaqla yanaşı, orada ürəkağrısı ilə yazılmış o qanlı sözlər bütün soydaşlarımızın qan yaddaşına hopacaq.
Qələndər Xaçınçaylı


Paylaş



Bölmə: Xəbər, Mədəniyyət, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!