MEK İldırım Bəyazid Universiteti Kitabxanası ilə memorandum imzalayıb .....                        ABŞ diplomatı ADU-nun “Səfir saatı”nda tələbələrlə görüşdü .....                        Teymur Kərimli: Vahid elektron məlumat sisteminin yaradılması çox əhəmiyyətlidir .....                        “Xətai” stansiyasında hansı yeniliklər olacaq? .....                        Himnlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb .....                        Himnlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb .....                        Bakıda 53 yaşlı vəzifəli şəxs vəfat etdi .....                        Bakının magistral yollarında sürət həddi endirilib .....                        Avstraliyada çamadanda dələlərlə uçan şəxs saxlanılıb .....                       
Tarix : 4-12-2018, 14:45
Mərkəzi Elmi Kitabxanada Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilati dəstəyi ilə “Springer Nature” və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən“Elmi məqalənin nüfuzlu jurnalda nəşrə hazırlanması” mövzusunda birgə müəllif seminarı keçirilib. Tədbirdə AMEA-nın elm müəssisə və təşkilatlarından, respublikanın ali təhsil müəssisələrindən alimlər, doktorant və dissertantlar iştirak ediblər.
Tədbiri açan Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev bildirib ki, dövlət tərəfindən elmi tədqiqatların intensivliyinin artırılmasına və elmi nəticələrin dünyada tanıdılmasına böyük önəm verilir. Bu baxımdan Azərbaycanda əldə olunan elmi nəticələrin dünyanın nüfuzlu elmi jurnallarında çap edilməsi böyük əhəmiyyət daşıyır.
E.Babayev bəzi şəbəkələrin alimləri aldadaraq “nüfuzlu” adı altında jurnallarda məqalələrini çap etdirməyə cəlb etdiyini deyib. Qeyd edib ki, seminarın əsas məqsədi alimləri belə jurnallar barədə məlumatlandırmaq, onların diqqətini nüfuzlu, impakt faktorlu jurnallara yönəltməkdir.
Seminarda çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova MEK-də nüfuzlu elektron jurnalların, elmi məlumat bazalarının təqdimatlarının ənənəvi hal aldığını söyləyib. L.İmanova impakt faktorlu jurnallarda elmi əsərlərin çapının elmin inkişafına təsiri, alimlərin elmi məhsuldarlığının qiymətləndirilməsi, onların tədris-təhsil prosesində iştirakı, əldə etdikləri nəticələrin tətbiqi meyarlarından daha çox istifadə edilməsinin beynəlxalq akademik icmada geniş müzakirəsindən danışıb. L.İmanova bildirib ki, XIX-cu əsrin ortalarında ailə nəşriyyatı kimi fəaliyyətə başlayan və indi nüfuzlu media konsernə çevrilən “Springer” şəffaflığı, qiymətləndirmə sistemi, obyektivliyi ilə, səhvlərini etiraf edə bilən etibarlı qurum kimi diqqət cəlb edir. MEK rəhbəri “Springer”in 2014 və 2015-ci illərdə məqalələrin qiymətləndirilməsi zamanı yol verilmiş səhvləri açıq etiraf edərək, yüzə yaxın məqaləni jurnaldan çıxardığını, 2018-ci ildə isə məqalələrin obyektiv qiymətləndirilməsi məqsədilə digər nəşriyyatlarla birgə ekspertizanın aparılması mövzusunda müqavilə imzaladığını vurğulayıb.
Sonra “Springer Nature” şirkətinin Lisenziyalaşdırma müdiri Merve Okur Karagülle şirkətin profili və Azərbaycanda tədqiqat nəticələri barədə təqdimatla çıxış edib. “Springer Nature” beynəlxalq elmi bazasının resurslarından azərbaycanlı alim və mütəxəssilərin istifadəsinə dair statistik göstəriciləri nümayiş etdirib. O, həmçinin Azərbaycan və “Springer Nature” əməkdaşlığının perspektivlərinə dair fikirlərini bölüşüb.
Daha sonra “Springer Nature” şirkətinin satış direktoru Şahin Giray effektiv əlaqələndirici olmağın yolları, məqalə əlyazmasının çapa hazırlanması, düzgün elmi jurnal seçimi və elmi məqalənin çap üçün təqdim olunma prosesinə dair təlim keçib.
İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıların sualları cavablandırılıb.
Mərkəzi Elmi Kitabxanada Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib
Mərkəzi Elmi Kitabxanada Elmin İnkişafı Fondu və “Springer Nature” birgə müəllif seminarı keçirib


Paylaş



Bölmə: Xəbər, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!