İran Teleradio Təşkilatı Azərbaycan ərazisini “Mahabad Əyaləti” adlandırıb .....                        Regionlarımız - Yeniləşən, müasirləşən Abşeron .....                        Silahlı Qüvvələrdə “NATO günləri” keçirilib .....                        Atəşkəs rejimi 134 dəfə pozulub .....                        “İrəli” regional turnirlərə davam edir .....                        XİN rəhbəri: “Qarabağ”ın əziyyətinə heyfim gəldi .....                        Tanınmış jurnalist Natiq Qədimov vəfat edib .....                        Xeyirxahlığından həzz alan insan .....                        Deputat şəhid ailələri ilə bağlı təklif verdi .....                       
Tarix : 13-10-2017, 12:26
Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinə start verdi


Butov.az xəbər verir ki, 2016-cı ilin aprel zəfərindən sonra Azərbaycan Ordusuna inam daha da artıb. Xalq öz ordusuna güvənir və onun istənilən əmr və tapşırığı qısa bir zamanda layiqincə yerinə yetirib, ölkəmizin ərazi bütövlüyünü təmin edərək hərb tariximizə daha parlaq səhifələr yazacağına əmindir. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir. Düşmən işğal etdiyi ərazilərdən xoşluqla geri çəkilməsə, aprel döyüşləri təkrarlanacaq, düşmənə daha tutarlı zərbələr vurulacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının çıxışı bütün xalqımız kimi Silahlı Qüvvələrimizin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub. Həmin iclasda Ali Baş Komandan bir daha qətiyyətlə bəyan edib: “Dağlıq Qarabağ bizim tarixi, əzəli torpağımızdır, biz bu torpaqlara qayıtmalıyıq və qayıdacağıq... Biz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəyik və ərazi bütövlüyümüzün bərpası bizim əsas vəzifəmizdir.”
Son illərdə ordu ilə xalqın birliyi daha da möhkəmlənmişdir. Bir ənənə halını almış “Açıq qapı” günlərində ictimaiyyət nümayəndələri ordu quruculuğundakı islahatlar, yeniliklərlə tanış olur, hərbçilərin sosial-məişət tərzi və əsgəri xidmət üçün yaradılan müasir şəraitlə, eləcə də silah-sursat, texnika və digər vasitələrlə tanışlıq imkanı əldə edirlər.
Silahlı Qüvvələrdə icrasına yenicə başlanmış “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsi ordu ilə xalqın birliyinin daha da möhkəmlənməsinə, şəxsi heyətin müdafiəsində dayandığı bölgəni yaxından tanımasına, yerli əhalinin adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə yaxından bələd olmasına şərait yaradacaq, hərbi qulluqçuların dünya görüşünün artmasında, vətənimizin hər bir guşəsinə sevgi, məhəbbət hisslərinin aşılanmasında müsbət təsirini göstərəcəkdir.
“Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsi çərçivəsində ilk tədbir respublikamızın elm, mədəniyyət, ədəbiyyat mərkəzlərindən biri olan, dünya hərb tarixinə görkəmli şəxsiyyətlər və sərkərdələr bəxş etmiş Qazax rayonunda reallaşıb.

Bir qrup hərbi qulluqçu ötən il möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılışı olmuş, müasir və zəngin ekspozisiyaya malik Qazax rayon tarix-diyarşünaslıq muzeyini ziyarət ediblər.
Muzey kollektivi tərəfindən hörmətlə qarşılanan vətən müdafiəçiləri əvvəlcə xalqımızın Ümummilli Lideri, hələ ötən əsrin 70-ci illərində Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılmasının bilavasitə təşəbbüskarı ulu öndər Heydər Əliyevə həsr edilən guşə ilə tanış olub, muzey direktoru Gülnaz Alişanovanın bələdçiliyi ilə bölgənin tarixinə "səyahət" ediblər.

Qeyd olunub ki, gözəl və rəngarəng təbiəti ilə seçilən Qazax rayonu həm də arxeoloji və memarlıq abidələri ilə zəngin bir bölgədir. Burada yüzdən çox abidə qeydə alınmışdır ki, onlardan “Damcılı”, “Baba Dərviş” və “Qırmızı körpü” abidələri dünya əhəmiyyətli abidələr kimi UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdir. Damcılı mağarası bu bölgədə yaşayışın paleolit dövrünə aid olduğunu göstərir. Ötən il Azərbaycan arxeoloqları yaponiyalı həmkarları ilə burada arxeoloji tədqiqatlar aparmış və yüzlərlə yeni eksponat aşkarlanmışdır. “AVEY” Dövlət Tarixi-Mədəniyyət Qoruğundakı mağaralar, ilk insan düşərgələri, qalalar və digər abidələr barədə də hərbçilərə ətraflı məlumatlar verilib. Qazaxdan pərvazlanan görkəmli hərbi xadimlər: ilk hərbi təyyarəçi Fərrux Qayıbov, “rus artilleriyasının Allahı” general Əliağa Şıxlinski, hərbi topoqrafçı general İbrahim Ağa Vəkilov, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayev, Fransa Milli Müqavimət hərəkatının partizanlarından olan Xanos Əhmədov, Azərbaycanın Mili Qəhrəmanları Alı Mustafayev, Aqil Musayev, Şamoy Çobanov, Mərifət Nəsibov, Firudin Şamoyev və “Azərbaycan Bayrağı” ordenli şəhid Qaratel Hacımahmudova haqqında söhbətləri əsgər və zabitlər maraqla dinləyiblər. Qazaxın folkloru, etnoqrafiyası, şair və yazıçıları, pəhləvanları, məşhur dilbaz atları barədə söhbət açılıb.

Muzeyin rəy və təkliflər kitabına “Azərbaycanımızın qədim və qəhrəmanlıqlarla zəngin olan belə bir bölgəsində xidmət etməkdən böyük qürur duyuruq və söz veririk ki, bundan sonra da bu bölgənin müdafiəsində ayıq-sayıq dayanacaq və Vətənimizin elm, mədəniyyət, ədəbiyyat mərkəzlərindən biri olan Qazaxı göz bəbəyi kimi qoruyacağıq” sözlərini yazan hərbçilər muzeydən xoş təəssüratlarla ayrılıblar.

Hərbi qulluqçular sonra xidmət etdikləri bölgəni yaxından tanımaq istəyi ilə Molla Vəli Vidadinin ev muzeyində, Rəsm Qalereyasında, Ədəbiyyat muzeyində, Şəxsiyyətlər parkında və şəhərin digər görməli yerlərində olublar.


Paylaş



Bölmə: Hərbi, Karusel, Slayd, Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Azərbaycan tarixi
Hərbi
İdman
Musiqi
Dünya hadisələri
Əyləncə
Kriminal
Mədəniyyət

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Hər ötən il növbəti il üçün xatirəyə çevrilir; bəzən xatırlanır, bəzən də yenidən yaşanılır. Ancaq elə illər var ki, onları yenidən yaşamaq mümkün olmur. Bu illərə Türkiyənin unudulmaz 90 - cı illərini aid etmək olar. Axı həmin illəri yaddaqalan edən nəydi?
Butov.az Türkiyə mətbuatına istinadən həmin unudulmazlığı təqdim edir:
Türkiyənin unudulmaz 90 - cı illəri...
Video
https://www.youtube.com/watch?v=gd75lEyQX58

Şəhidlərə mahnı həsr olunub.

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!