Novruz Məmmədov bu qərarları ləğv etdi .....                        Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI .....                        Xalq artisti Hacı İsmayılovun 75 illiyi qeyd olunub .....                        Bu gün güclü külək əsəcək .....                        Tarif Şurasının katibliyi kreditorlara müraciət edib .....                        AŞPA Mehman Hüseynovun işi üzrə qətnamə qəbulundan imtina edib .....                        Səhiyyə Nazirliyi Azərbaycana küləklə birlikdə donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlara münasibət bildirdi .....                        Ramiz Mehdiyevin kitabının təqdimat mərasimi keçirildi .....                        Bakı metrosunda küləyin təsirinə məruz qala biləcək qurğular yoxlanılıb .....                       
Tarix : 13-12-2018, 16:59
Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib.

13 dekabr 2018-ci il tarixdə Lənkəran Dövlət Universiteti (LDU) möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edib. AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Konya Nəcməddin Ərbəkan Universiteti, TİKA-nın birgə təşkilatçılığı ilə “Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda ikigünlük Beynəlxalq Simpozium bu gün işinə başlayıb.
Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib.
Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib.

İştirakçılar ilk öncə Lənkəran şəhərinin mərkəzində Azərbaycan xalqının ümummmili lideri H.Əliyevin xatirəsinə ucaldılmış abidə-kompleksi ziyarət edərək,önünə gül- çiçək dəstələri qoyublar.
Universitetin Böyük akt zalında keçirilən tədbir Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin dövlət himnlərinin səslənməsi ilə start götürüb.
Simpoziumu Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. İştirakçıları salamlayan LDU rəsmisi simpoziumun gündəliyi, məqsəd və məramı barədə iştirakçılara məlumat verib.Bildirib ki, doğumunun 800-cü ilidönümündə Şeyx Zahid Gilaninin anılması bu dəyərli şəxsiyyətin irsini öyrənən alimlərin bir araya gətirilməsinə, birgə fikir mübadiləsi aparılmasına, elmi tapıntıların paylaşılmasına şərait yaratmaqla, yeni tədqiqatlara yol açacaq.Simpoziuma marağın gözlənildiyindən də böyük olduğunu deyən professor Natiq İbrahimov 5 ölkədən 60-dan artıq müraciətin daxil olduğunu Şeyx Zahid Gilani şəxsiyyətinə, müdrikliyinə hörmət kimi dəyərləndirib.
Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib.

Simpoziumun işində iştirak edən Lənkəran Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev rayonda Şeyx Zahid şəxsiyyətinə daim dəyər verildiyini, məqbərəsinin müqəddəs ziyaratgah olduğunu, şəhərdəki mərkəzi küçələrdən birinin onun adını daşıdığını bildirib.
Tədbirin təşkilatçılarından olan Konya Nəcməddin Ərbəkan Universitetinin əməkdaşı, professor Əhməd Taşkın, Kastomonu Uniuversitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşları- professor Şahin Fazil, dosent Dilavər Əzimli çıxışlarında Şeyx Zahid Gilani şəxsiyyətinin böyüklüyü, zamanında və hazırkı dövrə qədərki fəlsəfi fikir tarixində oynadığı rol, xeyirxah əməlləri və s. barədə ətraflı söz açaraq onu bütün dövrlərin müqəddəs şəxsiyyəti kimi dəyərləndiriblər.
Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib.
Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib.

Rəsmi hissədən sonra Bolqarıstanın məşhur “Səma” rəqs qrupunun , xanəndə Ağakərim Nafizin , ozan Fəxrəddin Salimin ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Nahar fasiləsindən sonra konfrans işini bölmələrdə davam etdirib. Qeyd edək ki, simpoziumun 1-ci günü “Klassik mənbələrdə Şeyx Zahid”, “Müasir tədqiqatda Şeyx Zahid”, “Şeyx Zahid və xalq ədəbiyyatı” mövzularında məruzələr dinləniləcək.
Simpoziumun ikinci günü “Şeyx Zahid mühiti və mədəni irsimiz”, “Şeyx Zahid ənənələri və Lənkəran bölgəsi”, “Şeyx Zahidin həyatı və fəaliyyəti”, “Şeyx Zahid məktəbinin ardıcılları” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Simposiumun ikinci iş gününün sonunda Şeyx Zahid Gilaninin Lənkəran rayonunun Şıxəkəran kəndində yerləşən məqbərəsi ziyarət olunacaq, həmçinin qonaqlar Lənkəranın və Astaranın gəzməli yerləri ilə tanış olacaqlar.
Esmira İsmayılova
Lənkəran Dövlət Universiteti mətbuat xidmətinin rəhbəri.
Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı Beynəlxalq simpozium keçirilib.


Paylaş



Bölmə: Xəbər, Güneyin sesi, Turan, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!