Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
Tarix : 30-06-2017, 18:49
Pakistanın 43 vətəndaşı işədüzəltmə adı ilə aldadılaraq Azərbaycana gətirilib

Son günlər Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş mübarizə tədbirləri zamanı 44 nəfər Pakistan İslam Respublikası, 3 nəfər Banqladeş Xalq Respublikası və 1 nəfər Filippin vətəndaşı saxlanılıb.
Butov.az xəbər verir ki, DMX-dən "Report"a verilən məlumata görə, araşdırma zamanı miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə inzibati qaydada ölkəmizin ərazisindən çıxarılan və respublikamıza gəlmək hüququ məhdudlaşdırılan Pakistan vətəndaşı Sana Ur Rahman Sana Ur Rahman və onunla əlbir olan Azərbaycan Respublikasının vətəndaşı ilə nikahına əsasən hazırda müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əsasında Bakı şəhərində məskunlaşmış Pakistan vətəndaşı, özünü Vasim kimi təqdim edən Zıkar Ullah Zıkar Ullah tərəfindən 43 nəfər Pakistan İslam Respublikası vətəndaşınınişə düzəltmə adı ilə aldadılaraq Azərbaycan Respublikasına gətirilmələri məlum olub.
Saxlanılan şəxslərin özlərinin dediyinə görə, Sana Ur Rahman 2-3 min ABŞ dolları məbləğində pul vəsaitinin müqabilində onlara Azərbaycana elektron viza və Bakıya təyyarə bileti təşkil edib. Azərbaycanda onları qarşılayan Zıkar Ullah isə müxtəlif ünvanlarda kirayə tutduğu mənzillərdəhəmin əcnəbilərin yerləşdirilməsini həyata keçirib. Guya onlara Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi alacağına, həmçinin həmyerlilərini işlə təmin edəcəyinə söz verib.
Təqribən 2-3 ay ərzində 43 Pakistan vətəndaşını aldadaraq elektron turist vizası ilə Azərbaycana göndərən Sana Ur Rahman və onları burda qarşılayarq aidiyyəti dövlət qurumlarından müvafiq icazələrin alınması üçün sənədlərini rəsmiləşdirəcəyinə, onları işə düzəldəcəyinə söz verən Zıkar Ullah hətta saxta sənədlər hazırlamaqdan belə çəkinməyiblər. Zıkar Ullah aldatdıqları şəxslərin inamını qazanmaq üçün bəzilərinə guya sənədlərinin müvafiq orqanlara təqdim olunduğunu bildirən saxta qəbz nümunələri verib, müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə dair qanunvericiliyin tələblərinə uyğun olaraq bəzilərinin tibbi müayinəsini təşkil edib.
Həmyerliləri tərəfindən aldadılan Hussain Azhar, Sabır Muhammad, Zafar Muhammad Afzaal və başqları Səudiyyə Ərəbistanında Ehsan, Pakistanda Nəvaz kimi tanıdıqları turagentlər vasitəsilə tanış olduqları qanunsuz miqrasiya kanalının təşkilatçıları olan Sana Ur Rahmanın və Zıkar Ullahın toruna düşdüklərini biləndə isə artıq gec olub.
Dövlət Miqrasiya Xidməti tərəfindən saxlanılan şəxslər ayrı-ayrı vaxtlarda 3-4 nəfərlik qrup şəkilində Bakıya gəldiklərini və onlara qaldıqları mənzildən heç bir yerə çıxmağa icazə verilmədiyini etiraf ediblər. Saxlanılan şəxslər ölkələrində işbazlar tərəfindən aldadılaraq Azərbaycana işləmək adı ilə göndərilmələri müqabilində hər birinin verdiyi 2-3 min dollardan əlavə Bakıda da onları qarşılayıb müxtəlif ünvanlarda yerləşdirən Pakistan vətəndaşı Zıkar Ullahın 43 nəfər həmyerlisinin hər birindən müxtəlif məbləğlərdə pul vəsaiti aldığını deyirlər.
Zikir Ullah isə dostu Sana Ur Rahmanın təklif etdiyi fürəstdən istifadə edib qarşıladığı 43 nəfərin 37-dən əldə etdiyi ümumilikdə 21 min dollar vəsaitin 14 minini Sana Ur Rahmana göndərdiyini, bir hissəsi ilə Pakistanda olan borcunu ödədiyini, qalanını isə ehtiyaclarına xərclədiyini deyir.
Bundan əlavə, keçirilmiş tədbir zamanı uzunmüddət Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşayan Filippin vətəndaşı Cemma Jimense də saxlanılıb. O sonuncu dəfə Azərbaycana 2011-ci ildə gəldiyini bildirib. Müxtəlif vaxtlarda iş icazəsi ilə fəaliyyət göstərdiyini və qanuni əsaslarla yaşadığnı deyən Cemma Jimense 2016-cı ilin yayından bəri Sapfir oteldə qanunsuz əmək fəaliyyəti ilə məşğul olub.
Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş digər tədbirlər zamanı 9 nəfər Özbəkistan Respublikası və 1 nəfər Türkiyə Respublikası vətəndaşı saxlanılıb.
Azərbaycan Respublikasının vətəndaşı Məzlum Səfərov tərəfindən 9 nəfər Özbəkistan vətəndaşının günəmuzd olaraq qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi məlum olub. M.Səfərov öz ünvanı üzrə həmin əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınmasını təşkil edib, lakin onlar digər ünvanda yerləşdirilib. O cümlədən, M.Səfərov əcnəbiləri işə cəlb etməsinə baxmayaraq, Dövlət Miqrasiya Xidmətindən müvafiq icazələrin alınması üçün sənədlər rəsmiləşdirilməyib.
Bundan əlavə, keçirilmiş tədbir zamanı uzunmüddət Azərbaycan Respublikasının ərazisində qanunsuz yaşayan Türkiyə Respublikasının vətəndaşı Hasan Tekbıçak saxlanılıb.
Aparılmış araşdırmalar zamanı Hasan Tekbıçakın İNTERPOL tərəfindən axtarışda olduğu və cinayət məsuliyyətindən yayınmaq məqsədilə Azərbaycan Respublikasında məskunlaşdığı məlum olub və o, aidiyyəti üzrə daxili işlər orqanlarına təhvil verilib.
Aşkar edilmiş faktlarla bağlı Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdirilən şəxslər isə müvafiq inzibati məsuliyyətə cəlb ediliblər.
Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mübarizə çər­çi­və­sində tədbirlər da­vam etdirilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!