142 yaşın mübarək! .....                        Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir .....                        Atəşkəs rejimi 132 dəfə pozulub .....                        Elmlər Akademiyasının nizamnaməsində dəyişikliklər edilib .....                        Cocuq Mərcanlı telekommunikasiya xidmətləri ilə tam təmin olunub .....                        "Şah İsmayıl Xətainin heykəli götürüləcək” - Mais Ağayev .....                        Pirallahı qəsəbəsinin baş planı hazırlanıb .....                        "İndi dəyərmi, bir evə görə o gözəl qəlbini sıxmağına, Ana?!" - Elxan Şükürlü .....                        İlham Əliyev Bakının Pirallahı rayonunda “Nərəkənd” kompleksində yaradılan şəraitlə tanış olub .....                       
Tarix : 16-07-2017, 15:30
Şagirdlər Beynəlxalq Kimya Olimpiadasından  Vətənə medalla döndü

Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında medal qazanan məktəblilərimiz Vətənə qayıdıblar. Qalibləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Təhsil Nazirliyinin əməkdaşları, valideynləri müəllimləri, sinif yoldaşları və media nümayəndələri qarşılayıb.

Modern.az xəbər verir ki, Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında məktəblilərimiz bir qızıl, bir gümüş,bir bürünc medal qazanıblar.

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Ramil Babazadə 78 ölkənin məktəblilərinin iştirakı ilə keçirilən olimpiadada qızıl medal qazanıb.

Ramil Babazadə eyni zamanda, bu il keçirilmiş Respublika fənn olimpiadasında qalib gələrək “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

Bu mötəbər elm yarışında həmçinin, Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 10-cu sinif şagirdi Nəriman Mirişov gümüş, Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin 10-cu sinif şagirdi Turan Məmmədli bürünc medala layiq görülüblər.

Qeyd edək ki, 2015-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının təşkilatçılığı ilə keçirilən 47-ci Beynəlxalq Kimya Olimpiadasında Hüseyn Babayev və Sergey Styopin bürünc medala layiq görülmüşlər.

Son illər Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Belə ki, təhsil nazirinin müvafiq əmrinə əsasən, yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şəffaf və obyektiv seçimlər nəticəsində 200-ə yaxın şagird il ərzində olimpiadalara hazırlıq prosesinə cəlb edilib.






Bölmə: Xəbər, Karusel, Manşet, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!